Hərəkətləri ilə Hitlerin əsgərlərini hipnoz edib onlara cəhənnəm yaşadan rəqqasə – FOTO

Hərəkətləri ilə Hitlerin əsgərlərini hipnoz edib onlara cəhənnəm yaşadan rəqqasə – FOTOBu polşalı ballerina tarixdə öz rəqsləri deyil, törətdiyi ölüm hadisələrilə qalıb. Əfsanəyə çevrilən bu xanım öz şücaəti ilə Polşa xalqının sevimli qəhrəmanıdır.

Fransiska Rozenberq adlı rəqqasənin gələcəyinə böyük ümidlər bəslənirdi. Bütün ustadları onun bir gün çox məşhur olacağına inanırdılar. Varşavanın yəhudi ailəsində doğulan bu gənc balerina şəhərin ən nüfuzlu rəqs məktəbində təhsil alırdı. 1939-cu ildə Brüsseldə keçirilən beynəlxalq rəqs müsabiqəsində 4-cü yeri qazanmağı ona dünya şöhrəti gətirir. Çox böyük pərəstişkar ordusu yaranır.Hitler Almaniyası Polşanı ələ keçirdəndən sonra ölkədə yaşayan yəhudilərin həyat uğrunda mübarizəsi başlandı. Xalqının digər yüzlərlə nümayəndəsi kimi 23 yaşlı Fransiska da milli izlərini itirmək üçün ailə qurub Mann soyadını götürür. Şəhərin ucuz kabarelərində çıxış edib, çətinliklə çörək pulu qazanmağa başlayır. Bu həyat keçmişin şöhrətli balerinasının ürəyincə olmasa da taleyi ilə razılaşmaq məcburiyyətində idi.

1942-ci ildə nasistlər Varşavadakı alman əsirlər qarşılığında neytral ölkələrin pasportu olan yəhudiləri təhlükəsiz ərazilərə çatdırmağa söz verirlər. İsevçrədə hazırlanan bu pasportların qiyməti 20 min dollara bərabər idi. Müharibə dövründə isə bu pul hər kəsdə yox idi. Hətta bu "ölüm pasportları"nı almağa maddi durumu yetən yəhudilər də ömürlərini əsir düşərgələrinə başa vuracaqdılar. Pasportu olmayan yəhudilərsə əllərindəki son pullarını, zinət əşyalarını nasistlərə vermək məcburiyyətində idilər. Bu yolla əsirlikdən azad olacaqlarına ümid etsələr də onları da digərlərilə birgə eyni qədər gözləyirdi.Həmin dövrdə Fransiska da əsirlər sırasında idi. Bir sıra tarixi mənbələrdə keçmiş balerinanın nasist ordusu ilə əməkdaşlıq etdiyi bildirilsə də bu fakt sübuta yetirilməyib.
Minlərlə yəhudini qatarlara mindirib saxta pasportları və nasistlərə verdikləri bəxşişlər sayəsində təhlükəsiz ölkəyə çatdıracaqlarına söz verən Hitler ordusu Ovsensim şəhəri yaxınlığındakı düşərgəyə aparırlar. Ölkənin sərhədlərini keçməzdən öncə onlara sanitariya məqsədilə çimmək məcburiyyətində olduqlarını bildirirlər. Elə bu an insanları qaranlıq otaqlara yəni zəhərli qaz buraxan kameralara salırlar. İşgəncə ilə öldürülən yəhudilərin cəsədlərinin yanıq qoxusu havanı bürüməyə başlayır.

II Dünya müharibəsi zamanı Polşanın Osvensim şəhəri yaxınlığında almanların əsir düşərgəsi olub. Bu şəhər o vaxtdan "yerdəki cəhənnəm" adlandırılır. Alman faşistləri bu düşərgədəki əsirlərə cəhənnəm əzabı yaşadıblar. Yozef Mengele adlı həkim isə girovlar üzərində qandonduran təcrübələr keçirib.

Fransiska həmin an anladı ki, bu cəhənnəmdən qaçış yoxdur. O, özünün və yüzlərlə diğər girovun həyatda qalması üçün ən son şansını sınadı. Yavaş-yavaş soyunub, striptiz oynamağa başladı. Öz cazibədar hərəkətlərilə alman əsgərlərini sanki hipnoz edirdi. Gənc nasistlər onun çılpaq bədənindən başqa artıq heç nə görmürdülər. Elə bu an dikdaban çəkməsi ilə bir əsgərin üzünə möhkəm zərbə endirib, üzünü qana buladı. Silahı əlinə alıb, bir neçə nasisti öldürdü. Qadınlar hamısı əlbir olub, həyat uğrunda vəhşi mübarizəyə qalxdılar. Nasistlərin burnunu dişləyib, baş dərilərini qoparan girov qadınlar səs-küyə gələn digər əsgərlərin güllələrinə qurban getdilər.

Bu kədərli hadisənin digər qandonduran təfərrüatlar önəmli deyil. Vacib olan fakt minlərlə can alan müharibələrin qaranlıq siması və törətdiyi fəsadlarıdır.(publika.az)

Hərəkətləri ilə Hitlerin əsgərlərini hipnoz edib onlara cəhənnəm yaşadan rəqqasə – FOTOHərəkətləri ilə Hitlerin əsgərlərini hipnoz edib onlara cəhənnəm yaşadan rəqqasə – FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1220   Tarix: 12 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir? - ARAŞDIRMA

Psixoloqlar tez-tez selfi (selfie) çəkib sosial mediada paylaşanların Selfitis xəstəliyinə tutulmaq ehtimalının ola bildiyini və psixoloji yardıma ehtiyac duyduqları barədə xəbərdarlıq edirlər. Bu barədə The Daily Telegraph qəzeti yazır. Qəzet yazır ki, Selfitis termini, çox selfi çəkənlər üçün ilk dəf

14 sentyabr 2021
.

Dərinizi yumşaq və gözəl edən təbii VASİTƏ

Məhsul haqqında BURADAN . Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə. Biokus Acne Ağardıcı Serum vitaminlər, təbii maddələr ilə zənginləşdirilmişdir. Ən yaxşı ağardıcı müalicə hesab olunur. Bu ağardıcı müalicə formulunun tərkibində olan minerallar, meyv

9 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15 sentyabr 2021
.

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"

10 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Biləcəri qəsəbəsində 7 sot torpaq sahəsi satılır!

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asef Zeynallı küçəsi, Respublika DYP ya tərəf gedəndə 3-cü küçədə 6,7 sot torpaq sahəsidir, yoldan 150 metr aralıdır. Köhnə məhəllədir, yaşayış çoxdur, özüm satıram, 2 hissəyə də bölüb satmaq mümkündür, torpağın eni 23,5 uzunu 28,5 metrdir. Qaz,su,işıq kanalizasiy

8 sentyabr 2021
.

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021