Bu yolda hər an qəza ola bilər... - İşıqları kim söndürür? - VİDEO

Bu yolda hər an qəza ola bilər... - İşıqları kim söndürür? - VİDEOSosial şəbəkələrdə aeroport şossesində səhərə yaxın qaranlıq vaxtlarda küçə işıqlarının yandırılmaması səbəbindən sürücülərə yaradılan problemlər bağlı video yayımlanıb.

Videonu çəkən şəxs bildirirb ki, yolların qaranlıq olması qəzaların baş verməsinə səbəb olur.

Milli.Az xəbər verir ki, yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov qafqazinfo-ya açıqlamasında bildirib ki, Heydər Əliyev prospekti və Bakının əksər əhəmiyyətli küçələri "Azərbaycan Avtomobil Yolları Agentliyi"nin balansındadır: "Amma küçələrin işıqlandırılması ilə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq departamenti məşğul olur. Maliyyə və texniki məsələlər elə həll olunmalıdır ki, bütün küçələrdə işıq olsun. Nazirlər Kabinetinin 2001-ci il tarixli 16 saylı qərarına görə qaranlıqda hətta kənd küçələri də işıqlandırılmalıdır. Bu, ilk növbədə təhlükəsizlik üçün lazımdır.

Bir neçə gün öncə də küçəni təmizləyən qadını da maşın vurmuşdu. Bunun səbəbi də küçənin işıqlandırılmamasıdır. Səhər saatlarında insanların işə getməsi və digər səbəblərdən piyadaların hərəkəti də intensivləşir. Küçələr işıqlandırılmadıqda qarşılıqlı hərəkət edən avtomobillərin faraları sürücülərə maneə olur, onlar heç nə görmürlər. Nəticədə də qəzalar baş verir. Bunun məsuliyyəti də yolların işıqlandırılmasına görə cavabdeh olan qurumların üzərindədir. Amma həm yol polisi, həm də Avtomobil Yolları Agentliyi də bunu tələb etməlidir".

Ə.Hüseynov qeyd edib ki, sürücülər də yol qaranlıqdır deyə uzaq işıqlarla maşın sürməli deyillər:

"Şəraitə uyğun hərəkət etmək lazımdır. Ola bilsin asta sürətlə getməli olacaq, ola bilsin getdiyi yerə gecikəcək, amma başqa variant yoxdur. Bir halda ki, rəsmi qurumlar buna fikir vermir, heç olmasa sürücü diqqətli olmalıdır. Qəza olarsa, bunun bütün çətinliyini sürücü özü çəkəcək".

Meriyanın tabeliyində olan Bakı şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsinin baş mühəbdisi Məhərrəm Babayev isə bildirib ki, həmin prospektə işıqlar gecə saat 01:00-da ekonom rejimə keçirilir, hər 2 işıqdan biri söndürülür. Bütün işıqlar heç vaxt söndürülmür. işıqlar səhər saat 05:45-də yandırılır, 06:15-də isə söndürülür. O bildirib ki, noyabrın 20-dən sonra işıqların yanma müddəti uzadılacaq: "Həftənin birinci günündən işıqlar səhər saat 05:30-da yandacaq, 06:30-da söndürüləcək. Bundan başqa, Aeroport yolunda fotoelement işıqlar isə havanın qaralıb işıqlanmasına görə avtomatik yanıb-sönür".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1045   Tarix: 17 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021