Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı"Bakı Prosesi"nin 10-cu ildönümü qeyd ediləcək

Prezident İlham Əliyev "Bakı Prosesi"nin 10-cu ildönümünün qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikasındakı mövcud mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti bu çoxmillətli və çoxkonfessiyalı ölkəni dünyada sivilizasiyalararası dialoqun məkanı kimi tanıtmışdır. Azərbaycan dövləti tərəfindən mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın təşviqinə yönələn beynəlxalq miqyaslı tədbirlər onun mədəni müxtəlifliyə dəstəyinin bariz göstəricisidir.
2008-ci ilin dekabrında Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransında İslam və Qərb sivilizasiyaları, eləcə də xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Bakı Prosesi" təşəbbüsü irəli sürülmüşdür. Konfransda "Mədəniyyətlərarası dialoqu təşviq etmək naminə Bakı bəyannaməsi" qəbul edilmişdir.
Bu çərçivədə 2009-cu ilin oktyabrında Bakıda İslam ölkələri mədəniyyət nazirlərinin VI Konfransında Azərbaycanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasına üzv dövlətlər arasında əməkdaşlığı gücləndirmək məqsədilə keçirilən görüşdə "Bakı prosesi - dialoq və mədəni müxtəlifliyə dəstək: Sivilizasiyalar arasında dialoq naminə yeni çağırışlar" adlı kommünike qəbul edilmişdir. 2010-cu ildə "Bakı Prosesi" artıq regional təşəbbüsdən qlobal çağırışa çevrilməyə başlamışdır.
Ötən on il ərzində ölkədə "Bakı Prosesi" çərçivəsində, həmçinin bu təşəbbüsün məqsədləri istiqamətində çoxsaylı beynəlxalq tədbirlər və layihələr gerçəkləşdirilmişdir. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları BMT və strukturlarının mədəniyyətlərarası dialoqun qurulması və inkişafı, irqi ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizə sahəsində qlobal platforma statusu qazanmışdır. 2016-cı ilin aprelində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi bu uğurlu prosesin və fəaliyyətin nəticəsidir.
Beynəlxalq miqyaslı tədbirlər sırasında Bakı Beynəlxalq Humanitar Forumunun da xüsusi yeri vardır. Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparılması üçün tanınmış dövlət xadimlərini, Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini dəfələrlə bir araya gətirmişdir.
Birləşmiş Millətlər Təşkilatı Baş katibinin 2017-ci ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyasındakı "Dünyanın rifahı naminə sülh mədəniyyətinin, dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi" adlı məruzəsində 2008-ci ildən etibarən müvəffəqiyyətlə reallaşdırılan "Bakı Prosesi"ni xüsusi vurğulaması sivilizasiyalar arasında qədim dövrlərdən bəri körpü rolunu oynamış Azərbaycanın mədəniyyətlərarası dialoqa hazırkı mərhələdə verdiyi töhfələrin beynəlxalq miqyasda etirafı olaraq qiymətləndirilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Bakı Prosesi"nin 10-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi aidiyyəti dövlət qurumları ilə birlikdə və tərəfdaş beynəlxalq təşkilatların təklifləri nəzərə alınmaqla, "Bakı Prosesi"nin 10-cu ildönümünün qeyd edilməsinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu iki ildən bir keçirilsin və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həmin forumlarla bağlı tədbirlər üzrə əlaqələndirici orqan müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3528   Tarix: 17 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şagirdi uşaq dünyaya gətirən məktəbin direktoru işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, Dilbə

28 mart
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28 mart
.

Arvadını çörəkpulu kartına görə döydü, cinayət məsuliyyətindən azad edildi

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Rəşad Zəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Rəşad Zəfərov cinayət məsuliyyətində

28 mart
.

İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər (TƏFƏRRÜAT)

Bu ilin yanvar ayında Azərbaycana dünyanın müxtəlif ölkələrindən fərqli göstəricilərdə qol saatları gətirilib. açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan ən bahalı saatlar İsveçrədən gətirilib. Yanvar ayı ərzində Azərbaycana İsveçrədən 6 ədəd qiymətli metaldan korpusu olan elektrikl

28 mart
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart
.

Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28 mart
.

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. xəbər verir ki, videoçarxda DTX əməkdaşlarının quruda, suda və havada keçirdikləri əməliyyatlardan görüntülər əskini tapıb. Videoçarxı təqdim edirik:

28 mart
.

Lənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes-Benz"

28 mart
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

28 mart