"Dostum zəng vurub ki, Aslan, qaşlarını al, saçlarını rənglə" - Aslan

"Dostum zəng vurub ki, Aslan, qaşlarını al, saçlarını rənglə" - AslanARB Ulduz-un "Şou məkan" proqramının budəfəki qonağı Aslan Hüseynov olub.

Bəzən reytinq və ya gündəm xatirinə ailəsini də efirlərin bəzəyinə çevirənlərdən fərqli olaraq, Aslan Hüseynov bunun əleyhinə olduğunu söylədi.

"Öz ailələrini, həyat yoldaşlarını efirə çıxarırlar, sonra da jurnalistləri qınayırlar ki, niyə belə yazırsız? Həyat yoldaşını, uşağını, qohumunu efirə çıxartma, göstərmə, danışdırma, sonra sənə söz də gəlməsin. Mən müğənniyəm, yoxsa mənim ailəm müğənnidir?"

Övladlarından ürəkdolusu danışan müğənni onların uğurunda heç vaxt öz adından istifadə etmədiyini söylədi.

"Övladlarımın ikisi də ingilis dilli məktəbə gedirlər. Qızım iştirak etdiyi müsabiqədə birinci yerə çıxdı. İkinci yerə isə oğlum. Mənim 10 yaşlı qızım respublika üzrə rəssamlıq müsabiqəsində birinci yerin sahibi oldu. Onun çəkdiyi rəsmləri göstərsəm, inanmazsız ki, bunu 10 yaşlı uşaq çəkib.

İmkanım da çata bilər ki, övladlarımı tapşırım. Heç vaxt belə şey etmərəm. Qoy, uşaqlıqdan öyrənsin ki, əziyyət çəkməlidir və hamı eynidir. Atam yol polisinin rəis müavini olub. Heç vaxt onun adından istifadə etməmişəm. Əvvvəllər yola çıxanda deyirdilər ki, Tofiqin oğludur, indi deyirlər ki, Aslanın atasıdır".

Övladlarını, səsi olmasa belə, güclə müğənninliyə gətirən bəzi sənətçilərin yersiz israrlarından söz açan Aslan onları sərt tənqid etdi.

"Azərbaycanda belə şeylər var ki, müğənnidir, övladının səsi olmasa da, məcbur, güclə dırmaşdırırlar ki, yox ey mən oxuyanam, övladım da oxumalıdır. Yoxdur da səsi. Allah verməyib. Sənə verib də, ona məsləhət bilməyib. Qoy, uşaq öz yolunu tapsın. Nə məcburdur?"

Efir xatirinə xarici görkəmlərində müəyyən dəyişikliklər edən bəzi müğənnilərdən fərqli olaraq, Aslan buna ehtiyac duymadığını söylədi.

"Dostum zəng vurub deyir ki, Aslan, yenilik et də: qaşlarını al, saçlarını rənglə. Deyirəm, sən mənim dostumsan, düşmənimsən? O nə təklifdir mənə edirsən?! Mən illərdir səhnədəyəm, heç saç düzümümü də dəyişməmişəm. Mən qaşımı alsam, saçım sarı olsa, guya mənim mahnılarıma daha çox qulaq asacaqlar. Əskinə mənə nifrət edəcəklər. Qaşımı Allah belə məsləhət bilib".

Son olaraq bir müğənninin insanlar tərəfindən sevilib sevilməməsi məsələsinə də toxunan Aslan Hüseynov çoxlarından daha məşhur bir ifaçı olduğunu diqqətə çatdırdı.

"Məni gərək hamı sevə? Sevməyə də bilər. Allah hamının canını sağ eləsin. Məni sevməyənə pislik arzulamaram. Çünki mən də bəzilərini sevmirəm. Sevmirsən, qulaq asma, baxma.

Əslində çoxlarından superəm. Bu gün özünü meqa, dünya şöhrətli müğənni adlandıranlar çoxdur. Azərbaycandan kənarda tanısalar, bəlkə Aslanı tanıyarlar, bir də 2-3 nəfər başqa müğənnini. Məni ən azından Qazaxıstan və Qırğızıstanda tanıyırlar, yaddaşlarında qalmışam".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2387   Tarix: 19 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xalq artistinin oğlu universitetə qəbul oldu - FOTO

Xalq artisti Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub. Axşam.az-a istinadən xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:. "Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalınd

10 sentyabr 2021
.

"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi"

"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvə

9 sentyabr 2021
.

Jan-Pol Belmondo vəfat etdi

Dünya və Fransa kinosunun məşhur simalarından olan Jan-Pol Belmondo 88 yaşında vəfat edib. Bu barədə onun vəkili məlumat yayıb. Qeyd edək ki, aktyor 1933-cü ildə Fransanın Neyi-sür-Sen bölgəsində anadan olub. O, karyerası ərzində daha çox komediya və döyüş filmlərində çəkilib. Belmondo "Qızıl palm

6 sentyabr 2021
.

Oğlunu itirən İbrahim Borçalının BİR İL ÖNCƏKİ VƏ İNDİKİ GÖRÜNÜŞÜ - FOTOLAR

Tanınmış aparıcı Lalə Əlimuxtarova sosial media hesabında yeni paylaşım edib. -a istinadən xəbər verir ki, aparıcının paylaşdığı fotolarda bir il öncə oğlunu faciəvi şəkildə itirən İbrahim Borçalının görüntüləri yer alıb. Bir il ərzində çəkdiyi oğul dərdindən necə qocaldığı fotolarda görünür. Onun b

9 sentyabr 2021
.

Flora Kərimova: "Ona heç vaxt rəhmət oxumadım" - VİDEO

BAKU.TV-də yayımlanan "O Kimdir?" verilişinin növbəti qonağı Xalq artisti Flora Kərimovadır. Bağışlamağı bacarmadığını deyən Flora Kərimova mərhum Xalq artisti İlhamə Quliyeva ilə olan mübahisələrdən bəhs edib, ona ilk dəfə rəhmət diləyib. Xalq artisti söhbət zamanı həyatının ən ağır məqamlarından

14 sentyabr 2021
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16 sentyabr 2021
.

Əməkdar artist AzTV-də aparıcılıq edir

Əməkdar artist Elnur Kərimov aparıcılığa başlayıb. xəbər verir ki, aktyor AzTV-də çalışır. O, Xədicə Sənanqızı lə birlikdə "Gün başladı" proqramına aparıcılıq edir. Veriliş həftəiçi beş gün səhər saatlarından yayımlanır. Qeyd edək ki, XəSənanqəzə ötən mövsüm proqramı tək aparırdı

4 sentyabr 2021
.

Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə -a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:. "Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur

16 sentyabr 2021
.

Sənubər İsgəndərli aparıcılıq edəcək

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündür başlayıb. Yaxın günlərd

17 sentyabr 2021