Azərbaycanda sevdiyi qıza görə qatil olan gənc 18 il azadlıqdan məhrum oldu

Azərbaycanda sevdiyi qıza görə qatil olan gənc 18 il azadlıqdan məhrum olduBu gün Bakı Ağır Cinayət Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İbrahim Sadıqovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Sadıqov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında İ.Sadıqovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttiham aktına əsasən, hadisə ötən ilin fevral ayının 15-də baş verib. İ.Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovun zarafatı olub.

Belə ki, İ.Sadıqov sevdiyi Günel Əsgərovadan "yox" cavabı alıb. G.Əsgərovanın ailəsi də bu evliliyə razı olmayıb. G.Əsgərova yaşadığı rayondan Bakıya, xalasıgilə gəlib. İ.Sadıqov G.Əsgərovanın xalasıgilə zəng edərək onunla danışmaq istəyib. Telefona isə qızın xalası oğlu İ.Hüseynov cavab verib. O, İ.Sadıqovu xalası qızını danışmağa icazə verməyib. Bu zaman İ.Sadıqov daha əvvəl tanıdığı İ.Hüseynovla zarafat edərək, "Güneli anası ilə birlikdə qaçıracağam" deyib. İ.Sadıqovun bu zarafatı İ.Hüseynovun xoşuna gəlməyib və ona xəbərdarlıq edib. Bu zaman hər iki şəxs telefonda mübahisə etməyə başlayıb.

Daha sonra onlar görüşüb, mübahisəyə son qoymaq qərarına gəliblər. Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki görüşə İ.Sadıqov tək, İ.Hüseynov isə qardaşı ilə gəlib. İ.Sadıqov təkbətək söhbət etmək adı ilə İ.Hüseynovu qardaşının yanından ayırıb. Söhbət əsnasında hər iki şəx yenə də mübahisə ediblər. Bu zaman İ.Sadıqov üzərində gətirdiyi bıçaqla İ.Hüseynova çoxsaylı zərbələr endirib. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

İ.Sadıqov Cinayət Məcəlləsinin 120.2.2-ci (xüliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqda adam öldürmə) maddələri ilə ittiham olunub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1903   Tarix: 14 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Erməni arvadı ilə birlikdə Krokus terrorunda həlak olan azərbaycanlı kimdir?

"Crocus City Hall" terrorunda öldürülənlər arasında Rusiyada yaşayan azərbaycanlı Vüqar Hüseynov və onun erməni əsilli həyat yoldaşı Lilit İsraelyan da var. Ermənistan mətbuatına istinadən xəbər verir ki, ilk olaraq ölənlər sırasında V.Hüseynovun adı çıxıb, L.İsraelyan itkin kimi qeydə alınıb

24 mart
.

Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət alıb

Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət alıb. "Report"un yerli bürosu xəbər verir ki, hadisə Şərur rayonunun Püsyan kəndi ərazisində baş verib. Yüksək sürətlə hərəkət edən "Mercedes" markalı minik avtomobili idarəetməni itirərib və yoldan çıxara

24 mart
.

Azərbaycan Ordusunun əsgəri özünü öldürdü

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bağırov Elcan Emin oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olmuşdur. Bunu -a hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyy

24 mart
.

Zaqatalaya 44 sm qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA

Martın 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq rayonlarda qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Əlibəydə (Zaqatala) 44 sm, Şahdağda 31 sm, Qrızda 3 sm olub. Düşən yağıntını

24 mart
.

Samuxda 61 yaşlı kişi yanıq xəsarətləri alıb

Samux rayon Ağasıbəyli kəndində 61 yaşlı kişi bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alıb. "Report"un Qərb bürosunun məlumatına görə, 1963-cü il təvəllüdlü Ş.Vəliyev ehtiyatsızlıqdan qaz balonunun alışması nəticəsində əllərindən yanıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyət

24 mart
.

Crocus hücumu: terrorçu ermənicə söyürmüş

"Dojd" Yutub kanalında canlı yayım zamanı aparıcı Anna Monqayt "Krokus" konsert zalının əməkdaşlarından biri olan Emin adlı azərbaycanlı gənclə əlaqə saxlamağa nail olub. Həmin şəxs "Krokus"a hücum edən terrorçuların ermənicə danışdıqlarını aydın eşitdiyini bildirib. -

24 mart
.

Ağstafada maşın aşdı, üç gənc yaralandı

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Qıraq Kəsəmən kəndində qeydə alınıb. Minik maşınının yoldan çıxaraq aşması nəticəsində avtomobildə olanlar - 2005-ci il təvəllüdlü Əhmədli Aqşin Habil oğlu, Əhmədli Həsən Gülağa oğlu və 2005-ci il təvəllüdl

26 mart
.

5 il əvvəl baş verən hadisəyə görə görün nə etdi -VİDEO

Bazarda 66 yaşlı kişiyə atəş açıb öldürən qatilin ifadəsi məlum olub. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Hücum edən şəxs oğlunu öldürmək üçün gəldiyini, lakin oğlunu tapa bilməyəndə atasını öldürdüyünü bildirib. Hücum edən şəxsin keçmişdə soyadını dəyişdiyi də müəyyə

29 mart
.

Baltalı şəxs onlarla rusu belə xilas edib: "Haradan kəsə biləcəyini axtarırdı"

"Crocus City Hall" konsert zalına gələnlərdən biri balta ilə bir neçə qapını deşərək onlarla rusiyalını xilas edib. xəbər verir ki, bu barədə "İzvestiya"ya terrordan sağ çıxan Tatyana adlı qadın məlumat verib . Onun sözlərinə görə, o, "Crocus"a əvvəlcədən gəlib. Qadın eskalatorl

24 mart