Türkiyə İrəvan sərhədinə diviziya yeridir

Türkiyə İrəvan sərhədinə diviziya yeridirÖtən əsrin 90-cı illərinin ortalarında Qarabağda atəşkəsin əldə edilməsinin ardınca Rusiyanın Ermənistana gizlicə 1 milyard dollarlıq silah-texnika ötürdüyü dövrlərdə baş vermiş hadisə o dövrün siyasi proseslərini izləyənlərin yəqin ki, yaxşı xatirindədir.

90-cı illərin ortalarında Türkiyədə Baş nazir Tansu Çillərin dövründə (prezident Süleyman Dəmirəl idi) 3-ci ordu komandanlığı ölkənin şərq sərhədləri boyu irimiqyaslı hərbi təlimlər keçirmişdi və bu təlimlər zamanı türk ordusunun tank diviziyası Ermənistan sərhədlərinə doğru yeridilmişdi. Türkiyənin Ermənistana bu güc nümayişi İrəvanda ciddi çaxnaşmaya səbəb olmuşdu.

Həmin dövrdə müdafiə naziri olmuş Vaqarşak Arutyunyanın sonralar etiraf etdiyi kimi türk tanklarının sərhədə doğru yeridildiyini eşidəndə İrəvanda bundan ciddi təşviş keçirmişdilər və kömək üçün təcili Rusiyaya müraciət etmişdilər.

"1990-cı illərdə Türkiyə 3-cü səhra ordusunu sərhədlərimizdə yerləşdirərək Qarabağı qaytarmağımızı tələb edib. Türkiyə Ermənistan ilə sərhədi bağlayıb, bizim bu ölkə ilə diplomatik münasibətimiz yoxdur, bu isə düşmənçiliyin təzahürüdür"-Vaqarşak Arutyunyan demişdi.

Türkiyənin Ermənistana həmin misli görünməmiş güc nümayişi yəqin ki, Ankaranın Azərbaycana hərbi dəstək verməkdə qərarlı olduğunu göstərməyə, eləcə də Ermənistanın danışıqlardakı mövqeyinə təsir etməyə hesablanmışdı.

Lakin indi erməni jurnalist, 90-cı illərin ortalarında "Komsomolskaya Pravda" qəzetinin Ermənistan üzrə xüsusi müxbiri işləmiş Vardan Aloyan həmin hadisələri fərqli motivdə nəql edir. Onun danışdıqlarına "Sputnik Armenia" agentliyi yer verib.

Aloyan iddia edir ki, Türkiyənin Ermənistan sərhədlərinə qoşun yeritməsi o vaxt İrəvandakı dövlət qəzetlərindən birinin redaksiyasına ilk dəfə iki kompüterin verilməsindən qaynaqlanmışdı.

Aloyan danışır ki, həmin vaxt o, məzuniyyətdən Moskvaya, redaksiyaya qayıdanda qapıda məsul katib İqor Kots həyacanla baş redaktorun onu çağırdığını deyir: "Tez Sunqorkinin yanına! O, dəhşət qəzəblidir, səni çağıır".

Aloyanın dediyinə görə, baş redaktorun niyə ona qəzəbli olduğunu anlamayıb, çünki hansısa səhvə yol verməmişdi. Və o, kabinetə yaxınlaşanda baş redaktorun qışqırtısını eşidir: "Hanı Aloyan? Bu nə biabırçılıqdır, hanı bizim xüsusi müxbir? Dərhal mənə Aloyanı tapın!"

Aloyan baş redaktorun kabinetinə daxil olur. Sunqorkin dərhal ona qışqırır: "Aha, gəlib çıxdın! Nəyə görə sən öz regionunu başlı-başına buraxmısan? Sizdə orada müharibə başlayır, bəs sən burada nə gəzirsən?".

Erməni jurnalist hansı müharibədən söz getdiyini dərk etməyə imkan tapmamış NTV-nin xəbərlər buraxılışında diktor həyacanlı səslə təcili xəbəri çatdırır: "İnterfaks" xəbər verir ki, bu gün səhər Mastara sərhəd məntəqəsində erməni və türk nümayəndə heyətləri görüşüblər, görüşdə yay aylarında Araz çayından əlavə su götürülməsi məsələsi müzakirə olunmalıydı. Danışıqlar zamanı Türkiyənin Qars vilayətinin qubernatorunun mühafizəçilərindən biri erməni nümayəndə heyətinin üzvlərinə atəş açıb. Nəticədə Şirak vilayətinin qubernatoru Ararat Qomtsyan öldürülüb, Ermənistan müdafiə naziri Vazgen Sərkisyanın isə güllə başını deşib keçib. Cavab atəşi ilə nazirin mühafizəçisi atəş açanı məhv edib..."

Aloyanın bu xəbəri eşidəndə dizləri əsir, tez yaxınlıqdakı stula oturur. Nə baş verdiyini dərk etməyə çalışır. Axı müdafiə naziri niyə su ehtiyatlarının bölüşdürülməsinə dair danışıqlarda iştirak edib? Lakin şoka düşdüyündən eşitdiyini dərk edə bilmir. Bu vaxt baş redaktor əmr edir: "Tez növbətçi maşınla Aloyanı aeroporta aparın və birinci reyslə Yerevana geri göndərin".

Aloyan baş redaktora deyir:

-Mən əlbətdə günahkaram, amma ən təhlükəli cinayətkarın belə bir dəfə zəng vurmaq haqqı var. Mənim belə hüququm varmı?

"Komsomolskaya Pravda"nın erməni jurnalisti elə baş redaktorun kabinetindən İrəvana, prezident aparatının rəhbəri Şaqen Karamanukyana zəng vurur.

-Bu absurddur, tamamilə uydurmadır. Heç buna yaxın gələn nəsə baş verməyib, heç kim heç kimlə görüşməyib, heç kim heç kimə atəş açmayıb. Araşdırırıq, görək bu təxribatı kim törədib.

Aloyan baş redaktor Vladimir Sunqorkinə Karamanukyanın dediklərini çatdırır. "Deyirlər bu informasiya yalandır"- deyir.

-Necə yəni yalandır, bu saat bütün dünya xəbər agentliklərində bir nömrəli xəbərdir, sən deyirsən yalandır?

Baş redaktor Ermənistan prezident aparatının rəhbərinin dediklərindən sonra bir az sakitləşir. Araşdırırlar ki, məlumatı ancaq bir mənbə-"İnterfaks" yayıb. Və hər yerdə informasiya eynilə təkrarlanır, heç bir yenilənmə yoxdur. Bir müddət sonra isə həmin xəbər ümumiyyətlə lentlərdən yığışdırılır, baş redaktor Aloyandan əl çəkir.

Ertəsi gün "Komsomolskaya Pravda"nın xəbərlər şöbəsinin rəhbəri Sergey Çernıx Aloyanı yanına çağırır. Ona məlumat verir ki, bu məlumatı yayan Ermənistanın hökumət qəzetinin əməkdaşıdır. Familiyasını deyir, məlum olur ki, həmin şəxs Aloyanın tələbə yoldaşıdır. "Biz onunla Moskvada beş il bir yataqxanada qalmışıq"-Aloyan deyir.

Bəs nə baş vermişdi?

Belə məlum olur ki, həmin Ermənistan qəzetinin redaksiyasına ilk dəfə iki kompüter verilibmiş. Biri baş redaktorun müavininə, o biri xəbərlər şöbəsinin rəhbərinə. Kompüterləri bir-birinə qoşublar və şəbəkə yaradılıb. Redaktor müavini isə zarafatcılın biriymiş, şəbəkəni yoxlamaq qərarına gəlir və həmin uydurma xəbəri yazıb xəbərlər şöbəsinin rəhbərinin kompüterinə göndərir. Tərslikdən həmin şöbə müdiri eyni zamanda "İnterfaks"ın Ermənistandakı ştatdankənar müxbiri idi. Və o, sensasion xəbəri görən kimi dərhal Moskvaya göndərir...

Prezident Levon Ter-Petrosyan aparıcı KİV-lərdə həmin xəbəri oxuyandan dərhal sonra müdafiə nazirinə zəng vurur. Məlum olur ki, heç kim heç yana getməib, heç bir danışıqlar və güllələmə olmayıb. Lakin hər ehtimala qarşı bu həyacanlı informasiyaya görə Ermənistan ordusuna döyüş hazırlığı əmri verirlər ki, Türkiyə birdən hücum edər.

Türkiyə Prezidenti Süleyman Dəmirələ də təbii ki, xəbəri dərhal çatdırırlar. Dəmirəl Ermənistanla sərhəd bölgələrin qubernatorlarına zəng vurur, dəqiqləşdirir ki, belə əhvalat olmayıb. Bununla belə ordu komandanlarını müşavirəyə çağırır, xəbər müzakirə olunur. Qərara alınır ki, hər ehtimala qarşı şərq vilayətlərində dislokasiya olunmuş qoşunlar döyüş hazırlığı vəziyyətinə gətirilsin, habelə Ermənistan sərhədlərinə doğru təcili tank diviziyası yeridilsin.

Sonrası isə daha betər olur. Aloyanın nəql etdiyi kimi Rusiya kəşfiyyat peykləri Türkiyə qoşunlarının Ermənistanla sərhəddə anlaşılmaz aktivliyini, tankların sərhədə doğru irəlilədiyini qeydə alır. Dərhal Rusiya XİN Ankaraya nota göndərir: sərhədi keçsəniz bizimlə qarşılaşacaqsınız! İrəvanın "Erebuni" aerodromunda dislokasiya olunmuş Rusiya MİQ-ləri isə tam döyüş komplekti ilə bir-birinin ardınca havaya qalxır. Yəni, hər ehtimala qarşı.

Gərginliyin bu cür artdığını görən Süleyman Dəmirəl dəstəyi götürür və birbaşa İrəvana zəng vurur. Ermənistan və Türkiyə prezidentləri arasında ilk telefon danışığı bu cür baş tutur. Vəziyyət aydınlaşır, qoşunlar kazarmalara qayıdır, Rusiya qırıcıları aerodroma enir, türk tankları sərhəddən dönür. Aloyan Vazgen Sərkisyanın danışdıqlarına istinadla bildirir ki, türk tanklarının Ermənistan sərhədinə həmin yürüşü 20 milyon dollara başa gəlmişdi.

Ermənistan xüsusi xidmət orqanları araşdırıb xəbərin müəllifini tapır, həmin redaktor müavini işdən çıxarılıb sıravi müxbir təyin edilir. Ona sərt cəza verilmir...

Bu, əlbətdə, Aloyanın danışdıqlarıdır, Türkiyənin o vaxt Ermənistanla sərhədə qoşun yeritməsinin səbəbinin doğrudan da hansısa erməni jurnalistin axmaq zarafatı olduğunu dəqiqləşdirmək üçün həmin dövrün siyasi aktyorlarını dinləmək maraqlı olardı...

Mənbə: Virtualaz.org


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2085   Tarix: 11 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

""Döyüş Qardaşlığı" təşkilatı bir başa Paşinyana dəstək verir" - Ekspert

Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb.Bu barədə təşkilatın Teleqram kanalı məlumat yayıb. Məlumatda bildirilib ki, təşkilatın üzvləri Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan, Aramais Ağabekyan Noyemberyan polis bölməsinə gətirilib. "Hökumə

22 aprel
.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

"Azərbaycan da Fransadakı səfirini geri çağırmalıdır" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

17 aprel
.

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad

17 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararas

18 aprel
.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılmasına başlanılıb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsinə dair görüntülər yayılmışdı

17 aprel