Mərhum nazirimizin oğlu atasının məzarı başında - FOTO
Bu gün mərhum energetika naziri Natiq Əliyevin doğum günüdür.
Beynəlxalq Şərq Neft Akademiyasının akademiki, iqtisad elmləri doktoru, Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü seçilən, Neft sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası "Şöhrət" ordeni, Azərbaycan Respublikasının "Əməkdar mühəndisi" fəxri adı, Gürcüstanın "Şərəf" ordeni, Fransanın "Milli Fəxri Legion" ordeni, Polşanın "Böyük Komandor Xaçı" Ordeni, Beynəlxalq Akademiyaların orden və medalları ilə təltif olunan mərhum nazirimizin məzarını ailə üzvləri başda olmaqla ölkə ziyalıları, elm xadimləri, yerli məşhurlar ziyarət edib.
Aparıcı Hacı Nuran N.Əliyevin oğlu Fərhad Əliyevlə foto paylaşaraq kədərini belə ifadə edib:
"Onun 70 yaşı tamam ola bilərdi. Natiq müəllimin karyera tarixçəsinə nəzər salsaq, görərik ki, o, yüksək vəzifəyə böyük zəhmətkeşliklə, alnının təri ilə yetişmişdi. Onun elmi və ictimai fəaliyyəti isə xüsusilə dəyərlidir. 100-dən artıq elmi işi, məqaləsi, kitabı dərc edilib. Onun gördüyü işlər haqda çox danışmaq olar. Lakin vurğulamaq istədiyim önəmli bir məqam, Natiq müəllimin yüksək insani keyfiyyətləridir. Onu tanıyanlar mənimlə razılaşarlar ki, çox insanpərvər və mərd insan olub. ALllah rəhmət eləsin. İnsan haqda xoş xatirələr varsa, demək, o ölməyib. Natiq müəllim ona dəyər verənlərin qəlbində əbədi yaşayacaq".
Xatırladaq ki, İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan "Florence Nightingale" xəstəxanasında müalicə olunan mərhum nazir Natiq Əliyev bu il, iyun ayının 8-də dünyasını dəyişib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş