Əmək müfəttişliyi sahəsində Litva ilə təcrübə mübadiləsi aparılıb

Əmək müfəttişliyi sahəsində Litva ilə təcrübə mübadiləsi aparılıbAzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndə heyəti Litva Respublikasında səfərdə olub. Səfərdə məqsəd əmək müfəttişliyi sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlərlə bağlı təcrübə mübadiləsinin aparılması olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Sonxeber.az-a verilən məlumata görə, səfər çərçivəsində Litva Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin rəisi Yonas Gricius və müfəttişliyin digər rəsmiləri ilə görüş olub.

Görüş zamanı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə Azərbaycanda Beynəlxalq Əmək Təşkilatının (BƏT) layiqli əmək konsepsiyasının reallaşdırılması, sosial dialoqun inkişafı, Xidmətin potensialının artırılması, əmək hüquqlarının müdafiəsi yönündə görülən işlər barədə məlumat verib. Xidmət rəisi bildirib ki, ölkəmizdə əmək və məşğulluq sahəsində aparılan siyasət beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilir. Bunun ifadəsi olaraq cari ilin iyun ayında Azərbaycan BƏT-in Rəhbər Orqanına üzv seçilib, eyni zamanda Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycan bu Hesabatda əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutub. Ölkəmizdə əmək və sosial müdafiə sisteminin elektron texnologiyalar üzərində qurulduğunu qeyd edən F.Əlizadə 2014-cü ilin iyul ayından Azərbaycanda Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin fəaliyyət göstərdiyini, sistemin mühüm üstünlüklərini diqqətə çatdırıb.

Y.Gricius Azərbaycanda əmək bazarı iştirakçılarının qanuni mənafelərinin müdafiəsi, əmək müfəttişliyi sisteminin təkmilləşdirilməsi yönündə aparılan işlərin onlarda maraq doğurduğunu, ikitərəfli əməkdaşlıq çərçivəsində bu sahədə təcrübə mübadilələrinin aparılmasına xüsusi önəm verdiklərini vurğulayıb. Sonra Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi barədə təqdimat olub. Görüş iki qurumun fəaliyyətlərinə dair təqdimatlarla davam edib, təcrübə mübadilələri aparılıb. Səfər çərçivəsində nümayəndə heyəti Litva Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin iş şəraiti ilə də yaxından tanış olub.

Nümayəndə heyəti Litva parlamentinin əmək və sosial siyasət komitəsinin sədri Algirdas Sysas ilə də görüşüb. Azərbaycanda əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi üçün aparılan islahatlar, əmək hüquqları sistemi, işçilərin hüquqlarının müdafiəsi yönündə görülən işlər barədə A.Sysasa məlumat verilib, müvafiq sahələrdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 554   Tarix: 17 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şagirdi uşaq dünyaya gətirən məktəbin direktoru işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, Dilbə

28 mart
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

28 mart
.

Bakı Olimpiya Stadionunun qarşısında qəza: Sıxlıq var - FOTO

Paytaxtın Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın qarşısını alma

28 mart
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28 mart
.

Dövlətə xəyanət, casusluq, 175 milyon manatın ödənilməsi - Əli Nağıyev məlumatlar açıqladı

"2023-cü il ərzində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb". Bu barədə DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd bildirilib. Əli Nağıyev qeyd edib ki, həmin cinayə

28 mart
.

"Azneft"in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub. "Qafqazinfo" xəbər verir ki, Şahmar Hüseynov İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib. Onun əvəzinə "Umid Babək Əməliyyat Şirkəti"nin Azərbaycandakı filialını

28 mart
.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

28 mart
.

Bu gün ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. İkinci Qədr gecəsi martın 30-da, üçüncüsü aprelin 1-də, sonuncusu isə aprelin 5-də olacaq. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hiss

28 mart
.

Bu ölkədə uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək

Cənubi Koreyalı bir şirkət, ölkədə kəskin azalan doğum nisbətini düzəltmək üçün milyonlarla dollar ödəyəcək. xarici mənbəyə istinadən xəbər verir ki, Seulda yerləşən tikinti şirkəti "Booyoung Group" işçilərinə hər dəfə uşaq dünyaya gələndə 100 milyon Koreya vonu (75 min dollar) ödəməyi planlaşdırır

28 mart