Dünyanın ən güclü insanları Azərbaycan polisləri imiş - FOTO

Dünyanın ən güclü insanları Azərbaycan polisləri imiş - FOTOMoskvada pauerliftinq üzrə növbəti dünya çempionatı keçirilib. Yarışda bu idman növündə də favorit hesab olunan Azərbaycan millisi növbəti uğurunu qazanıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, dünyanın ən güclü atletlərinin yarışında millimizin heyətində təmsil olunaraq qələbə uğrunda mübarizə aparan polis idmançılarından Samux RPŞ-nin inspektoru, polis kapitanı Rüfət Ağayev yarışın proqramına daxil olan çiyində ştanqla oturub qalxma hərəkətində 470 kq, ştanqı qurşağadək dartmaqda 340 kq, ştanqı sinədən qaldırma hərəkətində isə 280 kq-nın öhdəsindən gəlməklə çəkisi 125 kq-dək olan, xüsusi təchizatla yarışan atletlər arasında ümumilikdə 1090 kq nəticə ilə qızıl medal qazanıb. R.Ağayev bununla səkkizinci dəfə dünya çempionu adına sahib olub.

Səbail Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis baş serjantı Razim Hüseynov çəkisi 125 kq-dək təchizatsız yarışan idmançıların sırasında çiyində ştanqla oturub qalxma hərəkətində 345 kq, ştanqı qurşağadək dartmaqda 330 kq, ştanqı sinədən qaldırma hərəkətində isə 250 kq-ın öhdəsindən gəlməklə ümumilikdə 925 kq nəticə ilə millimizin medal mücrüsünə daha bir qızıl medal əlavə edərək dünya çempionu adını qazanıb.

İsmayıllı RPŞ-nin polis nəfəri, polis baş serjantı Kamil Qafarov çempionatda "bench press" - ştanqı sinədən qaldırma hərəkətində gücünü sınayıb. Çəkisi 90 kq-dək olan idmançıların mübarizəsində o, 240 kq nəticə ilə bütün rəqiblərini geridə qoyaraq altıncı dəfə dünya çempionu adını qazanıb.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin mühafizə şöbəsinin əməkdaşı, polis serjantı Roman Əhmədov isə "deadlift"- ştanqı qurşağadək dartma hərəkətində yarışıb. O, çəkisi 82 kq-dək olan idmançılar arasında 225 kq-ı qaldırmaqla ikinci yeri tutub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3279   Tarix: 08 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Google" xəritəsindən mistik görüntü - VİDEO

Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd

7 sentyabr 2021
.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Keçi və xoruz toyuğu belə xilas etdi - VİDEO

Hollandiyanın Qelderland əyalətindəki bir fermada keçi və xoruz bir toyuğu ona hücum edən Şahin quşundan xilas edib. -a istinadən xəbər verir ki, sentyabrın əvvəlində 59 yaşlı fermer Caap Bits həyətdə səs eşidib. Şahin quşunun bir toyuğa hücum etdiyi məlum olub. Bu an müşahidə kamerasının videosuna düşüb

16 sentyabr 2021
.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR

Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə

8 sentyabr 2021
.

Kosmosa uçanların - FOTOLARI

Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib. Axşam.az-a istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub. Bu gün isə səyyahların fotolar

18 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14 sentyabr 2021