Boşanan arvadını oğurlayıb öldürmək istədi - Ögey qardaşı ilə keçmiş ərin İLGİNC PLANI - VİDEO - FOTO

Boşanan arvadını oğurlayıb öldürmək istədi - Ögey qardaşı ilə keçmiş ərin İLGİNC PLANI - VİDEO - FOTOTürkiyənin Adana şəhərində döyüldüyü üçün ərindən boşanan və daha sonra keçmiş əri tərəfindən qaçırılaraq şiddət görən 3 uşaq anası bu dəfə də qadın paltarı geyən qardaşı tərəfindən dönər bıçağıyla vurulub.

Sonxeber.az Milli.Az-a istinadən xəbər verir ki, iddiaya göre, Huriye G. (28) 11 il öncə uzaq qohumu Mustafa G.(37) ilə ailə həyatı qurub. Bu evlilikdən 3 uşaqları olub, ancaq Mustafa G. arvadını tez-tez döydüyü üçün Huriye G. boşanmaq üçün müraciət edib. Cütlük 3 il öncə boşanıb, ancaq Mustafa G. Huriye G.-dan əl çəkməyərək, onu ölümlə təhdid edib. Bir müddət sonra Mustafa Huriyeni qaçıraraq öldürmək istəyb. Amma polis son anda Mustafani təsirsiz hala gətirərək faciənin qarşısını alıb. Mustafa həbs edilib. Ancaq bir müddət sonra Huriye şikayətini geri çəkib. Mustafa azadlığa çıxıb və qadını yenidən ölümlə təhdid etməyə başlayıb.

Bu zamanlar bacısı A.Ç.-nin evinə köçən Huriye G. pul qazanmağa başlayınca iddiaya görə, bu dəfə də narkotik asılısı olan ögey qardaşı Salih G. ondan tez-tez pul tələb edib. İlk vaxtlar qardaşına pul verən Huriye bu tələblərin ardı kəsilməyincə bir daha pul verməyib. Salih bir həftə öncə bacısının qaldığı evə basqın edərək dönər bıçağıyla təhdid edib. Polisin gəlməsiylə olay yerindən qaçan şübhəli saxlanılıb. Qardaşına Huriyeyə 400 metr yaxınlaşmamaq cəzası verilib, elektronik qolbağı taxılıb.

İddiaya görə, həm keçmiş əri, həm də ögey qardaşı istədiyini alamayınca bu dəfə birləşib plan qurublar. Öncə 7 noyabr günü keçmiş ər Mustafa və qardaşı Salih Huriyenin iş yerinə gələrək bıçaq çəkiblər. Qolbağının siqnal verməsi sonrası hadisə yerinə gələn polis Mustafanı yaxalasa da, Salih qaçıb. Bir gün sonra isə Salih elektronik qolbağını çıxarıb, qadın geyimində Huriyeyə dönər bıçağı ilə hücum edib. Huriye G. alnından və əlindən yaralanıb. Digər vətəndaşların müdaxiləsi sonrası Salih qaçıb. Ancaq Huriyenin 3 min 500 lirə pulunu da əlindən ala bilib.

Bir neçə barmağı qopan və üzündə bıçaq kəsikləri olan Huriye müalicə edildikdən sonra Qadın Sığınacaq Mərkəzinə yerləşdirilib.

Polis Huriye G.-nin önünü kəsərək təhdid edən keçmiş əri Mustafa G.-ni, olayla əlaqəsi olduğu irəli sürülən atası Ahmet G. (67), ögey anası Bedriye G., ögey qardaş Abit G. ilə birlikdə 6 nəfəri saxlayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1659   Tarix: 11 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Rusiya müdafiə nazirinin müavini həbs edildi - FOTO/VİDEO

Məhkəmə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Rusiya İstintaq Komitəsinin açıqladığı məlumata görə, nazir müavini RF Cinayət Məcəlləsinin 290-cı maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvətalma) saxlanılıb

24 aprel
.

70 hektar soğan əkdi, sata bilməyib pulsuz PAYLADI: 3 min adam tarlaya axışdı - VİDEO

Fermer 70 hektar sahədə əkdiyi soğanı sata bilmədiyi üçün vətəndaşlara pulsuz şəkildə paylayıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. 70 hektar sahədə əkdiyi soğanı sata bilməyən fermer vətəndaşlara pulsuz paylayıb. Soğanın pulsuz olduğunu eşidən 3 minə yaxın insan tarlay

25 aprel
.

Toydan əvvəl mübahisə etdi, şadlıq sarayında ÖLDÜRDÜ

Toyda baş verən mübahisə qanla sonlandı. xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Rizə şəhərində keçirilən toyda iki nəfər arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı 1 nəfər güllələnərək dünyasını dəyişib. Açıqlamada axşam saatlarında yenə eyni şəxslər arasında mübahisəni

24 aprel
.

Ana və ögey atası 12 yaşlı qıza cəhənnəmi yaşatdılar: Narkotik verib, təcavüz etdi

Valideynləri ayrı yaşayan 2011-ci il təvəllüdlü qız sözün əsl mənasında dəhşət yaşadıb. xarici mediaya istinadən xəbər verir ki, 12 yaşlı uşağa anasının imam nikahlı əri təcavüz edib. Hadisə Türkiyədə baş verib. 12 yaşlı uşağa anasının imam nikahlı əri təcavüz edib. Həmin an isə doğma anası sadəcə olara

25 aprel
.

ABŞ senatoru soyğunçuluğa görə həbs edilib

ABŞ-nin Minnesota ştatının senatoru və keçmiş yerli televiziya meteoroloqu Nikol Mitçell Detroyt-Leyksdə soyğunçuluqda şübhəli bilinərək həbs olunub. Bu barədə zərərçəkmiş polisə məlumat verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Mitçelli həbs ediblər. Polis və prokurorluq hadisə ilə bağlı açıqlam

23 aprel
.

Qadın salonunda iyrənc hadisə! 14 yaşlı uşağa təcavüz etdi

Qadın salonunda 46 yaşlı kişi saç ustasının yanında işi öyrənən 14 yaşlı uşaq cinsi istismara məruz qalıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Qadın gözəllik salonunda işləyən 14 yaşlı qız ailəsinə müəssisənin sahibinin ona cinsi təcavüz etdiyini və zorla mesajlar göndərdiyin

23 aprel
.

Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Ciddədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Bu barədə Səudiyyə Ərəbistanının dövlət televiziyası məlumat yayıb. Hələlik Səudiyyə Ərəbistanının kralının hansı səbəbdən xəstəxanaya yerləşdirildiyi açıqlanmır. Qeyd olunub ki, 88 yaşlı Salman bi

24 aprel
.

Satanist məktəbli oğlan iki qızı bıçaqladı

Rusiyanın Petrozavodsk şəhərində 9-cu sinif şagirdi olan satanist oğlan iki qızı bıçaqlayıb. Hadisə yerli gimnaziyanın 9-cu sinif şagirdi, 15 yaşlı Maşanın (ad dəyişdirilib) nənə və babasının yaşadığı mənzildə baş verib. Nənə və baba isə Avstraliyada tətildə olublar. Mənzildə keçirilən əyləncə məclisind

24 aprel
.

Yol polisinin saxladığı sərxoş sürücü: "Mən cənazədən gəlirəm"

Türkiyədə polis tərəfindən saxlnılan əxsin sözləri gündəm olub. xarici mediaya istinadən xəbər verir ki, sərxoş sürücü ifadəsində "cənazədən gəlirəm" deyə bildirib. Sürücünün 0,51 promil sərxoş olduğu müəyyənləşib. Pul cəzası kəsilən sürücünün vəsiqəsi 6 ay müddətinə müsadirə edilib. Sərxo

23 aprel