Aktyor inandırıcı olmaq üçün biləyini kəsdi

Aktyor inandırıcı olmaq üçün biləyini kəsdi"Fazilet hanım və kızları" serialında Sinan Egemen obrazını canlandıran aktyor Alp Navruzun başına çəkiliş vaxtı bədbəxt hadisə gəlib.

Sonxeber.az axşam.az-a istinadən bildirir ki, ssenariyə əsasən, əlini pəncərəyə çırpmalı olan aktyorun biləyi kəsilib. Alp Dəniz Baysalla mübahisə səhnəsində inandırıcı olsun deyə, əlini zərbə ilə pəncərəyə çırpıb. Nəticədə qırılan şüşələr aktyorun biləyini kəsib.

Dərhal xəstəxanaya çatdırılan Navruzun biləyinə tikiş vurulub. Serialın prodüser şirkəti aktyora dincəlməsi üçün iki günlük istirahət verib.

Hadisə   Baxılıb: 1525   Tarix: 14 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR