Paris monastrını Türkiyə həbsxanasına çevirən rejissor – Ölkəsi onu izləmirdi

Paris monastrını Türkiyə həbsxanasına çevirən rejissor – Ölkəsi onu izləmirdiParisin şimalında kiçik bir kənddə yerləşən köhnə bir monastr birdən-birə Türkiyənin əksi olmuşdu. Əsas giriş qapısının üstündə, Məryəm Ana heykəlinə yuxarıdan baxan bir yerə türkçə bir yazı yazılmışdı:

"Mərkəzi Həbsxana"

Və hər yerdə "Nə mutlu türküm deyənə!" şəklində Mustafa Kamalın Türkiyəsini mədh edən yazılar gözə dəyirdi.

Monastrın əsas həyətinin içində tikilən divarlar atriumu daraldıb yeni məkan yaratmışdı. Burada məhbuslar müşahidə qülləsindən onları izləyən əsgərlərin baxışları altında idman edirdilər. Mərkəzi binaya gedən dar yolda Ankara qeydiyyat nömrəli bir "Cadillac" avtomobili başları ənənəvi şəkildə örtülmüş qadınların və geniş balaqlı şalvar geyinmiş kişilərin arasından yavaşca süzülərək gedir.

Yılmaz Güney, həbsxananın baş direktorunun anidən gerçəkləşən ziyarətini filmə çəkməkdədir. Aktyor Fransa Mədəniyyət Nazirliyində çalışan bir fransızdır. Hər zaman gülümsəyən, səbrli və zarafatcıl Yılmaz Güney epizod rolların ifaçıları ilə məşğuldur. Müvəqqəti adı "Şüşələri qırın ki, quşlar azadlığa qovuşsun" olan film ("Divar") bir həbsxanada baş vermiş üsyandan bəhs edir. Güneyin son filmi olan "Yol"da da həbsxana mövzusu işlənmişdi.

Üsyana rəhbərlik edənlər həbsxana uşaqlarıdır. Bu sırada Yılmaz Güney uruqvaylı həvəskar aktyora həbsxananın mətbəxində bir uşaq tərəfindən təhdidə məruz qalacağını və bu zaman necə davranmalı olduğunu izah edir. Ancaq üsyan yatırılacaq və film yeni gələn gənc məhbusların görüntüsüylə bitəcək.

Həbsxana içindəki atmosferi qeyri-peşəkar aktyorlarla yaratmaq çətin işdir, təbii ki. Ancaq Yılmaz Güney bu əngəli də özünəməxsus üslubla aşmağa çalışır.

Film qərbi Berlin və Fransadan gələn, əksəriyyəti kürd olan 100 uşaqla çəkilir. Bundan başqa, 100-ə yaxın yetkin epizod aktyorları da var ki, əsgər, gözətçi, məhbus, məhbus yaxınları və başqa rolları oynayırlar. 100-ə yaxın texniki işçi isə Yılmaz Güneylə filmin çəkilişləri boyunca köhnə monastrda qalır.

Uşaqlar belə bir macəranın içində yer aldıqları üçün sevinclidirlər. "Qərbi Berlin və ya Parisi bir düşünün, amma indi onlar bir ulduzdur" deyir, filmdə oynayan tək peşəkar aktyor isə Tuncel Kurtizdir.

Adi vaxtlarda bu monastr kəndin məktəbi rolunu oynayır. Hələ də bu divarda ibtidai sinif uşaqlarının divarlara yazdığı qaydaları oxuya bilərsiniz. Məsələn: "Dərs vaxtı xəyallara dalmaq qadağandır."

Yılmaz Güney filmini azad şəkildə çəkə bilmək üçün bir neçə böyük prodüserin bərabər çalışmaq təklifini rədd edib. Amma nəticədə razılaşdığı prodüser olduqca sərt iş qanunları qoyub. Filmin ssenarisi ilə bağlı bütün məlumatlar prodüserin filmin nümayişi üçün seçəcəyi tarixdən əvvəl gizli tutulur. Bu müsahibə istisna olmaqla...

– Geriyə baxanda "Sürü" və "Yol" filminizi necə dəyərləndirirsiniz?

– Rejissorluq həyatım boyunca düşüncələrimi ifadə etmək üçün həmişə fərqli vasitələrdən istifadə etmişəm və çox açıq şəkildə etiraf etməliyəm ki, bu günə qədər olan işlərimdə istədiklərimi tam ifadə edə bilməmişəm. Yəni filmlərimin özü və ya üslubu mənasında. "Sürü" filmi əslində kürd xalqının tarixidir, amma filmdə kürd dilindən istifadə edə bilməmişəm. Əksi təqdirdə filmdə rol alan hər kəs həbsxanaya göndərilə bilərdi. "Yol" filmində isə əsas diqqəti Diyarbəkir, Urfa və Siirtə çəkib, musiqi vasitəsilə kürd atmosferini yaratmağa çalışdım. Film Almaniyada səsləndirilmiş olsa belə, "Yol"u kürdcə çəkməyi bacara bilmədim.

– Kürd olduğunuzun fərqinə nə zaman vardınız?

– Əvvəlcə assimilyasiya olmuş bir kürd olduğumu söyləməliyəm. Anam kürd, atam isə zaza kürdüdür. Kürdcə və zazaca bizim evin danışıq dili idi. 15 yaşıma qədər kürdcə danışırdım. Sonra ailəmdən qopdum. O dönəmlərdə "Kürdlər və kürd dili yoxdur" tərzində sözlər eşidirdim. Amma kürdcə danışan, mahnı oxuyan insanları da duyur və kürdlərin çox çətin şərtlərdə yaşadıqlarını görə bilirdim. Atam Sivereklidir. Sivereyi ilk dəfə 16 yaşımda gördüm. Nə olduğumu tam olaraq onda anladım. Köklərindən qoparılmış bir ailənin əzablarıyla tanış oldum. Atam dedi ki, sən köklərindən qoparıldın.

34 yaşımda isə anamın doğulduğu Muş şəhərinə getdim və Jibran tayfasını gördüm. "Sürü" filmi bu tayfada nələr yaşandığından bəhs edir.

– Filmlərinizdəki qəhrəmanların kürd və mövzularınızın Kürdüstanla bağlı olduğunu nəzərə alsaq, ölkənizdən uzaqda necə film çəkəcəksiniz?

– Burada aktyor problemi ilə qarşı-qarşıyayıq; sadəcə bir peşəkar aktyorumuz var, o da "Sürü" filmində ata rolunu oynayan Tuncel Kurtiz. Digər bütün aktyorlar həvəskardır. Bir çoxu daha əvvəl heç bir filmdə rol almayıb. Türkiyədən peşəkar aktyor gətirmək mümkün deyil. Avropada olanlar isə mənimlə işləməyə cəsarət etmirlər. Hətta mənimlə danışmağa belə razı olmurlar.

– Türk aktyorlar Kannda Qızıl Palma Budağı mükafatını almış bir rejissorla işləmək istəməzlər?

– Sakit vaxtlarda inqilab nəğmələri oxuyanlar çətin anlarda qapılar arxasında gizlənərlər.

Bir türk operatorum var, amma texniki heyət peşəkar deyil. Çəkiliş meydançasını hazırlamaq üçün bir peşəkar texnikim belə yoxdur. Sonrakı filmimin mövzusu da həbsxanalarla bağlı olacaq. Qaranlıq, kədər və təbiət mənzərəsinə ehtiyac duyulmayan hər şeyi rəsm edirəm.

– Nə üçün həbsxana?

– İki səbəbim var. Bir, Türkiyənin hazırda içində olduğu vəziyyətə ən uyğun mövzudur. İkincisi isə, mən Avropa haqqında film çəkməyə hələ hazır deyiləm.

– Sonrakı filminizdə Kürdüstana nə qədər yer verəcəksiniz?

– Kürd problemi çox qəliz mövzudur. Bir gün bu xalqın doğum və ya yenidən doğum davasından danışan bir film çəkmək istəyərəm. Ancaq indi bunu gerçəkləşdirmək çətin məsələdir. Biri kürdlərin necə bölündüklərini və fərqli vəziyyətlərlə bağlı dəyişik perspektivlərini göstərməlidir. Bu problemi obyektiv şəkildə işləmək çətindir. Tarix sadəcə zəfərlərlə dolu deyil, tarix eyni zamanda məğlubiyyətlər, yanlışlar və hiylələrdən ibarətdir.

– Xaricdə film çəkərkən qarşılaşdığınız texniki problemlərdən bəhs etdiniz. Ölkənizlə kəsilmiş olan köklərinizi filmdə necə yaradacaqsınız? Ölkənizin insanları və təbiəti ilə maraqlanırsınız, amma öz həmvətənliləriniz filmlərinizi izləmir. Bu problemin öhdəsindən necə gələcəksiniz? Xaricə köçəcəksiniz?

– Bu filmi insanlarımıza göstərməyin bir yolunu tapmalıyıq, amma bunun necəliyini sizə izah edə bilmərəm. İkinci sualınıza cavabım: həbsxana həyatı ilə bağlı olan son filmimdən sonra süni mühit və şərtlərlə Kürdüstanla bağlı bir film çəkmək istəmirəm.

– Elədirsə, Fransada qalmağınızı kariyeranızdakı qısa bir ara adlandırmaq olarmı?

– Bu filmi çəkmək üçün Fransada xüsusi bir icazəylə qalıram. Filmi nümayiş etdirənə qədər Fransada qalmaq iznim var. Ondan sonrasını bilmirəm. İndi gələcək haqqında danışmaq istəmirəm.

*Chris Kutscheranın etdiyi bu müsahibə "Orta Şərq" dərgisinin ("The Middle East") 1983-cü il yanvar tarixli buraxılışında yayımlanıb və Devrim Kılıç tərəfindən ingiliscədən tərcümə edilib.

xeber365.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1218   Tarix: 18 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi

Cənubi Koreyada 20 yaşlı gənc 76 pişiyin həyatına son qoyub. xarici KİV-ə istinadən xəbər verir ki, o Changwon bölgə məhkəməsində keçirilən proses zamanı 14 ay həbs edilib. Oğlan avtomoilini cızdığına görə pişiklərə nifrət etdiyini və onları bu səbəbdən öldürdüyünü deyib. O son bir il ərzində evinə küçədə

24 aprel
.

Borc davası zamanı çubuqla döyülüb öldürüldü

Qaziantepdə borc məsələsi zəminində çıxan davada 47 yaşlı Devrim Keleş çubuqla döyülərək öldürülüb. -ın xarici mediaya istinadla xəbərinə görə, hadisə gecə saatlarında Şehitkamil rayonunun Boyno rayonunda baş verib. Narkotik aludəçisi olduğu iddia edilən Devrim Keleşlə bir qrup şəxs arasında borc məsələsin

23 aprel
.

DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı

ABŞ-nin Oklahoma Siti şəhərində beş nəfərin meyiti tapılıb. xəbər verir ki, bu barədə ABC televiziyası şəhər polisinə istinadən məlumat yayıb. Bildirilib ki, hüquq-mühafizə orqanları onları kütləvi qətlin qurbanı hesab edir. Meyiti tapılanlardan ikisi uşaqdır. Hadisə ilə bağlı araşdırmalara başlanılı

23 aprel
.

Toydan əvvəl mübahisə etdi, şadlıq sarayında ÖLDÜRDÜ

Toyda baş verən mübahisə qanla sonlandı. xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Rizə şəhərində keçirilən toyda iki nəfər arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı 1 nəfər güllələnərək dünyasını dəyişib. Açıqlamada axşam saatlarında yenə eyni şəxslər arasında mübahisəni

24 aprel
.

Əsl anasını 25 il sonra efirdə tapdı - İzləyicilər ŞOKDA

Türkiyənin ATVkanalında yayımlanan Esra Erol proqramına qatılan 26 yaşlı Uğur Yeşilçimen 5 il əvvəl vəfat etdiyi deyilən anasının əslində xalası olduğunu öyrənib. Esra Erol Uğuru əsl anası Banu ilə görüşdürülüb. Türkiyə mediasına istinadla bildirir ki, hələ 17 günlük olarkən Antalyada övladlığa götürülə

22 aprel
.

Müəllim şagirdə dərs yazmaq əvəzinə rəqs etməsini istədi - VİDEO

Bir tələbə 15.00 sözlük məqalə yazmamaq üçün rəqs edib. xarici KİV-ə istinadən xəbər verir ki, tələbədən biotibbi mühəndislik mövzusunda 15.00 söz yazmağı tələb edən ənənəvi sənəd əvəzinə, bütün otağın qarşısında 15 saniyəlik rəqs etmək seçimi verilib. Tələbə tərəfindən yerləşdirilən video dərhal vira

24 aprel
.

Azyaşlı qız böyüklərə "dərs keçdi" - VİDEO

Azyaşlı qızın küçədə oturan yaşlı kişiyə kömək etməsi gündəm olub. -a istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Parkinson xəstəsi olan yaşlı kişinin su içə bilmədiyini görən qızcığaz ona köməklik edib. Həmin görüntüləri təqdim edirik:

22 aprel
.

"Qız qülləsi" bağlanır - SƏBƏB

Bosfor boğazının cənub girişində yerləşən kiçik bir adadakı "Qız qülləsi" bir həftə müddətinə bağlı olacaq. Türkiyə mediasına istinadən xəbər verir ki, Mədəni İrs və Muzeylər Baş İdarəsim məlumat yayıb. "Qız qülləsi" Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən nəzarət işlərini

23 aprel
.

Məktəbə getmək üçün evdən çıxan 15 yaşlı qız iki gün sonra TAPILDI

İki gündür xəbər alınmayan 15 yaşlı qız tapılıb. xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə 2 gündür axtarılan 15 yaşlı qız polis tərəfindən parkda tapılıb. Əldə edilən məlumata görə, Kırıkkaledə yaşayan 9-cu sinif şagirdi cümə axşamı səhər saatlarında bir müddətdir qaldığı bacısının evində

23 aprel