Azərbaycanın "qızıl" oğlanları... - Teymur, Şəhriyar, Rauf...

Azərbaycanın "qızıl" oğlanları... - Teymur, Şəhriyar, Rauf...Xəbər verdiyimiz kimi, Azərbaycan şahmat üzrə milli komandası Yunanıstanın Krit adasında keçirilən klublararası Avropa çempionatının qalibi olub. Komandamız burada Rusiya millisini üstələyərək qızıl medallara sahib çıxıb.

Son görüşdə Ukrayna ilə heç-heçə edən yığmamız əlavə əmsallarda Rusiya komandasını üstələyərək birinciliyə sahib çıxıb.

Qitə çempionatında komandamızın heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Teymur Rəcəbov, Qədir Hüseynov və Arkadi Naydiç mübarizə aparıb.

Sonxeber.az qafqazinfo-ya istinadən sizi Avropa çempionlarımızla tanış edir:

Şəhriyar Məmmədyarov - Sumqayıtda doğulan şahmatçımızın atası onun bu idman növündə ilk addımlarını atmağa kömək edib. İlk müəllimi isə Validə Bayramova olub. Məmmədyarovlar ailəsi Azərbaycanda yeganə şahmatçı ailəsidir ki, 3 beynəlxalq qrossmeyster yetişdirib. Şəhriyarın böyük bacısı Zeynəb Məmmədyarova və kiçik bacısı Türkan Məmmədyarova beynəlxalq arenada ölkəmizi təmsil edib. Bu ailə şahmatda ümumilikdə 12 medal qazanıb. Bunlardan 7-si qızıl, 3-ü gümüş və 2-si bürüncdür. Şəhriyar özü fərdi yarışlarda 4 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edib. O, 20 yaşadək şahmatçılar arasında ikiqat dünya çempionudur. Bu göstərici dünyada rekorda sahibdir.

Avropa çempionatında Şəhriyar 3 qələbə qazanıb, 2 heç-heçə edib, 1 dəfə isə uduzub.

Şəhriyar və bacısı Zeynəb Məmmədyarova

Teymur Rəcəbov - 14 yaşında qrossmeyster almaqla dünyada rekordçudur. Şahmatın vunderkindi hesab olunur. Yüksək səviyyəli şahmatda ilk nailiyyəti 2003-cü ildə Qarri Kasparovu Linaresdə qara fiqurlarla məğlubiyyətə uğradaraq əldə edib. Bu qarşılaşma həmin il ən yaxşı oyun mükafatına layiq görülmüşdü. Rəcəbov dünya birincisini udmaqla tarix yazmışdı. Həmin il Teymur Vişvanatan Anandı və Ruslan Ponomaryovu qara fiqurlarlara məğlub etmişdi. Bu nəticə ilə birlikdə isə Rəcəbov 1 ildə üç FİDE dünya çempionunu məğlub edən yeganə şahmat ustası hesab edilir.

2004-cü ildə FİDE dünya çempionatında yarım finala yüksəlib.2005-ci ildə güclü Dos Hermanas turnirini qazanıb və həmin il Avropa çempionatında 2-ci olub. 2006-cı ildə Linares-də hazırkı dünya çempionu bolqar şahmatçı Veselin Topalovu məğlub etdib (qara fiqurlarla) turniri 2-ci bitirir. 2007-ci ildə XIX kateqoriyalı Korus turnirinin ortaq qalibi olub.

2011-ci ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovun qızı Elnarə ilə ailə həyatı qurub.

Teymur qitə birinciliyində 2 qələbə qazanıb və 4 heç-heçə edib.

Rauf Məmmədov - 2004-cü ildən qrossmeysterdir. Şahmat oynamağa 7 yaşından başlayıb. 2004-cü ildə qrossmeyster olub.

O, 2009-cu ildə Novi Sad və 2013-cü ildə Varşavada keçirilən Şahmat üzrə milli komandaların Avropa çempionatında qızıl medal, daha öncə 2007-ci ildə isə bürünc medal qazanmış Azərbaycan komandasının tərkibində, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov və Qədir Hüseynovla birgə çıxış edib. 2009-cu ildə Rauf Texas ştatının Lubbok şəhərində keçirilən 16-cı kateqoriyalı SPİCE Kubok Turnirində Yuriy Kuzubov və Dmitry Andreikinlə 1-3-cü yerləri bölüşdürüb.2011-ci ildə Corsica Masters blitz turnirinin qalibi olub. 2015-ci ildə Minskdə keçirilən Şahmat üzrə Avropa Bitz Çempionatının qalibidir. Üç qat Azərbaycan Şahmat Çempionatının qalibi adını qazanıb.

Rauf komandamızda ən çox qələbə qazanan şahmatçıdır. O, 4 dəfə rəqiblərindən üstün olub və 2 bərabərliyə imza atıb.

Qədir Hüseynov - 1994-cü ildə 8 yaşında Rumıniyada keçirilən Avropa çempionatında birinci yeri tutduqdan sonra o nəinki dünyanın ən gənc FİDE ustası adını qazanır və həmçinin Ginnesin Rekordlar Kitabına düşür. O, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizə ilk qızıl medalı qazanan şahmatçıdır. Gənclər arasında Avropa çempionatının qalibidir. 2002-ci ildə 15 yaşında ikən o, beynəlxalq qrossmeyster normasını yerinə yetirir. Bu andan etibarən dəyişilməz olaraq Azərbaycan yığma komandasının heyətində bütün Olimpiada və Avropa birinciliklərində iştirak edir.

Qədir Hüseynov cəmi iki görüşdə iştirak edib ki, bunların birində qalib gəldiyi halda digərində uduzub.

Arkadi Naydiç - 1995-ci ildə 10 yaşadək şahmatçıların Avropa birinciliyində birinci yeri, yeniyetmələr arasında dünya birinciliyində isə 2-ci yeri tutub.1996-ci ildə Naydiçin ailəsi Riqadan Dortmunda köçür. Sonrakı illərdə Arkadi Naydiçi bir çox qrossmeyster çalışdırır. 15 yaşında qrossmeyster adını qazanır.

2005-ci ilin əvvəllərində Almaniya vətəndaşı olur. Bir çox turnirlərdə bu ölkəni birinci lövhədə təmsil edib. 2011-ci ildə Almaniyanın Avropa çempionu olmasında böyük rol oynayıb. 1 aprel 2009-cu il tarixində 2700 reytinq balını keçmiş ilk alman şahmatçısı kimi tarixə düşüb. Həmin il klublararası Avropa çempionatında Almaniya millisi ilə qızıl medal qazanır.

2014-cü ildə Trömsödə keçirilən Şahmat Olimpiadasında qara fiqurlarla Maqnus Karlseni məğlub edir. 2015-ci ildən etibarən isə Azərbaycan milli komandasının şərəfini qorumağa başlayıb. 2014-cü ildə Naydiç Ukrayna və İsraili təmsil etmiş şahmatçı Yuliya Şvayeqerlə evlənir. O, ailəsi ilə Bakıəda yaşayır. Həmçinin onun xanımı hazırda İsrail millisinin şərəfini qoruyur. Şvayqer Avropa çempionatında Azərbaycan şahmatçısı Zeynəb Məmmədyarovaya uduzub.

Naydiç isə 3 dəfə rəqiblərini üstələyib, 2 dəfə sülhə razılaşıb, 1 dəfə də uduzub.
Azərbaycanın "qızıl" oğlanları... - Teymur, Şəhriyar, Rauf...Azərbaycanın "qızıl" oğlanları... - Teymur, Şəhriyar, Rauf...Azərbaycanın "qızıl" oğlanları... - Teymur, Şəhriyar, Rauf...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1204   Tarix: 07 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Messinin maaşı bəlli oldu

"İnter Mayami" klubunun futbolçusu Lionel Messinin bir mövsümdəki maaşı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Messi bir mövsümdə 19,2 milyon avro qazanır. Qeyd edək ki, 2023-cü ilin yayında "İnter Mayami"yə keçən Mess

12 aprel
.

"Sabah" "Qarabağ"ın iki rekordunu qırdı

"Sabah" Azərbaycan çempionatlarının 32 illik tarixində "Qarabağ"a ardıcıl iki oyunda 3 və ya daha çox qol vuran 3-cü komanda olub. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bunadək 3 belə hadisə yaşanıb. İki dəfə "Kəpəz", bir dəfə "Şəmkir"

15 aprel
.

Xavi "Barselona"dan ayrılacağını açıqlayandan sonra komanda məğlub olmayıb

Xavi Ernandes "Barselona"dan ayrılacağını açıqlayandan sonra komanda məğlub olmayıb. "Report" xəbər verir ki, İspaniya təmsilçisi son olaraq Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Fransada PSJ-ni məğlub edib - 3:2. Kataloniyalıların sonuncu məğlubiyyəti yanvarı

11 aprel
.

"Qarabağ"ın daha iki potensial rəqibi bilindi

"Qarabağ"ın 2024-25 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində daha iki potensial rəqibi müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, buna Litva və Qazaxıstan çempionatlarında qızıl medalçının bəlli olması ilə aydınlıq gəlib. Adıçəkilən ölkələrin çempionlarının "Panevejis"

15 aprel
.

Neymar üç milyon dollar məbləğində cərimələndi

Braziliya millisinin ulduz futbolçusu Neymar üç milyon dollarlıq cərimə ödəyəcək. Məlumata görə, ulduz futbolçu Braziliyadakı evinin həyətindəki göl üçün dövlətə üç milyon dollar cərimə ödəməli olacaq. Neymar bu cərimənin məntiqsiz olduğunu və tələb olunan məbləği ödəməyəcəyini bildirib. Qeyd edək ki

12 aprel
.

"Qarabağ" "Qəbələ"yə, "Neftçi" "Zirə"yə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, 28-ci turda çempionluğunu rəsmiləşdirən "Qarabağ" saat 16:30-da sonuncu pillədə qərarlaşan "Qəbələ"ni qəbul edəcək. Günün digər matçnda 47 xalla 3-cü pilləd

20 aprel
.

Xavinin "Barselona"da qala biləcəyi şərtlər məlum olub

"Barselona"nın baş məşqçisi Xavi cari mövsümün sonunda bu postu tərk etmək qərarını dəyişməsə də, yaxın ətrafı hesab edir ki, rəhbərlik ispan mütəxəssisə müəyyən təminatlar verərsə, o, Kataloniya klubunda qala bilər. Məlumata görə, birincisi, Xavi üçün vacibdir ki, gələn yay "mavi-qırmızılar"

14 aprel
.

Səhərlər idmanla məşğul olmağın orqanizmə TƏSİRİ

Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir. Geniş araşdırma zamanı mütəxəssislər maraqlı bir qanunauyğunluq aşkar ediblər: axşamlar fiziki fəaliyyətə üstünlük verənlərdə ürək patologiyalarını

14 aprel
.

"Fənərbağça"nın penaltilərini çıxaran qapıçının SİRRİ: Atası oyundan əvvəl…

"Fənərbağça" - "Olimpiakos" matçına damğasını vuran və 3 penalti vuruşunu qurtaran Konstantinos Tzolakislə bağlı çox danışılan fakt üzə çıxıb. bu barədə xarici mətbuata istinadən xəbər verir. Tzolakis matçdan sonra verdiyi açıqlamada məşqçilərlə analiz apardıqlarını və penaltilərdə

19 aprel