"Oskar"a namizəd olan və qadağan edilmiş həyat hekayəsi – FOTOLAR

"Oskar"a namizəd olan və qadağan edilmiş həyat hekayəsi – FOTOLAR1950-ci illərdə Koreya müharibəsinə həsr olunan "Ayla" filmi son günlərin ən çox müzakirə olunan filmidir. Rejissorluğunu Can Ulkayın etdiyi, prodüserliyini Mustafa Uslunun boynuna götürdüyü, musiqilərinə Fahir Atakoğlunun imza atdığı ekran işində tanınmış aktyorlar rol alıb.

Onlar arasında İsmail Hacıoğlu, Kim Seol, Çetin Tekindor, Lee Kyong-Jin, Ali Atay, Murat Yıldırım, Taner Birsel, Altan Erkekli, Meral Çetinkaya, Damla Sönmez, Büşra dəvəli, Erkan Petekkaya, Sinem Uslu, Eric Roberts, Cade Carredine, Kim Byoungsoon, Johnny Young, Mehmet Esen, Caner Kurtaran, Burç Kümbetlioğlu, Duygu Yetiş, Ali Barkın, Nilgün Kasapbaşoğlu, Mine Teber, Esra Dermancıoğlu, Toyga Avanoğlu, İlber Gürtunca kimi bir-birindən qiymətli 32 yerli və xarici ulduzlar var. Qəhrəmanlarının hələ həyatda olduğu, gerçək həyatdan götürülən "Ayla" filmi zamansız, məkansız, dil-din və irq tanımadan sevginin insanları birləşdirdiyinin bariz sübutudur.

"Ayla" – Türk əsgərlə 5 yaşlı qızın hekayəsi

Ekran işi türk əsgərlərindən biri olan Astsubay Süleyman ilə ailəsi öldürülən koreyalı kiçik qızın sevgi və ümidlə bəslənən, gerçək hekayəsindən bəhs edir. Belə ki, Süleyman 1950-ci ildə Koreya müharibəsinə könüllü gedib. O, müharibə zamanı meşədə ata-anası öldürülən Kimi tapır. Uşaq ay üzlü olduğu üçün ona Ayla adını qoyur. 1il 6ay ərzində ona atalıq edir. Müharibə bitdikdən sonra onlar ayrılmaq məcburiyyətində qalır. Süleyman qızı Türkiyəyə aparmaq üçün yollar axtarsa da, sonda onu uşaq evinə verməli olur. Yalnız 60 il sonra Ayla və Süleyman təkrar bir araya gəlirlər.

Filmin namizədliyi nə zaman açıqlanacaq?

Filmin mükafat üçün yarışmağa layiq olub-olmaması yanvarın 23-ü açıqlanacaq.

"Ayla" 1 ayda nə qədər izlənib?

Film 2 noyabrda Türkiyə kino tarixində son 16 ilin ən yüksək kassa gəlirini əldə edərək statistikaya adını həkk etdirib. "Xarici dildə ən yaxşı film" üçün "Oskar" mükafatına namizəd göstərilən film 3 gün ərzində 300 min tamaşaçı tərəfindən izlənib və 4.091.182.00 lirə hasilat əldə etib. 1 ay ərzində isə 2 milyon tamaşaçı 3 milyon lirə qazanc gətirib.

Artıq iki mükafatı var

"Ayla" Cənubi Afrikada keçirilən Cape Town Beynəlxalq Film Festivalında "Ən Yaxşı Quruluşçu Rejissor" mükafatının sahibi olub. Daha sonra "Ayla" açılış filmi kimi yer aldığı Beynəlxalq Asiya Film Festivalında tamaşaçıların "Ən Yaxşı Film"i seçilib.

"Ayla"ya Cənubi Koreyada qadağa

Türkiyənin 90-cı Oskar mükafatına namizəd filmi "Ayla"nın Cənubi Koreyada yayımlanmayacaq. Belə ki, filmin yaradıcı heyətinə bildirilib ki, kinoteatrlar 1 illik doludur və ekran işi yayımlanan bilməz.

Film Bakıda da nümayiş olunacaq

Nizami Kinoteatrının kino işləri üzrə direktor müavini Arzu Əhədova mətbuata açıqlamasında bildirib ki, ekran işi noyabrın sonu, dekabrın əvvəlində paytaxtda nümayiş ediləcək.
"Oskar"a namizəd olan və qadağan edilmiş həyat hekayəsi – FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 1930   Tarix: 22 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaqub Zurufçunun SON DURUMU - Həyat yoldaşı DANIŞDI

"Yaqub Zurufçunun vəziyyəti stabil ağırdır". xəbər verir ki, bu sözləri Əməkdar artistinin həyat yoldaşı Aynur Zurufçu deyib. O, Yaqub Zurufçunun səhhətində hələ ki, bir dəyişikliyin olmadığını bildirib:. "Daim həkim nəzarətindədir, səhhəti stabil ağır olaraq qalsa da, həkimlər tərəfində

12 sentyabr 2021
.

Azərbaycanlı musiqiçi dənizdə boğuldu

Azərbaycanlı gənc musiqiçi Məmmədbağır Misiroğlu dünyasını dəyişib. Axşam.az xəbər verir ki, klarnet ifaçısı dənizdə batıb. Bu haqda sənət adamları məlumat yayıb. Bildirilib ki, Məmmədbağır ötən gün vəfat edib. Qeyd edək ki, Məmmədbağır bir çox müğənninin ansamblında çalışıb

2 sentyabr 2021
.

Murad Dadaşov inanılmaz dərəcədə ARIQLADI - FOTO

Xalq artisti. Xəzər TV-nin prezidenti Murad Dadaşovdan xəbər var. -a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Murad Dadaşovun yeni fotosu yayılıb. Fotodan Muradın inanılmaz dərəcədə arıqlaması diqqət çəkib. lakin izləyiciləri onun əvvəlki görünüşün daha çox yaraşdığını qeyd edib. Həmin fotonu təqdi

7 sentyabr 2021
.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021
.

"Zita və Gita"nın aktrisası 72 yaşında - FOTO

Sosial şəbəkələrdə məşhur "Zita və Gita" filminin aktrisası Hema Malinin fotoları yayılıb. xəbər verir ki, hazırda 72 yaşı olan Hemanın son halı müzakirələrə səbəb olub. İstifadəçilər, illər keçsə də Zitanın çox yaşlı görünmdəyini bildiriblər. Aktrisa 1972-ci ildə Rameş Sippinin ekranlaşdırdığ

17 sentyabr 2021
.

"Sirtaki"nin müəllifi olan bəstəkar öldü

Tanınmış yunan bəstəkarı Mikis Teodorakis 96 yaşında vəfat edib. O, rejissor Mixalis Kakoyanisin 1960-cı illərdə ekranlara çıxan "Aleksis Zorbas" filmində nümayiş olunan "Sirtaki" rəqsinə yazılmış musiqinin müəllifi kimi məşhurlaşıb. Bəstəkar həmçinin simfoniya, balet, opera və çoxsayd

3 sentyabr 2021
.

Xalq artistinin oğlu universitetə qəbul oldu - FOTO

Xalq artisti Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub. Axşam.az-a istinadən xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:. "Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalınd

10 sentyabr 2021
.

Meyxanaçılar arasında qalmaqal - "Tək onu bilirəm ki, biri vurub, digəri də ölüb"

Mərhum meyxanaçı Məşədibaba Aydəmirovun oğlu Mircəlalın mətbuata son müsahibəsi gündəmə bomba kimi düşüb. O, atasının həmkarı Elçini öldürməsi ilə bağlı bir sıra faktları açıqlayıb. -a istinadən xəbər verir ki, Mircəlal deyib ki, atası Elçini öldürmək üçün deyil, qorxutmaq məqsədilə vurub. Hətta türməd

11 sentyabr 2021
.

Türkan Vəlizadəyə AĞIR İTKİ: "Korona çıxaranın Allah bəlasını versin"

Tanınmış müğənni Türkan Vəlizadənin babası rəhmətə gedib. xəbər verir ki, müğənni babasının "OVID-19"-dan rəhmətə getdiyini bildirib. "Baba Allah sənə rəhmət eləsin. Allah korona çıxaranın bəlasını versin. Sağlam kişi getdi, canımız yandı"

5 sentyabr 2021