Bakıda fəhlənin uçquna düşdüyü yerdə nə baş verib?

Bakıda fəhlənin uçquna düşdüyü yerdə nə baş verib?Bakıda Zığ yolu yaxınlığında torpaq sürüşməsi nəticəsində fəhlənin torpaq altında qalması ilə nəticələnən ərazidə qrunt sularının axıdılması üçün drenaj xətləri çəkilir.

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən qazıntı işləri 43 saylı binanın arxa hissəsində aparılır. Bu bina neftçilər üçün tikilib və hazırda yaşayanların əksəriyyəti bu sahədə işləyən adamlardır. Bina 2002-ci ildə əsaslı təmir edilərək istifadəyə verilib. Bir müddət öncə nazirlik həmin binada 4 blokun təhlükəli vəziyyətdə olması ilə bağlı rəy verib. 8 bloklu binada 90 mənzil var. Binanın 4,5,6 və 7-ci bloklarında yaşayan sakinlər 2017-ci ilin yanvar ayında köçürülüb. Onlara hər ay kirayə pulu da verilir.

Nazirlik tərəfindən həmin bloklarda möhkəmləndirmə üçün beton töküb və digər təmir işləri aparıb. Artıq 7 və 8-ci blokların sökülməsi plana salınıb. Çünki təmir bərpa işləri binanı yararlı vəziyyətə qaytara bilməyib. Altıncı blokda isə binanın zirzəmisinə qrunt suları yığılıb. Bu da sürüşməni aktivləşdirib. Artıq bütün bloklarda çatlar əmələ gəlib.

Uzun müddətdir FHN işçiləri zirzəmiyə nasos qoyaraq suyu binanın həyətinə vuraraq boşaldır. Təxminən 1 ay öncə isə bu qrunt sularının axıdılması üçün kollektor quraşdırılması qərarı verilib. Nazirlik tərəfindən təmir və qazıntı işləri podratçı şirkətə tapşırılıb.

Sakinlər bildirirlər ki, kollektor çəkilməsi üçün qazılan çuxur binanın özülündən daha dərin olub. Kollektor boruları təxminən 6 metr dərinlikdən keçir. Maraqlısı budur ki, binanın arxasında yerləşən həyət evlərinin sürüşməsinin qarşısını almaq üçün 2 il əvvəl beton istehkam divarları quraşdırılıb. Bu divarlar da yerə 6 metr dərinlikdə basdırılıb. Uçqun da bu divarla bina arasında baş verib.

Dünən orada qazıntı aparan fəhlələrdən biri, Əmirəhməd Bağırzadə də saat 17 radələrində 6 metrlik dərinlikdə boruları birləşdirərkən uçqun baş verib. Sinəyə kimi torpaq altında qalan fəhlənin köməyinə gələn bina sakini və polis əməkdaşı da torpaqda batıb. Onlar ətrafdakı insanların köməkliyi ilə çıxarılıb. Ardınca ikinci uçqun da baş verib, bununla da Əmirəhməd tamamilə torpaq altında qalıb. Daha sonra hadisə yerinə FHN əməkdaşları gəlib, fəhləni çıxarmağa çalışan iki əməkdaş da həyatını riskə atıb və onlar dizə qədər torpağın altında qalıblar. Daha sonra əraziyə texnika cəlb edilib və ekskovatorun köməkliyi ilə uçqun olan çuxurdan torpaq götürülərək binanın qarşısına tökülüb. Hadisə zamanı ərazidəki işlərə nəzarət edən briqadir Vahid adlı şəxs də xəsarət alıb. Axşam saat 22 radələrində fəhlə torpaq altınan çıxarılıb, 5 saatlıq ölüm təhlükəsindən sonra Sabunçu rayon xəstəxanasına yerləşdirilib, hazırda həyati təhlükəsi yoxdur.

Sakinlər bildiriblər ki, təxminən 2 il öncə bu gün hadisə baş verən binanın yaxınlığında yerləşən başqa bir bina da qəzalı vəziyyətdə olub. Həmin vaxt sakinlər köçürülüb, bina əsaslı təmir edildikdən sonra vətəndaşlar öz evlərinə qaytarılıb. Lakin 6 aydan sonra binanın uçma təhlükəsinin aradan qalxmadığını görən rəsmilər həmin vətəndaşlar üçün yeni bina inşa edib və sakinlər yeni binaya köçürülüb. Qəzalı olan bina isə sökülüb. Bu bina ilə bağlı isə hansı qərarın veriləcəyi FHN-in rəyindən sonra bəlli olacaq. Hazırda isə təmir və qazıntı işləri dayandırılıb./qafqazinfo


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2748   Tarix: 19 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021