Dərmana pul catdıra bilməyən Rasim Balayev: "Allaha yalvarıram ki…"

Çoxdandır görünmür. Səhhətində problemlərin olduğunu eşitmişdik. Onunla tədbirlərin birində görüşdük. Xalq artisti, sevilən aktyor Rasim Balayevi deyirəm.

– Çoxdandır görünmürsünüz, haralardasınız?

– Əvvəllər insanlar kasıb yaşayırdı, amma bir-birini görməyə trramvayla gedirdi. İndi hər şey var, evdən bayıra çıxmaq istəmirik. Bu texnika, internet inkişaf etdikcə insanlar zombiləşir, bir-birinə qarşı səmimiyyəti, hörməti yox olub gedir.

– Sosial şəbəkələrdən istifadə edirsinizmi?

– Baxın, telefonum ən son modeldir, amma bir "salam" verirəm, bir də "sağ ol" deyirəm, vəssalam. Ümumiyyətlə, internet xidmətlərindən istifadə etmirəm.

– Filmlərə də çəkilmirsiniz, evdə oturmusuz, bəs günü necə keçirirsiz?

– Çox darıxıram, amma neyləyim, əlacsızam. Səviyyəli film də yoxdur ki, çəkilim. Belə getsə, heç çəkilməyəcəm də. O cür filmlərdən sonra hansısa səviyyəsiz filmə çəkilib, niyə özümü gözdən salım? Tamaşaçı məni o filmlərlə sevib.

– Son vaxtlar səhhətinizdə problemlərin olması ilə bağlı xəbərlər yayıldı. İndi necəsiniz?

– İş-güc də yoxdur, günüm yalnız klinikalarda keçir.

– Hansı xəstəlikdən müalicə olunursunuz ki?

– Şəkər, təzyiq, onurğa problemləri… Onurğa problemləri də ayağımda fəsad yaradıb, yeriyəndə əziyyət çəkirəm. Hamısı qarışıb bir-birinə.

– Dava-dərman da bahadır, pulu necə çatdırırsınız?

– Aldığım təqaüd-zad hamısı müayinələrə, müalicələrə gedir. Özüm də gündə bir dəfə yemək yeyirəm (gülür).

– Zarafat edirsiniz?

– Pulu çatdıra bilmirəm. Dərmanlar da çox bahadır. Həkim dünən iki dərman yazmışdı, qiyməti 60 manatdır. Gedib birini aldım, dedim, təsirini görsəm, gəlib birini də alaram. Utandığımdan deyə bilmədim ki, dərmana pul çatdıra bilmirəm.

– Bəs nə əcəb imkanlı dostlarınız sizə kömək etmir?

– Əvvəllər yaxşı dostlarım olub, hətta biri mənə avtomobil də bağışlamışdı. Artıq çoxu rəhmətə gedib.

– Bəs indi yaxşı dostlarınız yoxdur?

– Var. Amma mən ağlayan adam olmamışam. Acından ölərəm, amma gedib hansısa dostuma ağız açmaram.

– Elə ona görə də sizi sevirlər də…

– Amma sevgi də əppək deyil.

– Nə əcəb gedib Türkiyədə müalicə olunmursunuz?

– Şükür Allaha, bu xəstəliyi yola vermək olur. Bir həkim dostum var, deyir, adam var yaxşı qidalanıb, yaxşı hava udub, 80 yaşında da sağlamdır. Amma adam da var, 70 yaşında xəstəliklə əlləşir. Mən uşaqlığımı Aranda yaşamışam, sonra da Bakıya köçmüşəm. Burda da hava yaxşı deyil axı. Amma həmişə Allaha yalvarırdım ki, mənə müalicəsi mümkün olan xəstəliklər ver. Bir dostum da dedi ki, Allahdan nə istədin, onu da verdi, xəstəliklərinin hamısı müalicə olunandı. İndi də yalvarıram ki, ey böyük Allah, mənə əlacsız dərd vermə.

– Rasim müəllim, övladlarınıza bir gün ağlaya bilmisinizmi?

– "Gün ağlamaq" deyəndə ki, hamısını oxutdum, toy elədim, ev-eşik sahibi oldular. İndi də özləri öz başlarını dolandırırlar.

– Sizin kimi aktyor Hollivudda yaşasaydı, indi dirəyi də qızıldan idi…

– Mənim balaca mənzilim vardı, satıb Şüvəlanda ikimərtəbəli ev aldım. Şəraitim də pis deyil
Dərmana pul catdıra bilməyən Rasim Balayev: "Allaha yalvarıram ki…"Dərmana pul catdıra bilməyən Rasim Balayev: "Allaha yalvarıram ki…"Dərmana pul catdıra bilməyən Rasim Balayev: "Allaha yalvarıram ki…"Dərmana pul catdıra bilməyən Rasim Balayev: "Allaha yalvarıram ki…"Mənbə: Yenicag.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 4992   Tarix: 11 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Boşanmadan ikinci dəfə evləndi, müəmmalı qəzada öldü...

xəbər verir ki, tanınmış xanəndə Səxavət Məmmədov haqqında 10 maraqlı fakt hazırlayıb. 1. Səxavət Əmirxan oğlu Məmmədov Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanırdı. Asə

28 iyul 2021
.

Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç

15 sentyabr 2021
.

Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama: "Dərmanlar qəbul edir"

Türkiyədə bir aylıq müalicə kursu keçən Xalq artisti Arif Babayev Azərbaycana qayıdıb. xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib. Onun sözlərinə görə, A.Babayev hazırda Qax rayonunda istirahətdədir: "Həkimlər deyir ki, atamın vəziyyəti əvvəlkin

13 avqust 2021
.

Məşhur filmin treyleri rekord izlənmə sayı toplayıb - VİDEO

"Hörümçək adam: Evə yol yoxdur" (Spider-Man: No Way Home) filminin treyleri rekord izlənmə sayı toplayıb. -a istinadən xəbər verir ki, yayımlandığı ilk sutka ərzində müxtəlif sosial şəbəkə və platformalarda videonu 355.5 milyon nəfər izləyib. Qeyd edək ki, öncəki rekord 289 milyon baxışla "Qısasçılar

27 avqust 2021
.

Xalq Artisti atası tərəfindən döyülüb - SƏBƏB

Xalq artisti Şamil Süleymanlı atası tərəfindən döyüldüyünü etiraf edib. axşam.az-a istinadən xəbər verir ki, aktyor bu haqda "Bizimləsən" proqramında danışıb. O, atasının onun aktyor olmasını istəmədiyini deyib:. "Atam yaxşı edib məni döyüb. Yanımızda tibb universitetinin rektoru yaşayır

23 iyun 2021
.

Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı

Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb. Bu barədə -a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib. O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyət

7 iyul 2021
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17 sentyabr 2021
.

Muzasız mümkün deyil: Məşhur yazıçıların "ilham pərisi" kim olub?

Yaradıcı adamların həyatında "ilham pərisi"nin xüsusi əhəmiyyəti var. Kiminin düşüncəsində bu, elə doğrudan da, gözəgörünməz, ilahi bir varlıq, kimi üçünsə də adi, sıradan bir insandır - yaradıcı adama sevgi verən, ruh verən bir insan. Yaratdığı həyəcandan yaradıcı qələmini hərəkətə gətirə

31 iyul 2021
.

69 yaşlı Əməkdar artist plastik əməliyyatdan sonra - FOTOLAR

Xəbər verdiyimiz kimi, 69 yaşlı Əməkdar artist Vahid Əliyev plastik əməliyyat etdirib. xəbər verir ki, aktyor üzünə kök hüceyrə etdirərək qırışlardan xilas olub. V.Əliyev əməliyyatdan 3 gün sonrakı görüntülərini yayımlayıb. Aktyorun üzündəki qırışların açıldığı diqqət çəkib

28 iyun 2021