Azərbaycanın almaq istədiyi hərbi texnikalar - ARAŞDIRMA

Azərbaycanın almaq istədiyi hərbi texnikalar - ARAŞDIRMASon illər Azərbaycan ordusu ən müasir silahlarla təmin edilib. Silahlanma strategiyasında alınan texnikanın müasirliyi və keyfiyyəti əsas rol oynayır. Azərbaycan 20-dən çox ölkədən silah-sursat alır. Alınan ən müasir silah və texnikalar arsenalımızın daha da zənginləşməsini təmin edib. Hazırda bir sıra ölkələrdən müasir silahların alınması istiqamətində işlər davam etdirilir.

Ordumuzun arsenalını gücləndirəcək və alınacaq raket komplekslərindən biri "Dəmir günbəz"dir. Ötən ilin sonunda müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə açıqlamasında bildirmişdi ki, Azərbaycanla İsrail arasında "Dəmir günbəz" Hava Hücumundan Müdafiə Sisteminin alınmasına dair razılaşma əldə olunub. Nazir əlavə edib ki, Azərbaycanla İsrailin aidiyyatı qurumu arasında "Dəmir günbəz"in alınması ilə əlaqədar razılaşma var.

"Dəmir günbəz"in əsas funksiyası hava hücumundan müdafiədir. Bu kompleks uçuş məsafəsi 4-70 kilometr olan idarəolunmayan taktiki raketlərdən müdafiə sistemidir. Raket kompleksinin hər bir batareyası 150 kvadrat kilometrlik ərazini qoruyur. 2011-ci ilin martından İsrail ordusu bu raketlərdən aktiv şəkildə istifadə etməyə başlayıb. İlk dəfə silahlanmaya qəbul edildiyi vaxt sınaq məqsədilə atılan 10 raketdən 8-ni məhv edib. Onlar çox kiçik ölçülü və aşağı hündürlükdən uçan raketlər olub. Qeyd etmək lazımdır ki, aşağı hündürlükdən uçan raketləri vurmaq olduqca çətindir.

2014-cü ilin sonuna olan məlumata görə, "Dəmir günbəz" vasitəsilə 1200 raket vurulub. Hazırda bu, kompleksdən yalnız İsrail və Sinqapurda istifadə edilir. "Dəmir günbəz" Azərbaycana müxtəlif silah sistemlərinin satışını həyata keçirən "Rafael" şirkəti tərəfindən yaradılıb. "Dəmir günbəz" kompleksinə aid olan "EL/M-2080 Green Pine" AESA radarı 500-800 km məsafədən 3000 metr/saniyə sürətlə hərəkət edən hədəfləri deteksiya etməyə imkan verir və "Arrow", "Barak-8" raketi ilə təchiz edilib. "Dəmir günbəz" aşağı hündürlükdən uçan və ziq-zaq hərəkətlərə malik "İskəndər-M" raketlərini zərərsizləşdirmək iqtidarındadır. "Dəmir günbəz" bu gün dünyada öz imkanlarına görə analoqu olmayan sistemdir. "İskəndər-M" yer səthindən 50-60 metr hündürlüklə uçduğu üçün mövcud radarlar onu təyin edə bilmir. "Dəmir Günbəz" isə bu raketlərin hər birini aşkarlamağa və onu məhv etməyə qadirdir.

Həmçinin Belarusdan alınacaq "Polonez" uzun mənzilli reaktiv yaylım atəş sistemi arsenalımızın daha da güclənməsinə kömək edəcək. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ötən ay Belarusa səfəri zamanı məhz "Polonez"ə baxış keçirib. Bundan əvvəl də Azərbaycanın "Polonez" kompleksinin sifarişçisi olduğu bildirilirdi.

"Polonez" in ölkəmizdə keçirilən "ADEX-2016" sərgisində nümayiş etdirilib. Belarus tərəfi Azərbaycanla "Polonez" raket kompleksinin alqı-satqısına dair razılıq əldə olunduğunu açıqlayıb. "Polonez" uzun mənzilli reaktiv yaylım atəş sisteminin istehsalına 2014-cü ildə başlanıb. Bir maşın üzərində döyüşə hazır 8 raket var.

"Polonez"-in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. Maksimal məsafədə koordinatdan sapma 30 metrdən çox deyil. Bu il Belarusda "MİLEX-2017" Beynəlxalq silah və hərbi texnika sərgisində "Polonez" RS30 tipli raketlərinin yeni varinatını təqdim edib. Dəqiq Elektromexanika Zavodunda hazırlanmış raketin atış məsafəsi 280 km təşkil edir. 300 mm çaplı raket 480 kq çəkidə döyüş başlığına malikdir. Ümumilikdə "Polonez" raket kompleksi Belarus ordusunda "Uraqan" (220 mm) və "Smerç" (300 mm) raketlərini əvəz etməyə hazırlanıb.

Kompleksin Çinin köməyi ilə yaradıldığı bildirilir. RS30 düşmənin açıq sahədə, sığınacaqlarda, zirehli və zirehsiz texnika, artilleriya, raket sistemləri və hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub. Həmçinin Belarus və xarici mənbələr "Polonez"i Rusiyanın "İsgəndər" raketinə əsas rəqib göstərirlər.

Azərbaycan əsas hərbi tərəfdaşlarından biri olan Pakistandan döyüş və təlim təyyarələri alır. Bunlar "JF -17 Thunder" döyüş və "Super Mushshak" təlim təyyarələridir. "JF -17 Thunder" döyüş təyyarəsindən axtarış-xilasetmə və kəşfiyyat əməliyyatlarında da istifadə olunur. "JF-17 Thunder" döyüş təyyarəsi yüngül, tək mühərrikli və çoxməqsədli dördüncü nəsil qırıcı-bombardmançıdır. Qırıcı ilk növbədə Pakistan Hava Qüvvələrinin təlabatını ödəmək üçün Pakistan Hərbi Hava Qüvvələri və Pakistan Aviasiya Kompleksinin (PAC) iştirakı ilə Çin şirkəti olan Çenqdu Aviasiya Sənaye Korporasiyası (CAC- Chengdu Aircraft Industries Corporation) tərəfindən hazırlanıb. Bu hərbi təyyarə ilk dəfə 2006-cı ildə sınaqdan keçirilib. Döyüş təyyarəsinin yüksək manevrlik qabiliyyəti var. Təyyarənin 58%-i Pakistanda, 42%-i isə Çində istehsal olunur. 2016-cı ilin statistikasına görə, Pakistan hər il özü üçün 25 ədəd "JF-17 Thunder" istehsal edir. Başqa ölkələrdən sifariş olacağı halda bu rəqəmin artacağı gözlənilir.

"JF -17 Thunder"in ümumi xüsusiyyətlərinə gəlincə, döyüş təyyarəsi üçün 1 ekipaj üzvü nəzərdə tutulub. Uzunluğu 14.93 m, hündürlüyü 4.72 m, qanadın genişliyi 9.45 m, qanadın sahəsi 24.4 kv.m, boş çəki 6,586 kq, yüklənmiş çəki 9,100 kq, maksimum qalxma ağırlığı 12,500 kq, daxili yanacaq çəni 2,350 kq, güc təminatçısı 1 ədəd RD-93 Klimov mühərrikdir. Döyüş radiusu 1,352 km olan təyyarə, 3 tondan artıq silah götürmə qabiliyyətinə malikdir. Döyüş təyyarəsinin qiyməti 15–20 milyon ABŞ dolları arasında dəyişir. "JF-17 Thunder" "hava-hava", "hava-yer" raketləri döyüş imkanları və bir çox xüsusiyyətləri ilə öz sinfindən olan digər təyyarələri üstələyir. Xüsusilə də keçmiş Sovet, hazırkı Rusiya istehsalı olan təyyarələrlə müqayisədə üstünlüyə malikdir.

"JF -17 Thunder"in avionikası, optimal alt sistemləri, avtomatlaşdırılmış uçuş nəzarəti və son model silahlarla təchiz edilməsi bu döyüş təyyarəsinə eyni sinifdən olan rəqiblər üzərində həlledici üstünlük verir. Çeviklik və döyüş qabiliyyəti bu təyyarənin gücünü ortaya çıxarır. Təyyarənin silahlanmasına 70-100 km mənzilə malik idarə olunan raketlər, infraqırmızı başlıqlı qısa mənzilli raketlər, "hava-səth" tipli raketlər, radiolokasiya sistemlərinə qarşı raketlər, lazerlə idarə olunan raketlər, proqramlaşdırılmış kasetli bombalar, nüfuzedici bombalar, ümumi məqsədli bombalar, təlim bombaları daxil edilə bilir. İstifadəçinin istəyindən asılı olaraq döyüş təyyarəsində NATO, Sovet, yaxud Çin istehsalı olan silah sistemlərini tətbiq etmək mümkündür. Təyyarə müasir radioelektron mübarizə sisteminə malikdir.

"Super Mushshak" təlim təyyarəsi isə daha qabaqcıl "MFİ-17 Mushshak"ın modernləşdirilmiş variantı olan ilkin təlim-döyüş təyyarəsidir. "Super Mushshak" təlim təyyarəsi bu gün dünyada öz sinfinə aid olanlardan təhlükəsizliyinə, imkanlarına və qiymətinə görə fərqlənir. Uçuş hazırlığı üçün ideal olan bu təlim təyyarəsinin ekipaj üzvü 2-3 nəfər olur. Uzunluğu 7.15 m, təyyarə qanadlarının kənar nöqtələri arasındakı məsafə 8.85 m, hündürlüyü 2.60 m, boş çəkisi 760 kq, maksimal çəki 1,250 kq, maksimal sürəti isə 363 km/saatdır.

Hazırda "Mushshak" və "Super Mushshak" təlim təyyarələri, Pakistanla yanaşı, İran, Səudiyyə Ərəbistanı, Oman, Suriya, İraq və Cənubi Afrikanın istifadəsində yer alır. Eyni zamanda Nigeriya və Qətərlə təyyarənin alqı-satqısına dair müqavilələr mövcuddur. Həmçinin Türkiyə 52 ədəd "Super Mushshak" təlim təyyarəsini almaq üçün Pakistana sifariş verib. Sonradan bu rəqəm arta bilər. Bu təlim təyyarəsi hərbi aerodomlar olmayan, əvvəlcədən uçuş üçün hazırlanmayan hər cür əraziyə eniş edə bilir və təhlükəsizlik standartlarına tam cavab verir. Havada 4-5 saat qala bilmək imkanına malikdir. Bu üstünlüklərinə görə, təyyarədən patrul missiyalarında istifadə edilməsi mümkündür. Təyyarəyə istənilən silahı və kameraları inteqrasiya etmək imkanı mövcuddur. Müasir və təhlükəsiz olan təyyarə ibtidai təlim tədris proqramının tələblərinə tam uyğundur.

azvision
Azərbaycanın almaq istədiyi hərbi texnikalar - ARAŞDIRMAAzərbaycanın almaq istədiyi hərbi texnikalar - ARAŞDIRMAAzərbaycanın almaq istədiyi hərbi texnikalar - ARAŞDIRMA


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2807   Tarix: 14 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dərnəgüldə YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) -a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlə

17 aprel
.

SON DƏQİQƏ! Əkbər Əliyev vəfat etdi

Azərbaycanın tanınmış riyaziyyatçı alimi, professor Əkbər Əliyev vəfat edib. Bu barədə mərhumun yaxınları -a məlumat verib. AMEA Riyaziyyat ve Mexanika İnstitutunun "Diferensial tənliklər" şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Əkbər Bayram oğlu Əliyev uzun sürən xəstəlikdə

21 aprel
.

Hakkaridə ağır yol qəzasında 9 nəfər yaralanıb

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda yol-nəqliyyat hadisəsində doqquz nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə İHA məlumat yayıb. Bildirilib ki, Yüksekova – Van magistral yolunun Karasu ərazisindən keçən hissəsində sürücünü avtomobilin idarəetməsini itirməsi nəticəsind

14 aprel
.

TƏBİB İmişlidə iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib - YENİLƏNİB

TƏBİB İmişli şəhərində iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib. "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 15:10 radələrində elektrik cərəyanı vurması səbəbilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadis

14 aprel
.

Tərtər-Bakı avtobusunda təhlükəli anlar: Anidən avtobusun sükanı əsməyə başladı - VİDEO

Azərbaycanda sərnişin avtobusunda təhlükəli anlar yaşanıb. xəbər verir ki, hadisə Tərtər-Bakı üzrə işləyən nəqliyyat vasitəsində qeydə alınıb. Belə ki, nəqliyyat vasitəsinin sükanı anidən əsməyə başlayıb. Bu, texniki problem üzündən baş verib. Sürücünün soyuqqanlı davranışı avtobusun qəzaya düşməsini

15 aprel
.

Taleh Babayev: Taxta bazarındakı yanğında 1000 m²-ə yaxın taxta yanıb

Bakının Nərimanov rayonunda yerləşən taxta bazarında baş verən yanğın zamanı 100 m²-ə yaxın taxta yanıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev deyib. Onun sözlərinə görə, 800-10

20 aprel
.

Taxtakörpü-Ceyranbatan su kanalında batan 27 yaşlı gəncin meyiti tapılıb

Ötən gün axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış və gecə saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş 1997-ci il təvəllüdlü Həsənov Zeynalabdin Hüseyn oğlunun meyiti Fövqəladə Hallar Nazirliyi Xüsus

21 aprel
.

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza - Ölən var

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 14:19-da Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən "Karvansaray" ticarət mərkəzinin həyətində İran vətəndaşı Afrooz Mansoor Aziz oğlu idarə etdiyi "DAF" markalı yü

16 aprel
.

Xaçmazda gənc oğlan borca görə özünü öldürdü

Xaçmazda intihar hadisəsi olub. xəbər verir ki, hadisə rayonun Rəhimoba kəndində qeydə alınıb. 28 yaşlı R.Balakişiyev bağ sahəsində talvardan özünü asaraq, həyatına son qoyub. Onun meyitini ailə üzvləri aşkar ediblər. Məlum olub ki, R.Balakişiyevin müxtəlif şəxslərə külli miqdarda borcu olub. Onun məh

20 aprel