Vatikan, yoxsa Kreml? - Partizan müharibəsi və "XİLAFƏT"İN SON MİSSİYASI

Vatikan, yoxsa Kreml? - Partizan müharibəsi və "XİLAFƏT"İN SON MİSSİYASIİŞİD terror qruplaşmasının İraq və Suriyada aldığı hərbi məğlubiyyətlər cihadçıları taktikanı dəyişdirməyə məcbur edir. Qiymətləndirmələrə görə, yaxın perspektiv üçün terrorçuların bazası Əfqanıstana yerini dəyişə bilər. Hakimiyyətin radikalların öhdəsindən gələ bilmədiyi bu ölkədə terrorçuların fəaliyyəti üçün münbit şərait var.
"RİA-Novosti" agentliyinin yazdığına görə, Əfqanıstanda İŞİD-in mərkəzinin yaranması postsovet sərhədləri, xüsusilə, Rusiya üçün təhlükə təşkil edir.

Yeni ərazilərdə terrorçuların kontingentinin bir hissəsini etnik özbəklər təşkil edirlər. Mərkəzi Asiyadan gəlmələr 2017-ci ildə dəfələrlə Rusiyada terror aktlarına hazırlıqda ittiham olunaraq saxlanılıb.
Cihadçılar özbəkləri cəlb edirlər
2014-cü ildə İŞİD regionun əsas şəhəri olan Bağdad üçün təhlükə yaradaraq Suriya və İraq sərhədində geniş ərazilərə nəzarət edirdi. Əbubəkr Əl-Bağdadinin rəhbərlik etdiyi "xilafət" öz qüdrətinin pikində Afrika və Mərkəzi Asiyada islam qruplaşmalarının böyük dəstəyini təmin edə bildi. Bu gün məhz cinayətkar qruplaşmanın sağ qalmış regional bölmələri ən böyük təhlükə təşkil edir.
Yaxın Şərq və Afrika üzrə rusiyalı ekspert Qriqoriy Lukyanov bildirib ki, postsovet məkanına coğrafi baxımdan yaxın olan Əfqanıstan İŞİD-in sağ qalmağı bacaran hissəsinin əsas mərkəzinə çevrilir.

"Bu ölkədə çıxılmaz vəziyyət yaranıb. Nə hakimiyyət, nə də Taliban onların rəqibi olan İŞİD-in öhdəsindən gəlmək üçün resurslara malik deyil. "Xilafət"in tərəfdarları ölkənin müxtəlif hissələrində narkotrafik və qaçaqmalçılıq axınları üzərində nəzarəti təmin ediblər. Yaxın perspektivdə Əfqanıstanda İŞİD-i nə hərbi, nə də iqtisadi nöqteyi-nəzərdən heç nə hədələmir. Suriya və İraqda məğlub olan bəzi cihadçılar bu qruplaşmaya qoşula bilərlər", - Lukyanov qeyd edib.
Əfqanıstanda möhkəmlənmiş İŞİD bölməsi üçün cihadın beynəlmiləlləşdirilməsi - etnik müxtəliflik və kənardan könüllülərin kütləvi cəlb edilməsi tipikdir. Tayfa əlamətləri ortaya çıxdığı üçün Taliban hərəkatında tez-tez parçalanmalar baş verir. Bu, İŞİD üçün xarakterik deyil. Təhlükəli tendensiya ondan ibarətdir ki, İŞİD-də mühüm yer tutan əfqan özbəkləri və taciklərin soydaşları keçmiş SSRİ ərazisində yaşayırlar. Bu kanal vasitəsilə "xilafət" tərəfdarlarının təsirinin Rusiyaya qədər uzana biləcəyi ilə bağlı təhlükə var.

Təsadüf deyil ki, İŞİD Rusiyanı gələn il ölkədə keçiriləcək dünya çempionatının stadionlarını partlatmaqla təhdid edib. Ümumiyyətlə, terrorçular son vaxtlar sosial mediadakı hesablarından dünya çempionatı ilə bağlı təhdid dolu şəkillər paylaşmağa başlayıblar.
Son böyük terror aktı: İŞİD nəyə hazırlaşır?
Şərqə miqrasiyanın güman edən əfqan ssenarisi ilə yanaşı, hadisələrin inkişafının başqa variantı da mövcuddur. İŞİD-in tərəfdarları təşkilatın tarixində son böyük terror aktını törətmək üçün Qərbə yollana bilər. 2017-ci ilin noyabrında qruplaşmanın informasiya resursları Roma katolik kilsəsinin ünvanına təhdidlərlə çıxış ediblər. Hətta zərbə vuracağı yeri də açıqladılar: Vatikan.
İslam qrupları terror aktlarının törədilməsi üçün adətən tarixi günləri seçirlər. Belə ki, 2016-cı ildə Berlində terror aktı bayram ərəfəsində milad bazarında həyata keçirildi. 2015-ci il isə Fransada qətliam üçün "qara cümə" adlandırılan 13 noyabr seçilmişdi.

Bununla belə, sual yaranır: son hücum üçün İŞİD-in gücləri kifayət edirmi?
Qriqoriy Lukyanovun fikrincə, "xilafət" tərəfdarlarının böyük terror aktı törətməsi yaxın gələcək üçün ağlasığmazdır. Həmçinin, ekspertin sözlərinə görə, terror aktı elə yerdə baş verə bilər ki, orada terrorçuları gözləmirlər.
"Bundan başqa, təhlükə gözlənilməz istiqamətdən gələ bilər. Təşkilatda güclü idarəetmə aparatı var idi, amma, o indi dağıdılıb. Tamamilə başqa məsələ odur ki, son zamanlar "Əl-Qaidə" fövqəladə dərəcədə möhkəmlənib. Üsamə Ben Ladenin varisləri İŞİD-lə rəqabətdən daha güclü çıxdılar. Avropada xristian bayramlarında terror aktlarını gözləməmək olar, cihadçılar üçün Afrikada hərəkət etmək daha asandır", - o vurğulayıb.
İraq və Suriyanın gələcəyi necə olacaq?
ABŞ Dövlət Departamentinin qiymətlərdirmələrinə görə, ilin sonuna kimi İraq və Suriyanın bütün ərazisi İŞİD-dən təmizlənə bilər. Ancaq əvvəlki hakimiyyətlərin qayıdışı dinc həyatın yenidən başlanacağına zəmanət vermir. İraqda 2000-ci illərdə yerli sakinlərin bir hissəsinin dəstəyini təmin etmiş "Əl-Qaidə"nin bölməsi hərəkət edirdi. Ölkə hakimiyyəti və əksəriyyət təşkil edən şiələr sünni azlığı diskriminasiyaya məruz qoyarsa, həmin torpaqlara cihadçıların üçüncü qayıdışı tamamilə mümkündür.

Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi üzrə Mərkəzin direktoru Semyon Baqdasarov hesab edir ki, pessimist ssenari yenidən gündəlikdə ola bilər.
"İŞİD-i dəstəkləyən əhali ilə bağlı siyasi xarakterli tədbirlər görülərsə, onda partizan müharibəsi və ikinci İŞİD-in yaranması buna cavab olacaq", - ekspert hesab edir.
Şərqşünasın fikrincə, ölkənin müxtəlif icmaları arasında sülh əlaqələrin bərpası İraq və Suriyaya lazımdır.

mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2130   Tarix: 18 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rusiyada şəhərin üzərində səma narıncı rəngə boyandı - FOTO

Rusiyanın Blaqoveşensk şəhəri üzərində səma narıncı rəngə boyanıb. xəbər verir ki, bu barədə ölkənin teleqram kanalları məlumat yayıb. Amur vilayətinin hidrometeorologiya mərkəzinin məlumatına görə, buna Monqolustan və Çindəki qum fırtınaları səbəb olub. Şəhər sakinlərinə gözlərini tozdan qorumaqla bağl

28 mart
.

Ermənistan kəndi Gürcüstana qaytaracaq?

Ermənistan təkcə Azərbaycanla deyil, həm də Gürcüstanla sərhədlərin demarkasiyasına hazırdır. Bununla bağlı Ermənistan KİV-də yayılan məlumata görə, İrəvan Gürcüstanla sərhəddəki Lori vilayətindəki Ciliza kəndini Tbilisiyə qaytarmağa hazırlaşır. Qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinya

27 mart
.

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. xarici KİV-ə istinadən xəbər verir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğas

28 mart
.

Uşağın alışqanla oynaması böyük yanğına səbəb oldu - VİDEO

İstanbulun Esenyurt rayonunda yaşayış binasında başlayan yanğın nəticəsində dörd nəfər köməksiz vəziyyətdə qalıb. Qeyd olunub ki, yanğın uşağın alışqanla oynaması nəticəsində baş verib. Hadisə yerinə gələn yanğın-xilasetmə qrupları onları çətinliklə də olsa, xilas edə biliblər

28 mart
.

Bu ölkədə meymunlar şəhəri işğal etdi, əməliyyat keçirildi

Taylandda meymunlar şəhəri "işğal" edib. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Taylandın Lopburi şəhərində meymunların yemək axtarmaq üçün şəhərə enməsi xaos yaradıb. Vəziyyət o həddə çatıb ki, meymunlar yemək tapmaq üçün şəhərin mərkəzindəki evlərə, mağazalara girir, bəzən insanları

28 mart
.

Maşını mübahisə etdiyi polis əməkdaşlarının üzərinə sürdü, bir nəfəri vuraraq QAÇDI - VİDEO

Türkiyədə avtomobil sürücüsü maşınnı mübahisə etdiyi yol polislərinin üzərinə sürüb. xarici mediaya istinadən xəbər verir ki, bir şəxs əzilməkdən son anda xilas olub. Belə ki, Diyarbəkirdə mübahisə etdiyi yol polisi əməkdaşlarının üzərinə maşın sürüb. Bu zaman sürücü hadisəyə müdaxilə etmək istəyən şəxs

27 mart
.

Canavar sürüsü evi "mühasirəyə aldı": Qorxunc görüntülər - VİDEO

Kanadada yaşayan bir ailənin evinin qarşısına qəfildən canavar sürüsü toplaşıb. Evin qapısını açan ailə üzvləri gördükləri mənzərə qarşısında nə edəcəklərini bilməyiblər. Ailənin mobil telefonla lentə aldığı görüntülər sosial şəbəkələrdə gündəm olub

28 mart
.

Hindistanın bir şəhəri milyarderlərin sayına görə dünyada üçüncü oldu

Hindistanın Mumbay şəhəri orada yaşayan milyarderlərin sayına görə Asiya şəhərləri arasında liderdir. Bu barədə Hindistanın "Hurun India" reytinq agentliyinin apardığı araşdırmalarda qeyd olunur. Agentliyin araşdırmasına əsasən, Mumbay ilk dəfə olaraq Pekini qabaqlayaraq Asiya ölkələri arasınd

26 mart
.

"Putin həmin gecə yatmayıb"

"Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da törədilən terror aktından sonra gecəni səhərə qədər yuxusuz keçirib". "Qafqazinfo" xəbər verir ki, bunu jurnalist Pavel Zarubinə müsahibəsində Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Putin həmi

28 mart