"Adım Salehdir, dostlarım mənə Banu deyir"
Fahişəliklə məşğul olan transseksuallar – "Pərvanə" ləqəbli 27 yaşlı Nurlan Hacımayılzadə, "Aygün" ləqəbli, 21 yaşlı Adəm Lətifov, "Hülya" ləqəbli, 20 yaşlı Saleh Sadıxov və "Banu" ləqəbli, 20 yaşlı Taleh Mirzəyev, barələrində olan hökmdən apellyasiya şikayəti verib.
Sonxeber.az-ın Lent.az-a istinadən xəbərinə görə, ittihamda yazılıb ki, qrup üzvləri "KamAZ" sürücüsünü döyüblər. Onlar cinayəti öncədən planlaşdıraraq, Qaradağ rayonundan Gədəbəyə daş aparan yük maşını sürücüsü Taryel Məmmədovu döyərək cibindən pulunu götürüblər.
"Aygün" ləqəbli Adəm Lətifov əvvəllər xuliqanlığa görə 1 il islah işləri ilə cərimələnib. O deyib ki, daima yol kənarında dayanıb, yük maşını sürücüləri ilə əlaqədə olub: "Bunun müqabilində 10-15 manat pul qazanmışam. Hadisədən əvvəl bir həftə idi, müştəri yox idi, pulumuz da qurtarmışdı. Məsləhətləşib, belə bir iş görmək qərarına gəldik. Elə 10 dəqiqə sonra "KamAz" dayandı, sürücü düşüb ayaqyoluna getdi. Mən də yaxınlaşıb iradımı bildirdim, məni söydü. Əsəbləşib qarnından təpiklə vurdum, yerə yıxıldı. "Banu" gəlib onun cibindən pulunu götürdü. Sürücü durub üstümüzə gəlirdi, "Pərvanə" ilə "Hülya"ya dedim ki, ona daş atın. Daşlar avtomaşına dəydi, sürücü qorxub geri qayıtdı. Biz də taksiyə oturub şəhərə gəldik. Pul 400 manat idi, aramızda böldük. Xocasən yolunda müştəri gözləməyə başladıq".
"Pərvanə" ləqəbli, 27 yaşlı Nurlan Hacımayılzadə də oxşar ifadə verib: "Adım Nurlandır, amma dostlarım mənə "Pərvanə" deyir. Avtobus sürücüsünün pulunu almışıq".
"Pərvanə" qeyd edib ki, narkotiklə də həbs edilib: "Bundan əvvəl "Papanin"də tanımadığım adamdan 40 manata 2 kibrit qutusu marixuana aldım, səhəri gün polis gəlib məni tutdu".
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Hacımayılzadə 6 il, A.Lətifov 5 il 3 ay, S.Sadıxov 5 il, T.Mirzəyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxslər hökmdən apellyasiya şikayəti verib. Prosesin ilkin baxış iclası noyabrın 23-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun sədrliyi ilə keçiriləcək.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 7221 Tarix: 20 noyabr 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşQubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır. Bu barədə "Qafqazinfo"ya onun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil deyib ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əld
18 aprelXoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
"Yaxşı gününüzdə qohum-əqrəbanı xatırlayın, çevrənizdəkilərə yardım edin. Vəzifəyə, işə-gücə, sahib olduqlarınıza güvənməyin". "Olay" bildirir ki, bu sözləri "Səni axtarıram" verilişində Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, həmçinin ötən gün vəfat edən sabi
18 aprelAğır qəzaya düşən Aytən Səfərovanın son VƏZİYYƏTİ
Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir. Bu barədə -a TƏBİB-dən bildirilib. Qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyə şöbəsinə yerləşdirilən A.Səfərovanın vəziyyəti orta ağır, stabi
18 aprelRəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Müğənni Rəqsanə İsmayılova Azərbaycandakı mülklərinə həbs qoyulub. Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib. Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib
18 aprelMarketdən 8 min manatlıq spirtli içki oğurlandı - ANBAAN VİDEO
Bakının Səbail rayonu ərazisində yerləşən marketlərin birindən müxtəlif vaxtlarda 800 manat dəyərində spirtli içki oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib. Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərl
18 aprel"Azərbaycanın div insanı"nın güc nümayişi - VİDEO
Azərbaycanlı pəhləvan Elmin Mehdiyev "AStar" layihəsinə qonaq olub. xəbər verir ki, 145 kiloqram çəkisi olan Elmin "Azərbaycanın div insanı" kimi təqdim edilib. O ağır tonnajlı yük maşınlarını çəkmə qabiliyyətinə malikdir. Bundan başqa bir neçə armaturu birlikdə əyir və üst-üstə qoyula
18 aprelBakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
Bakı şəhəri Xətai rayonu ərazisində azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəl
18 aprel