Millət vəkili: "Türkiyəyə qarşı belə tərbiyəsizliyə yol verilməməli idi"

Millət vəkili: "Türkiyəyə qarşı belə tərbiyəsizliyə yol verilməməli idi""NATO-nun Norveçdə keçirilən təlimlərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Türkiyə Cümhuriyyətinin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın fotolarının düşmən hədəfi kimi göstərilməsi hər şeydən öncə bir millətin dəyərlərinə qarşı hörmətsizlik kimi başa düşülməlidir".

Sonxeebr.az bildirir ki, bunu APA-ya açıqlamasında millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

H. Babaoğlu deyib ki, Türkiyə ilə NATO-nun 65 ildir müttəfiq olduğu nəzərə alınsa, bu münasibəti izah etmək bir qədər də çətinləşir: "Ancaq bu çətin məsələnin çox sadə izahı var. Bu isə ondan ibarətdir ki, Türkiyə NATO üçün Varşava Blokuna qarşı geostrateji mövqeyinə görə müttəfiq seçilmişdi. Bu hərbi siyasi və hərbi ideoloji blokun dağılmasından isə artıq əsrin dörddə biri qədər vaxt keçib. Yeni geostrateji şərtlər formalaşıb. Hətta iş o yerə gəlib çatıb ki, bu gün Varşava Blokunu yaradan ölkənin siyasi varisi Rusiya ilə Türkiyə arasında sürətlə irəliləyən strateji əməkdaşlıq müşahidə olunur. Bunun səbəbi isə son illərdə NATO-nun Türkiyəyə münasibətdə müttəfiq kimi deyil, daha çox Türkiyənin təhlükəsizliyini təhdid edən hərbi-siyasi mərkəz kimi çıxış etməsi, Yaxın Şərqdə baş verən mühüm tarixi proseslərdə öz müttəfiqinin maraqlarını israrla gözardı etməsidir. Belə olduqda isə Türkiyə məcburən yeni müttəfiqlər axtarışına çıxmalıdır. Ancaq hələ bu da hamısı deyil. 2000-ci illərin əvvəllərində NATO-nun təlimlərinin birində NATO-nun yeni Yaxın Şərq və Şimali Afrika layihəsinin xəritəsində Türkiyə ərazisində bir neçə qondarma dövlət göstərilmişdi. Hadisələr sübut etdi ki, belə hallar təsadüfi baş vermir. Çünki sonrakı mərhələdə biz Şimali Atlantika Blokunun Müsəlman Şərqində apardığı hibrid müharibələrdə Türkiyəni də parçalamağa cəhdlər etdiyinin şahidi olduq. Bu gün də Türkiyə təkcə təlimlərdə hədəf deyil, elə real hərbi-siyasi proseslərdə üzvü olduğu hərbi blokun hədəflərindən biridir. Bunu Türkiyədə də gözəl bilirlər. Ancaq 2000-ci illərdə zəif olduqlarına görə belə sərt reaksiya verə bilmirdilər. Bu gün isə qardaş Türkiyə Cümhuriyyəti belə mənəviyyatsız həmlələrə layiqincə cavab vermək gücündədir. Türk xalqı və hökuməti 15 iyul 2016-cı il hadisələrində ən təhlükəli və ən mənəviyyatsız müdaxiləyə layiqincə cavab verməyi bacardı".

NATO rəhbərliyinin üzr istəməsinə gəlincə, millət vəkili hesab edir ki, bunun səmimi olduğuna kimisə inandırmaq çətindir: "Çünki belə hallar sistematik olaraq baş verir. Ona görə də Türkiyə yalnız özünə güvənməli, yeni geosiyasi şərtlərin tələblərinə uyğun olaraq regionda yeni güc mərkəzi formalaşdırmalıdır. Çünki postbipolyar dünya nizamı sona çatır. Hazırda multipolyar yəni çoxqütblü dünya nizamının yaranmasına doğru gedirik. Niyə də bu çoxqütblü nizamda Türkiyə və müttəfiqləri yeni güc mərkəzi olmasınlar?!".

NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti R. T. Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotolarını qoyan şəxslərin işdən azad edildiyini qeyd edən millət vəkili Fazil Mustafa isə Türkiyəyə qarşı belə bir tərbiyəsizliyə yol verilməməli olduğunu vurğulayıb: "Bu hadisə haqlı olaraq Türkiyədə müəyyən etirazlar doğurub. Bu məsələdə Türkiyənin mövqeyi haqlı idi və bu haqlı mövqeyə görə də NATO Türkiyədən üzr istədi. Məsələni çox dərinləşməyə qoymadılar. Amma bu, yaxşı bir presedent deyil. Çünki hər bir xalqın öz dəyərləri, atributları, dövləti təmsil edən şəxslər var. Onlara qarşı hörmətsizlik yolverilməzdir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə baş verən hadisənin təsadüfə bənzəmədiyini söyləyib: "Düzdür, guya təlimdə Rəcəb Tayyib Ərdoğan və Atatürkün fotolarını hədəf kimi qoyanlar işdən azad edilib. Hətta NATO-nun baş katibi üzr də istəyib. Amma belə hallar əvvəllər də olub. Bu hadisənin özü Qərbdəki müəyyən dairələrin Türkiyəyə yanaşmasını ortaya qoyur. Əgər əvvəllər Rəcəb Tayyib Ərdoğanı hədəf alırdılarsa, indi Türkiyə dövlətinin qurucusu Atatürkü də hədəf alıblar. Bu o deməkdir ki, söhbət tək Ərdoğana nifrətdən deyil, ümumiyyətlə, Türkiyəyə, Türkiyə dövləti ilə bağlı nə varsa, ona nifrətdən gedir. Belə şəraitdə də əlbəttə, Türkiyə siyasətini korrektə edir. Təsadüfi deyil ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, o cümlədən Türkiyə prezidenti dərhal türkiyəli hərbiçiləri NATO-nun həmin təlimindən geri çağırdılar. Sonra da deyirlər ki, Türkiyə niyə Qərbdən uzaqlaşır, Rusiya ilə yaxınlaşır, Şərqə yönəlir?! Qərbdə Türkiyəyə, Türkiyənin qurucularına qarşı belə nifrətin olduğu üçün Ankara xarici siyasətində ciddi korrektlər edir. Məsələn, ABŞ indi deyir ki, Türkiyə niyə Rusiyadan "S-400" Zenit-Raket Kompleksi alır, NATO artıq Türkiyəyə belə raketlər satmamalıdır. Axı Türkiyə ilk öncə belə raketləri ABŞ-dan, Avropa İttifaqı ölkələrindən istəyirdi, satmadılar. Türkiyə də məcbur olub, müdafiə xarakterli belə raketləri Rusiyadan aldı. Türkiyə bu halda nə etməli idi? Yaxud Türkiyəni 60 ildir ki, Avropa İttifaqının qapısında gözlətdirirlər, halbuki bu illər ərzində çoxlu sayda kiçik və böyük dövləti Avropa İttifaqına üzv qəbul ediblər. Bu, Türkiyəni alçaltmaq deməkdir. Belə olan halda Türkiyə nə etməlidir? Təbii ki, Türkiyə alternativ yollar axtarmalıdır. Ona görə Qərb əslində bu cür əməllərinə görə Türkiyəni qınamamalıdır. Qərb düşünməlidir ki, niyə Türkiyə Qərbdən uzaq düşüb, bu gün Rusiya ilə belə sıx yaxınlaşır, silahları Rusiyadan alır. Bunun əsas səbəbkarı Qərb özüdür. Ərdoğan hakimiyyətə yeni gələndə, canı qəlbdən Türkiyəni Avropa İttifaqına üzv qəbul etdirmək istəyirdi, bir çox şərtləri də yerinə yetirdi, əvvəllər aparılmayan bir çox islahatları apardı. Amma gördü ki, bir şərti yerinə yetirdikcə, iki şərt irəli sürürlər, iki şərt yerinə yetirdikcə, əlavə beş şərt irəli sürürlər. Başa düşdü ki, Türkiyəni Avropa İttifaqına üzv qəbul etmək istəmirlər. Ona görə də Ərdoğan bu cür qurumlardan üz döndərdi. Qərbin Türkiyəyə yönəlik bu siyasəti dəyişməyənə qədər Türkiyənin Qərbə doğru addım atacağını gözləmək çətindir" .

Qeyd edək ki, NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilib. Türkiyə prezidenti R. T. Ərdoğan hadisə ilə əlaqədar təlimdə iştirak edən 40 türkiyəli hərbçinin geri çağırıldığını açıqlayıb. NATO-nun rəsmi açıqlamasında R. T. Ərdoğanın fotosunu hədəf kimi qoyan zabitin artıq işdən azad edildiyi bildirilib. Atatürkün fotosunun isə texniki işçi tərəfindən seçildiyi, onun da işdən kənarlaşdırıldığı açıqlanıb. NATO baş katibi Yens Stoltenberq Norveçdə keçirilən təlim zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotolarının seçilməsi ilə bağlı Türkiyədən üzr istəyib. NATO-nun Müttəfiq Qüvvələr Komandanlığı isə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına üzrxahlıq məktubu yollayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1550   Tarix: 19 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18 sentyabr 2021
.

Məktəb avtobusunda inanılmaz hadisə - Sürücünün narkotika testi pozitiv çıxdı - VİDEO

Antalyada polis məktəb avtobusu sürücüləri üçün narkotik və spirt testləri keçirən zaman inanılmaz olayla rastlaşıb. -a istinadən xəbər verir ki, sürücülərdən birinin narkotik testi pozitiv çıxıb. Alınan nümunədə narkotik maddəsi "amfetamin" olduğu təsbit edilən sürücü ilə əlaqədar araşdırm

15 sentyabr 2021
.

Toyda o qədər pul yığıldı ki, 4 nəfər güclə daşıdı - VİDEO

Siirtdə keçirilən qəbilə toyunda bəyin pulu daşıması görüntüləri böyük maraq doğurub. " "a istinadən xəbər verir ki, çoxlu sayda qonağın iştirak edən toy şəhərin tanınmış simalarından birinin oğlu üçün baş tutub. Bəy pulu daşımaq üçün yanında olan daha 3 nəfərdən kömək istəyib. Bəy və yoldaşlarını

17 sentyabr 2021
.

Lukaşenko Düşənbəyə iti ilə səfər etdi

Belarusun lideri Aleksandr Lukaşenko sentyabrın 15-də Düşənbəyə işgüzar səfərə gedib. -a istinadla xəbər verir ki, Lukaşenko burada Tacikistan prezidenti Emomali Rahman, İrandan olan həmkarı İbrahim Rəisi ilə görüşüb. Məlumata görə, Lukaşenkonun Tacikistana səfərinin formal hissəsindən sonra Belaru

17 sentyabr 2021
.

Daha bir ölkə sərhədlərini açdı

Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy

17 sentyabr 2021
.

Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib

Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy

16 sentyabr 2021
.

Yəməndə fövqəladə vəziyyət elan edildi

Yəmənin cənubunda husilərin mümkün hücumu və ağır iqtisadi vəziyyətə qarşı kütləvi etirazlar fonunda fövqəladə vəziyyət elan edilib. -a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Ölkənin cənub administrasiyasının rəhbəri Aydarus əl-Zübeydi bildirib ki, bütün əyalətlərdə silahl

16 sentyabr 2021
.

Mənzili alovlara bürünən şəxs yanğınsöndürənləri karnizdə gözlədi – VİDEO

Mənzilində çıxan yanğından xilas olmağa çalışan kişi yanğınsöndürənləri binanın divarında quraşdırılmış karnizdə gözləyib. Yanğın Rusiyanın Anapa şəhərində baş verib. Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşıb. Son məlumatlara görə yanğın söndürülüb, zərərçəkən yoxdur

17 sentyabr 2021
.

Rusiyalı uşaq Türkiyədə VALİDEYNLƏRİNİN GÖZÜ QARŞISINDA qəfildən öldü

Valideynləri ilə Türkiyəyə tətilə gedən 4 yaşlı Rusiya vətəndaşı anidən dünyasını dəyişib. APA-ya istinadən xəbər verir ki, azyaşlı valideynlərinin yanında qəflətən özünü pis hiss edib. Həkimə müraciət etsələr də, uşağın həyatını xilas etmək mümkün olmayıb. Onun hansı səbəbdən öldüyü hələlik dəqiqləşdirilməyib

16 sentyabr 2021