Partiyalara ildə 100 min manat bəs etmir? - 5 deputatın təklifi

Partiyalara ildə 100 min manat bəs etmir? - 5 deputatın təklifiMilli Məclisdə keçirilən büdcə müzakirələri zamanı siyasi partiyalara ayrılan illik vəsaitin artırılması təklif olunub. Parlamentdə təmsil olunan partiya sədrləri hesab edirlər ki, dövlətin onlara ayırdığı pul seçicilərlə görüşə və planlaşdırılan layihələrin həyata keçirilməsinə bəs etmir.

Partiyalara ayrılan pul onlara niyə bəs etmir?

Sonxeber.az bildirir ki, bu barədə AzVision.az parlamentdə təmsil olunan partiya rəhbərlərindən münasibət öyrənib.
Partiyalara ildə 100 min manat bəs etmir? - 5 deputatın təklifiAzərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib ki, dövlətin ayırdığı vəsait partiyanın güclənməsinə xidmət edir: "Dövlət tərəfindən siyasi partiyaların maliyyələşməsi ilk növbədə ölkədə çoxpartiyalı sistemin formalaşmasına xidmət edir. Bu, Azərbaycanda siyasi sistemi gücləndirir. Təbii ki, daha çox maliyyə partiyanın güclənməsi deməkdir. Vəsaitin artırılması ilk növbədə regionlarda partiya təşkilatlarının güclənməsinə və partiyanın müdafiə etdiyi fikirlərin cəmiyyətdə daha geniş yayılmasına dəsətk verə bilər".
Partiyalara ildə 100 min manat bəs etmir? - 5 deputatın təklifiAzərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə isə deyib ki, ayrılan vəsait partiyanın fəaliyyəti üçün yetərlidir: "Əlbəttə, maliyyə vəsaitinin artması yaxşı olardı. Amma, hazırda ayrılan məbləğ bizə bəs edir".
Partiyalara ildə 100 min manat bəs etmir? - 5 deputatın təklifiAzərbaycan Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı hesab edir ki, siyasi aktivliyin artması üçün partiyalara ayrılan vəsait artırılmalıdır: "İmkan varsa, niyə də maliyyə vəsaiti artırılmasın? Siyasi aktivliyin artması və dövlətin inkişafı üçün partiyalara ayrılan vəsait artırılmaldır".

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin fikrincə, siyasi partiyalara ayrılan vəsaitin artırılmasına ehtiyac var: "Ölkənin inkişafı həm də müxalifət partiyalarının fəaliyyəti ilə bağlıdır. Müəyyən tənqidlərin olması, alternativlərin təşviq olunması, etirazların meydanlardan masa arxasına aparılması partiyaların fəaliyyəti ilə əlaqədardır. Biz konstruktiv şəkildə müəyyən problemlərin aradan qaldırılmasını təklif ediriksə, müxalifətçiliyimiz də qərəzli şəkildə müəyyən adamlara yox, problemlərə qarşıdırsa, belə partiyaların fəaliyyəti üçün şərait yaradılmalıdır".
Partiyalara ildə 100 min manat bəs etmir? - 5 deputatın təklifiF.Quliyev hesab edir ki, siyasi partiyalara ayrılan vəsait azdır: "Bu vəsait ayda təxminən 7 min manat civarındadır. Bunun da müəyyən hissəsi müxtəlif xərclər vasitəsilə dövlətə qaytarılır. Vəsait aparatın saxlanılmasına bəs etmir. Yerlərdə iş təşkil etmək, bunun mətbu məsələlərini qurmaq lazımdır. Bundan başqa xarici səfərlər var. Hesab edirəm ki, partiyaların normal fəaliyyəti üçün vəsaitin artırılması dövlətin xeyrinə olan məsələdir. Bununla bağlı deputat həmkarlarım məsələ qaldırıblar. Hesab edirəm ki, onlar haqlıdırlar".
Partiyalara ildə 100 min manat bəs etmir? - 5 deputatın təklifiVəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli isə qeyd edib ki, siyasi partiyaların fəaliyyətinin səmərəli olması üçün dövlət tərəfindən ayrılan vəsaitin artırılmasına ehtiyac var:

"Siyasi partiyalara yardım olmazsa, onların ayaqda qalması mümkün deyil. Ölkədə Yeni Azərbaycan Partiyasını çıxmaq şərtilə, maddi yardım almadan heç bir siyasi partiya güclü şəkildə təşkilatlana bilməz. Etiraf edək ki, biz üzvlük haqlarını toplaya bilmirik. Hazırda ayrılan vəsaitlə aya 8 min manat pul düşür. Bunun da xeyli hissəsi vergiyə gedir. Bizim icarə haqqı, təşkilati tədbirlər, rayon və şəhər strukturlarının saxlanılması kimi məsələlərə xərclərimiz çıxır. Bunun müqabilində ayrılan məbləğ cüzidir. Biz rayon təşkilatlarımızın 70 faizini maliyyələşdirə bilmirik. Elə ictimai birliklər var ki, bizdən çox maliyyə vəsaiti ayrılır. Bizə irad tuturlar ki, zəifsiniz. Axı bizə ayrılan vəsait artmalıdır ki, güclənək. Ona görə də vəsaitin artırılmasına ehtiyac var".

Qeyd edək ki, adları qeyd olunan partiyalara il ərzində 100 min manat vəsait ayrılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1174   Tarix: 14 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021