"Azərişıq" qışa hazırdırmı?

"Azərişıq" qışa hazırdırmı?Payız-qış mövsümündə abonentlərin elektrik enerjisi ilə təchizatında heç bir problem olmayacaq. Bu barədə Modern.az-a "Azərişıq" ASC-nin mətbuat xidməti bildirib.

ASC-dən bildiriblər ki, 2018-2019-cu ilin payız-qış mövsümü əvvəlki illərdən yaxşı mənada fərqlənəcək: "Son illərdə apardığımız yenidənqurma, əsaslı təmir-tikinti işləri bunu deməyə əsas verir. Xüsusilə də dağ və dağətəyi rayonlarda hava şəraitinin sərt keçməsi ehtimalı ilə əlaqədar əlavə mal-materiallarımız, avadanlıqlarımız, maşın-mexanizmlərimiz var, ehtiyatımız böyükdür".

Qeyd edilib ki, hazırda bütün yarımstansiyalarda təftiş işləri davam etdirilir: "Havanın şıltaqlığı nəticəsində hər hansı qəza baş verərsə, həmin qəzaların operativ şəkildə aradan qalıdırılmasına tam hazırıq. Bizim 24 saat fəaliyyət göstərən çağrı mərkəzimiz var. Abonentlər 199 nömrəsinə zəng edərək problemlərini rahat şəkildə deyə bilərlər".

Ötən 11 ildə "Azərişıq" ASC-nin balansındakı paylayıcı elektrik şəbəkələrində 40 ədəd 110 kV-luq yeni yarımstansiya tikilib. Yeni inşa edilmiş 35 kV-luq yarımstansiyaların sayı isə 141-ə çatır. 2006-2017-ci illərdə 4894 transformator və komplekt transformator məntəqəsi inşa olunub. 577 514 dayaq quraşdırılıb, 45 818 kilometr uzunluğunda hava və kabel xətti çəkilib. Silsilə və kompleks tədbirlər hesabına "Azərişıq" ASC-nin regional elektrik şəbəkələrində texniki itkilər 2017-ci ilin 9 ayının yekununa görə 9,9%-ə endirilib. Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü "Azərişıq" ASC-nin yarandığı 2015-ci ilin əvvəlindəki 9500 meqavoltamperdən 2017-ci ilin sonuna bu göstərici 11 900 meqavoltamperə çatdırılacaq.

ASC-dən bildirilib ki, Bakı şəhərinin elektrik şəbəkələrində irimiqyaslı yenidənqurma işləri aparılmaqla yeni güc mərkəzləri yaradılıb, elektrik enerjisi itkilərinin azaldılması, enerji haqlarının vaxtında və tam şəkildə yığılması üçün təşkilati və texniki islahatlar aparılıb, beynəlxalq standartlara uyğun 110 və 35 kV-luq dairəvi elektrik təchizatı sxemləri yaradılıb, yeni 110, 35, 10, 6 və 0,4 kV-luq elektrik şəbəkələri infrastrukturu yaradılıb. Şəhərin paylayıcı elektrik şəbəkəsinin normalara uyğun istismarının təşkili, qorunub saxlanılması, gözlənilən inkişafa uyğun artan elektrik güclərinin qarşılanması üçün lazımi texniki tədbirlərin, yəni mövcud köhnəlmiş şəbəkənin yenilənməsi, genişləndirilməsi, yeni güc mərkəzlərinin, 110 və 35 kV-luq dairəvi elektrik təchizat sxemlərin yaradılması, qəza hallarında operativliyin yüksəlməsi və dayanıqlı elektrik enerjisi təminatının yaradılması üçün 22 ədəd 110 kV-luq, 77 ədəd 35 kV-luq, 1974 ədəd 10-6 kV-luq YS inşa edilib, 28 093 km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib, 239 532 ədəd dayaq quraşdırılıb.

"Azərişıq" ASC tərəfindən regionlarda 18 ədəd 110 kV-luq, 64 ədəd 35 kV-luq, 2920 ədəd 10-6 kV-luq YS inşa edilib, 17 725 km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib, 337 982 ədəd dayaq quraşdırılıb. Bütün bunlar əsas verir ki, bu payız-qış mövsümü ərzində "Azərişıq" ASC-nin abonentlərinə göstərdiyi xidmətin səviyyəsi digərlərindən fərqlənəcək. Abonentlərin elektrik enerjisi ilə təchizatında heç bir problem olmayacaq, tələbat tamamilə ödəniləcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 909   Tarix: 17 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Hadrutdan ürəkaçan görüntülər - Video

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-də yayımlanıb. Bildirilib ki, burada tikilən hər bir bina xüsusi memarlıq üslubuna görə seçiləcək. Artıq tikililərin layihələndirmə işləri yekunlaşıb. Daha ətraflı süjetdə

24 aprel
.

Vətən müharibəsi qazisi Türkiyədə öldü

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında öldüyü bildirilib. Vətən müharibəsində iştirakın

24 aprel
.

Bayden "erməni soyqırımı" ifadəsini növbəti dəfə işlətdi

ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. APA-nın xəbərinə görə, o bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir. Qey

24 aprel
.

Nazirdən Nəzrinlə Mərdana hədiyyə

Gənclər və İdman Naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb. Bununla bağlı Mərdan paylaşım edib. "Nazirimiz Fərid Qayıbov da bizi toy günü unutmadı. Təşəkkür edirik", - deyə, Kazımov bildirib. OLAY-ın əldə etdiyi məlumat

23 aprel
.

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdityevin qohumudur

Sabiq deputat İlham Əliyevin qardaşı oğlu Səftər Əliyevin direktoru olduğu "Hazarbalıq" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə külli miqdarda vergi borcu yaranıb. "Qaynarinfo"-ya istinadla xəbər verir ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən balıq istehsalı ilə məşğu

24 aprel
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel