Azərbaycanda benzin bahalaşa bilərmi? - RƏSMİ CAVAB

Azərbaycanda benzin bahalaşa bilərmi? - RƏSMİ CAVABRusiyada benzinin birja qiymətləri tarixi maksimumu yeniləyib. Eləcə də qonşu Rusiya ilə yanaşı Gürcüstanda da yanacağın qiymətində artım olub.

Rusiyada noyabrın 7-13-də "Ai-95" markalı benzinin topdansatış qiyməti 1,7%, "Ai-92" markalı benzinin qiyməti isə 2,3% artıb. "Ai-95" benzinin bir tonu 44,99 min rubla, "Ai-92"-nin isə 42,82 min rubla qədər qalxıb.

Rusiya ilə yanaşı Gürcüstanda da rəqəmləq artıma doğru dəyişib. Belə ki, yanacağın qiyməti orta hesabla 10 tetri bahalaşıb. Oktyabr-noyabr aylarında dizel yanacağının qiyməti 6-11 tetri, benzinin qiyməti isə 5-10 tetri artıb.

Azərbaycanda benzin bahalaşa bilərmi? - RƏSMİ CAVABQonşu ölkələrdə qiymətin artması Azərbaycana da təsir göstərə bilərmi? Məsələ ilə bağlı BiG.AZ-a danışan iqtisadçı ekspert Vüqar Bayramov bunun Tarif Şurasında asılı olan bir qərar olduğunu bildirdi: "Azərbaycanın qeyri-neft ixracatının artırılmasının prioritet olduğu bir dövrdə yanacağın qiymətinin artırılmasına ehtiyac hiss edilmir. Yanacağın, xüsusən də dizelin bahalaşmasının hətta müzakirəsi də o qədər arzuolunan deyil. Dizel yanacağının qiyməti kənd təsərrüfatı daxil olmaqla əksər sektorlarda xərci müəyyənləşdirən əsas faktorlardandır. Bu baxımdan, dizelin qiyməti yüksəldiyi halda yalnız aqrar məhsullarda deyil, çox fərqli sahələrdə o cümlədən, nəqliyyatda qiymət artımları müşahidə edilə bilər. Bu həm daxili bazarda qiymətlərin tənzimlənməsi, həm də qeyri-neft məhsullarının ixracı baxımdan arzuolunan deyil. Buna görə də, yanacaq məhsullarının xərclərinin optimallaşdırılması üçün kooporativ idarəetmənin təkmilləşdirilməsi daxil olmaqla xərclərin dövlət tərəfindən birbaşa və dolayı balanslaşdırılması yolu ilə qiymət artımlarına getməməyə ehtiyac var. Hər bir halda ölkəmizdə yanacağın qiymətinin artırılması Tarif Şurasından asılı olan bir qərardır".

Azərbaycanda benzin bahalaşa bilərmi? - RƏSMİ CAVABİqtisadçı ekspert Pərviz Heydərov yanacağın qiymətinin artımını proqnozlaşdırdığını, qiymət artımının isə qaçılmaz olduğunu bildirdi: "Məlum olduğu kimi, ölkəmizdə yanacaq məhsullarının qiymətləri dövlət tərəfindən tənzimlənir. Sadəcə olaraq, Aİ-95 ilə Aİ-98 sərbəst bazar qiymətinə satılır. Lakin bu da çox hiss olunmur. Belə ki, yanacağın sərbəst bazar qiymətlərinə satıldığı ölkələrə diqqət yetirsək, onlarda neftin qiymətiylə, tələbatla və bir sıra digər amillərlə əlaqədar, tariflərin artdığının şahidi olsaq da, hərdən ucuzladığını da görürük. Bizdə isə bu, baş vermir. Məsələn, Aİ-95 markalı benzin qiyməti sərbəstləşdirildikdən sonra tədricən bahalaşaraq 1,15 manata qədər gəlib çıxsa da, bir dəfə də olsa ucuzlaşmadı. Aİ-95 işlədənlərin çoxu hətta Aİ-92-yə keçdi. Yəni, tələbat azaldı. Amma yenə də qiymət enişi baş vermədi...

Bəli, bu gün qonşu Gürcüstanda və Rusiyada yanacağın qiymətində bahalaşma var. Bu, müxtəlif səbəblərlə əlaqədardır. Bizdə bu il tənzimlənən yanacaq qiymətləri arasında Aİ-92 bir dəfə bahalaşdı. Çünki Aİ-95 bir müddət əvvəl 1,15 azn-ə qalxanda artıq, aydın idi ki, Aİ-92 də bahalaşacaq və 90 qəpik olacaq. Bayaq da qeyd etdim ki, Aİ-95 işlədənlərin çoxu Aİ-92-yə keçdi. Aİ-92-nin isə bazarda satış payı onsuz da 80-85 % təşkil edirdi. Hazırda qonşu ölkələrdə yanacaq bahalaşmasaydı belə, bizdə növbəti qiymət artımının dizel yanacağı üzrə olacağı tərəfimdən proqnoz edilmişdir. Hesab edirəm ki, bu, indilərdə baş verməyə bilsə də, yaxında qaçılmazdı".

Azərbaycan İqtisadiyyat Nazirliyinin və Tarif Şurasının mətbuat xidmətinin rəhbəri Abbas Əliyev BiG.AZ-a açıqlamasında ölkəmizdə yanacağın qiymətinin artmayacağını və bunun müzakirə mövzusu olmadığını bildirdi: "Tarif Şurasında yanacağın qiyməti ilə bağlı məsələ müzakirə olunmur və qiymət artımı gözlənilmir".

mənbə: BiG.AZ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2837   Tarix: 15 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda dollar bahalaşacaq? - RƏSMİ AÇIQLAMA/VİDEO

Son vaxtlar ölkədə dollara tələbatın yüksək olması müşahidə olunur. Bunu həm keçirilən hərracların nəticəsi, həm də müvadilə məntəqələrindəki canlanma göstərir. Ötən həftə bankların dollara tələbi 150 milyon dolları ötərək rekord olub. Bu proses nə ilə bağlıdır? Tələb bu qədər yüksəlməyə davam edərsə

26 fevral
.

Azərbaycanda dollar bahalaşa bilər?

Dollar dünya bazarında yenidən möhkəmlənir. Son 1 ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır. Dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlam

15 aprel
.

Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında müqavilə imzalanıb - FOTO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında "Birgə Tədqiqat, Təkmilləşdirmə və İstehsalat Üzrə Əməkdaşlıq Müqaviləsi" imzalanıb. xəbər verir ki, bu barədə şirkətdən bildirilib. "Müqavilənin faydalı olacağına ümid edirik", - məlumatd

8 mart
.

Ölkədə bahalaşan və ucuzlaşan məhsullar - Siyahı

Cari ilin yanvar ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 101,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,7 faiz, qeyri-qida məhsulları üzrə 101,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,2 faiz təşkil edib. Dövlət Statistika Komitəsində

13 fevral
.

Azərbaycan-ABŞ ikitərəfli enerji əməkdaşlığının inkişafı müzakirə olunacaq

Energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib. Bu barədə Energetika Nazirliyindən bildirilib. Məlumata görə, səfər çərçivəsində ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyini təmin edilməsi istiqamətində həyat

18 fevral
.

"TikTok"da məşhurlaşan Adəmin atası həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-c

15 aprel
.

Ramazan ayında qızıl bazarında vəziyyət necədir?

Ramazan ayında toy məclisləri keçirilmədiyindən zərgərlik bazarında alıcılıq aşağı düşür. Bunu "Trend"ə açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev bildirib. Onun sözlərinə görə, aparılan müşahidələrə əsasən, alıcılıq qabiliyyəti 50% aşağı düşüb. "Qızı

30 mart
.

Balın qiymətinin artacağı gözlənilir - SƏBƏB - VİDEO

Bu il Astarada arıçılıq məhsullarının qiymətində artım gözlənilir. xəbər verir ki, buna səbəb olaraq məhsuldarlığın aşağı düşməsi və arıların xəstəliklərə yoluxaraq tələf olması göstərilir. Arıçılar bildiriblər ki, arı ailələrində 50 faizə yaxın itki var. "İtkilər balın qiymətinə təsir edəcək. Arıçıla

12 aprel
.

Kirayə evə görə vergini kim ödəməlidir?

Son zamanlar çoxmənzilli binalarda yaşayanlardan mənzilin özlərinə aid olub-olmaması tez-tez soruşulur. Mənzildə kirayə qalanlar isə daha bir suala cavab verməli olurlar: Mənzilin sahibi ilə müqavilə varmı? . Müqavilə isə vergi öhdəliyini ortaya çıxarır. Bəs bu vergini kim ödəməlidir? Ev sahibi, yoxs

18 aprel