Bakının natəmiz avtobusları - Uşaqları xəstəlik yuvasından uzaq tutun/FOTO

Şəxsi avtomobili olmayan insanlar hər gün ictimai nəqliyyatdan istifadə edirlər. Ən çox istifadə edilən nəqliyyat növü isə metro və avtobuslardır.

Məlum olub ki, Bakının mərkəzində fəaliyyət göstərən avtobusların şəraiti kifayət qədər ürəkaçan olsa da, bunu bütün istiqamətlərdə fəaliyyət göstərən avtobuslara şamil etmək mümkün deyil...

Avtobusun şüşələrinə Bakı Nəqliyyat Agentliyinin hazırladığı müxtəlif məlumat lövhələri vurulub: "Siqaretdən istifadə qəti qadağandır", "Hər gün dezinfeksiya edilir" və s.

Şüşələrin çirkli, kənarlarının toz içində olması avtobusun nəinki hər gün, hətta uzun müddət dezinfeksiya edilmədiyini, təmizlənmədiyini sübut edir. Belə avtobuslarda sıxlıq isə digərləri ilə müqayisədə daha çoxdur.

Avtobuslarda antisanitariya ilə yanaşı, müxtəlif tanışlıq saytlarının reklamlarını da görmək mümkündür.

Bəs bu natəmizlik və sıxlıq insan orqanizminə nə kimi təsir göstərə bilər?

"BURDA İNSANLAR XƏSTƏLİYƏ DAHA TEZ YOLUXUR"

Məsələ ilə bağlı "Medicina"ya açıqlama verən infeksionist Cəlal İsayev avtobusdakı natəmizliklə yanaşı sıxlığın da olması müxtəlif xəstəliklərin yoluxma riskini artırdığını bildirib:

"Bu ortam hava-damcı yolu ilə infeksiyalarının yaranmasına şərait yaradır. Hazırda qış fəsli yaxınlaşır, havalar soyuyub. Tənəffüs yollarından yoluxan infeksiyalara təsadüf edilir. Bunun yayılmaq ehtimalı isə qat-qat artır. Sıxlıq olan yerdə bir adamın xəstə olması kifayətdir ki, bütün insanlara yoluxdursun.

Əl tutacaq yerlərdəki antisanitariya vəziyyəti insana bir sıra bağırsaq infeksiyalarına yoluxdura bilər. Hər halda gigiyena qaydalarına əməl etmək lazımdır.

İlk fürsətdə əllər yuyulmalıdır".

Nəzərə alaq ki, bu kimi avtobuslara uşaqlar da minir. Tozlu tutacaqlara, oturacaqlara əl vurduqdan sonra isə ağzına da vurmaq ehtimalı böyükdür.

Pediatr Nigar Süleymanova Medicina.az-a açıqlamasında bu təhlükədən danışıb: "Avtobuslardakı natəmizlik xüsusilə uşaqlar üçün təhlükə mənbəyidir. Tozlu tutacaqlar və s. onları bir sıra təhlükəli bağırsaq infeksiyalarına yoluxdura bilər. Valideynlər diqqətli olmalıdırlar. Ən azından tez-tez əllərini nəmli salfetlərlə silməlidirlər. İlk fürsətdə də əllərini yumalıdırlar. Qeyd edim ki, azyaşlıların vücudu belə tozlara qarşı daha həssasdır".

Avtobusdakı məlumat lövhələrinə yazıldığı təqdirdə nə üçün əməl olunmamasının səbəbi ilə bağlı Medicina.az-nın sualına Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə Əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev cavab verib:

"Avtobuslar reysdən qayıdan zaman mütləq şəkildə istehsalat bazasında müəyyən prosedurlardan keçməlidir. Bura avtobusların təmizlənməsi, texniki müayinədən, sürücülərin tibbi baxışdan keçməsi daxildir. Lövhələr agentliyin tələbinə uyğun olaraq yapışdırılır.

Qeyd olunan natəmizliklərlə bağlı vətəndaşlardan şikayətlərin kifayət qədər daxil olduğunu bildirən M.Ağayev bu istiqamətdə müvafiq işlər görülüyünü qeyd edib:

"Avtobuslar təmizlənməlidir. Avtobusların təmizliyinə, dezinfeksiyasına nəzarət birbaşa Nəqliyyat Agentliyində deyil, müvafiq orqanlar həyata keçirir. Biz hansısa avtobusun natəmiz şəkildə yola çıxdığını aşkar etdikdə daşıyıcıya irad bildirərək, tövsiyə edirik ki, avtobusunuz yoxlanılmalıdır və təmizlənməlidir".
Bakının natəmiz avtobusları - Uşaqları xəstəlik yuvasından uzaq tutun/FOTOBakının natəmiz avtobusları - Uşaqları xəstəlik yuvasından uzaq tutun/FOTOBakının natəmiz avtobusları - Uşaqları xəstəlik yuvasından uzaq tutun/FOTOBakının natəmiz avtobusları - Uşaqları xəstəlik yuvasından uzaq tutun/FOTOBakının natəmiz avtobusları - Uşaqları xəstəlik yuvasından uzaq tutun/FOTOBakının natəmiz avtobusları - Uşaqları xəstəlik yuvasından uzaq tutun/FOTOMənbə: medicina.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1240   Tarix: 13 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Çingiz Abdullayev evə buraxıldı - Fotolar

Xalq yazıçısı Çingiz Abdullayev müalicə olunduğu Mərkəzi Gömrük Hospitalından evə buraxılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə tibb müəssisəsinin feysbuk hesabında bildirilib. Çingiz Abdullayev ona göstərilən tibbi xidmətlərə görə bütün heyətə təşəkkürünü bildirib. Xatırladaq ki, Xal

17 aprel
.

"Geely"nin Azərbaycandakı rəsmi distribütoruna cərimə yazıldı

"Rich motors" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdə

18 aprel
.

Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları

Xəbər veriyimiz kimi, bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobild

17 aprel
.

Jurnalist Cəmil Məmmədliyə hökm oxunub

Jurnalist Cəmil Məmmədliyə hökm oxunub. report-a istinadən xəbər verir ki, bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, Cəmil Məmmədli 6 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror Sami

17 aprel
.

Polis 21 yaşlı qızı axtarır

Hacıqabulda 21 yaşlı qadın itkin düşüb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, rayon sakini, 2003-cü il təvəllüdlü Təhməzova Tünzalə İlham qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. T. Təhməzovanın əlamətləri belədir: boyu 17

18 aprel
.

Rövşən Cəfərovun qızı vəfat etdi - FOTO

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. axşam.az-a istinadən xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı.Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzu

18 aprel
.

Hadi Rəcəbli dəfn olundu

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli ilə vida mərasimi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, deputat Yasamal qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, H. Rəcəbli I-V çağırış Milli Məclisin deputatı (1995-2020-ci illər), Əmək və sosia

17 aprel
.

Ünvanlı sosial yardım almağa köməklik adı altnda vətəndaşlar aldadılır - VİDEO

Bəzi hallarda ünvanlı sosial yardım adı altında vətəndaşlara kömək edəcəkləri deyərək onların vəsaitlərini mənimsəməyə çalışırlar. Səbəbi isə həmin vətəndaşların bu istiqamətdə məlumatlılığın az olmasıdır. xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Rəşad Mehdili "Xəzər Xəbər"

18 aprel
.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən -a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinən rayo

18 aprel