Regionlarda zona müşavirələri keçirilib

Noyabr ayının 15-18 tarixlərində Sumqayıt, Şirvan, Yevlax və Qəbələ şəhərlərində ölkəmizin şəhər və rayonlarını əhatə edən ərazi vergi departament və idarələrinin rəhbər vəzifəli şəxslərin iştirakı ilə dövlət vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması vəziyyəti, ərazi vergi orqanları üzrə müəyyən olunmuş vergi proqnozlarının icrasının təmin olunması, eləcə də cari ilin 10 ayı ərzində görülmüş işlər və 2018-ci ildə ərazi vergi orqanlarının qarşısında duran vəzifələrə həsr olunmuş zona müşavirələri keçirilib.
Zona müşavirələrində çıxış edən vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov 2017-ci ilin yanvar-oktyabr ayları ərzində ərazi vergi orqanları üzrə proqnoz tapşırıqlarına ümumilikdə 109,1 faiz əməl olunduğu, proqnoz tapşırıqlarının bütün şəhər və rayonlar üzrə icra edildiyi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafının davamlı olaraq təmin edilməsi nəticəsində iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edən və 1999-cu ildən etibarən kənd təsərrüfatının torpaq vergisi istisna olmaqla, bütün vergilərdən tamamilə azad olunmasına baxmayaraq, son 10 il ərzində ərazi vergi orqanları üzrə vergi daxilolmalarının 7 dəfəyədək artaraq 86,6 milyon manatdan 600,8 milyon manata çatdırıldığını bildirib.
"Dövlət vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması vəziyyəti, vergi orqanları üçün müəyyən olunmuş proqnozların icrasının təmin olunması və vergi inzibatçılığına dair bəzi məsələlər haqqında" Vergilər Nazirliyinin Kollegiya Qərarı ilə cari ilin son iki ayında və 2018-ci ildə vətəndaş müraciətlərinə baxılması və dövlət vergi orqanları üzrə müəyyən edilmiş proqnoz tapşırıqlarının icrasının təmin edilməsi ilə bağlı verilmiş göstərişlərin mahiyyəti müşavirə iştirakçılarının nəzərinə çatdırılıb. Sonra Vergilər Nazirliyinin hər bir ərazi vergi orqanının fəaliyyətinin əsas istiqamətləri üzrə aparılmış konkret təhlillərin nəticələri, aşkar edilmiş nöqsanlar və onların aradan qaldırılması yolları barədə məruzələr müşavirə iştirakçılarına təqdim olunub.
Zona müşavirələrində hesabatla çıxış edən ərazi vergi orqanlarının rəhbərləri və digər vəzifəli şəxsləri fəaliyyətində yol verdikləri nöqsan və müəyyən olunmuş vəzifələrin icrasının təmin olunması üçün görülən tədbirlər barədə məlumat veriblər.
Müzakirələrdə vətəndaş müraciətlərinə baxılması zamanı vergi ödəyicilərinin məmnunluq səviyyəsinin yüksəldilməsinin zəruriliyi, vergi ödəyiciləri tərəfindən vergilərin könüllü surətdə ödənilməsinə keçidin sürətləndirilməsi, səyyar, xüsusilə kameral vergi yoxlamalarının, eləcə də operativ vergi nəzarəti tədbirlərinin sayının azaldılması, aparılan yoxlama və nəzarət tədbirlərinin səmərəliliyinin artırılması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, vergi orqanlarının müxtəlif strukturları arasında koordinasiyanın daha səmərəli təşkili, vergi borclarının alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin effektivliyinin artırılması, vergi orqanlarında vergi borclarının alınmasına cavabdeh olan strukturların, habelə vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələri və şöbələrinin fəaliyyətində korrektələr edilməsinin, şəxsi heyətlə aparılan işlərin gücləndirilməsinin zəruriliyi xüsusi olaraq vurğulanıb. Vergi uçotunun dəqiqləşdirilməsi və şəffaflaşdırılması istiqamətində aparılan işlər zamanı ortaya çıxan çətinliklər, vergi ödəyicilərinin bəzi kateqoriyaları, xüsusilə idxal və ixracla məşğul olan vergi ödəyicilərinin dövlət tərəfindən müəyyən olunmuş vergiləri dövlət büdcəsinə vaxtında və tam həcmdə ödəmələrini təmin etməklə bağlı məsələlər ətraflı müzakirə olunub.
Yevlax şəhərində keçirilən tədbir çərçivəsində kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan vergi ödəyiciləri ilə ayrıca görüş keçirilib. Görüşdə kənd təsərrüfatı məhsullarının ixracının stimullaşdırılması üçün dövlət tərəfindən görülən tədbirlər barədə məlumat verən S.Ələkbərov bildirib ki, bu ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının və onların digər ölkələrə ixracının artmasına ciddi təkan verib. Bununla yanaşı, belə vergi ödəyiciləri arasında ciddi vergidən yayınma hallarının olduğu qeyd edilərək, bunun səbəbləri təhlil olunub, vergi ödəyicilərinin qaldırdığı məsələlər və verdikləri təkliflər dinlənilib. Xüsusi olaraq vurğulanıb ki, bir sıra hallarda bəzi işbazlar vergidən yayınmaq və buna görə heç bir məsuliyyət daşımamaq məqsədilə kənd təsərrüfatı məhsullarının ixracı prosesinə bu işə səriştəsi olmayan insanları cəlb edir, onların əli ilə vergi qanunvericiliyini kobud surətdə pozaraq vergidən yayınmağa cəhd göstərirlər. Vergi orqanları tərəfindən belə faktlar aşkarlandıqda isə məlum olur ki, müvafiq sənədləri imzalamış və qanun qarşısında cavabdehlik daşıyan şəxslər əslində bütün işlərdən xəbərsizdirlər və onlara cüzi vəsait ödənilməklə külli miqdarda vergilərdən yayınma hallarına görə məsuliyyət belə şəxslərin üzərinə atılıb.
Bu kimi hallarla qarşılaşmamaq üçün görüş iştirakçılarına konkret tövsiyyələr verilib, öz fəaliyyətlərini şəffaf və qanun çərçivəsində qurmalarının zəruriliyi onlara bir daha izah edilib.
Zona müşavirələrinin keçirildiyi şəhərlərdə nazir müavini S.Ələkbərov tərəfindən Azərbaycan Respublikasının Prezidentinə və birinci Birinci Vitse-Prezidentinə müraciət ünvanlamış vətəndaşların qəbulları keçirilib, həmin vergi ödəyicilərinin qaldırdığı məsələlərin həlli üçün konkret tədbirlər görülüb.
Regionlarda zona müşavirələri keçirilibRegionlarda zona müşavirələri keçirilibRegionlarda zona müşavirələri keçirilibRegionlarda zona müşavirələri keçirilib


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 544   Tarix: 20 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Məhkəmədən maraqlı QƏRAR: İçkili vəziyyətdə keçmiş sevgilisinin yanına gedə bilməz

Türkiyədə İstanbulda ailə məhkəməsindən maraqlı qərar gəlib. türk mediasına istinadən xəbər verir ki, münasibətlərində problem olan iki sevgili birlikdə spirtli içki qəbul edərkən mübahisə edib. Getmək istəyən qadına hədə-qorxu ediləndə o qızına zəng edib və polislər tərəfindən xilas edilib. Məhkəmədə

17 aprel
.

Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların ödənilməsinin yubanması iddiaları ilə bağlı açıqlama yayıb. Qafqazinfo-ya istinadən xəbər verir ki, fondun mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarını

18 aprel
.

Aytən Səfərovanın aparıcısı olduğu verilişdə açıqlama: "Səhhətində ciddi problemlər yaranıb" - VİDEO

Aytən Səfərovanın aparıcısı olduğu "Xəbər ertəsi" verilişində ilk dəfə onun qəzaya düşməsi ilə bağlı açıqlama verilib. xəbər verir ki, bu barədə Səfərova ilə verilişi təqdim edən həmkarı Mehman Rəsulov danışıb. O baş verən hadisənin "Xəzər tv" kollektivini və onu çox üzdüyünü qey

18 aprel
.

Bu şəxsləri böyük cərimələr gözləyir: "30 min manat verib obyekt işlədirəm..." - VİDEO

Şəhərin mərkəzi hissələrində parklanma yerləri salınsa da, ətraf ərazilərdə bu problem hələ də qalmaqdadır. Xüsusən iri bazarların ətrafında yerli-yersiz parklanmalar səbəbindən nə maşınlar keçə bilir, nə də piyadalar. Vəziyyəti qəlizləşdirən məsələ obyektlərin qarşısındakı ərazilərin dolmasıdır. 8 k

18 aprel
.

"Geely"nin Azərbaycandakı rəsmi distribütoruna cərimə yazıldı

"Rich motors" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdə

18 aprel
.

"Makronun Azərbaycanın Ermənistana hücum edə biləcəyinə dair səsləndirdiyi ittihamlar böyük bir qərəzdir" - DEPUTAT

"Fransa ilə Azərbaycan arasında münasibətlər bir müddətdir, gərginləşib. Təbii ki, buna əsaslı səbəblər var. İlk növbədə Fransa Ermənistanın müttəfiqidir və bu ölkədə böyük erməni icması yaşayır bu icmada dövlətin Azərbaycan- Ermənistan münasibətlərindəki mövqeyinə təsir edir". Bunu -a danışa

18 aprel
.

Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır. Bu barədə "Qafqazinfo"ya onun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil deyib ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əld

18 aprel
.

"Victory Construction Group" MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə

Hacıqabul Rayon İcra Hakimiyyəti (RİH) ilə tenderlərinin qalibi olan "Victory Construction Group" şirkəti arasında qalmaqal yaranıb. İqtisadiyyat.az xəbər verir ki, RİH öhdəlikləri yerinə yetirmədiyinə görə şirkətə qarşı məhkəmədə iddia qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklə

18 aprel
.

Rövşən Cəfərovun qızı vəfat etdi - FOTO

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. axşam.az-a istinadən xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı.Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzu

18 aprel