"Binə" dəki cinayətlə bağlı məhkəmə işi başa çatdı

"Binə" dəki cinayətlə bağlı məhkəmə işi başa çatdıBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən 1969-cu il təvəllüdlü Məzahir Süleymanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Sonxeber.az report-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Süleymanov cinayət məsuliyyətinə cəlb olma müddəti başa çatdığı üçün o, azadlığa buraxılıb.

Qeyd edək ki, ittiham aktına əsasən, M.Süleymanovun da üzvü olduğu dəstə 1999-cu ildə Bakı şəhər sakini T.Hüseynovun oğurlanmasını və ailə üzvlərindən külli miqdarda pul tələb edilməsi planını hazırlayıb. Planı quran dəstənin əsas üzvləri həmin zaman həbsdə olublar.

Dəstənin əsas üzvləri - Balaqardaş Dadaşov, Füzuli Yəhyayev, Mübariz Azayev, Sərdar Əsədullayev başqa şəxsləri də cəlb edərək sabit silahlı qrup təşkil ediblər. Ülfət Xuduyevin təşkilatçılığı ilə Müslüm Yəhyayev, İlham Almasov, Yaşar Cəfərov, Abil Qasımov, Tanrıverdi Süleymanov, Vidadi Qasımov, Nizami Qasımov, Elyar Həsənov və Elxan Məmmədov da dəstəyə əlavə üzvlər kimi daxil olublar.
Cinayət işində qeyd edilib ki, Məmmədmirzə Hüseynovun qardaşı T.Hüseynovun idarə etdiyi maşının hərəkət marşurutu V.Qasımov, Y.Cəfərov və T.Süleymanov tərəfindən mütəmadi olaraq izlənilib. Daha sonra dəstənin 4 nəfər üzvü 6 dekabr 1999-ci ildə saat 23 radələrində pusqu qurublar. Dəstə üzvləri "VAZ- 2107" markalı maşında T.Hüseynovun hərəkət edəcəyi yolda gözləyiblər. T.Süleymanov "VAZ- 2107"-də olan Y.Cəfərova zəng edərək, T.Hüseynovun "Mercedes 230" markalı maşını ilə gəldiyini xəbər verib. Binə qəsəbəsi Xəqani küçəsinin girəcəyində T.Hüseynovun evinin yaxınlığında maşınının qarşısı kəsilib.

Dəstə üzvləri T.Hüseynovun maşınını əhatəyə alıb. Y.Cəfərov əlində olan tapançanı onun başına dayayıb və maşının arxa oturacağına keçməsini tələb edib. Bu zaman T.Hüseynovun başına küt alətlərlə zərbələr endirilib. Yaranmış dava zamanı T.Hüseynov bir neçə bıçaq zərbəsi də alıb. T.Hüseynovun əllərini və ayaqlarını bağlayan dəstə üzvləri onu öz maşınının arxa oturacağına yerləşdiriblər.

Daha sonra T.Hüseynovu Vidadi və Nizami Qasımov qardaşlarının yaşadığı Keşlə qəsəbindəki evə gətiriblər. 13 gün müddətində bu ünvanda saxlanılan T.Hüseynovun səhhəti ilə maraqlanmaq üçün cərrah işləyən Sahib Hüseynov da həmin ünvana gətirilib. Ona tibbi yardım göstərilib. M.Süleymanov və dəstənin digər üzvləri qeyd edilən ünvanda oğurlanan T.Hüseynovun keşiyini çəkiblər. Bu günlər ərzində də T.Hüseynov dəstə üzvləri tərəfindən döyülüb. T.Hüseynov oğurlanan zaman üzərində olan qol saatı, nağd pulu və telefonu da dəstə üzvləri tərəfindən ələ keçirilib.
Oğurlanan T.Hüseynovun qardaşı Məmmədmirzə Hüseynovla telefon danışıqlarını dəstənin digər üzvü Elyar Həsənov aparıb. E.Həsənov M.Hüseynovdan qardaşının sağ qalması və sərbəst buraxılması üçün 1 milyon 500 min dollar pul tələb edib.

Həmiçinin dəstə üzvlərindən biri də oğurlanan şəxsin yaxın qohumu olub. İstintaqla müəyyən edilib ki, dəstə üzvlərindən Sərdar Əsədullayev oğurlanan şəxsin qohumudur və o, ailədki məlumatları üzvü olduğu dəstəyə çatdırırmış. Amma dəstə üzvləri niyyətlərinə çata bilməyib və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilə əməliyyt zamanı həbs ediliblər.
Həmin dövrdə təqsirləndirilən M.Süleymanov istintaqdan yayınıb və ölkə xaricinə qaçıb. On səkkiz ildən sonra isə o, həbs edilib. Digər şəxslər isə məhkəmənin hökmü ilə bir neçə il müddətinə azadlıqdan məhrum edilib. Hazırda həmin şəxslər həbs cəzalarını başa vurublar.
Xatırladaq ki, dəstə başçılarından biri olan kriminal aləmdə "Nardaranlı Bala" ləqəbi ilə tanınan Balaqardaş Dadaşovdur. Qardaşı oğurlanan M.Hüseynov isə o zaman "Binə" yarmarkasının sahiblərindən biri olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1509   Tarix: 23 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28 mart
.

Şeksprin gizli bacısı məlum oldu - ARAŞDIRMA

Ədəbiyyat tarixində iz qoymuş XVI əsr ingilis şairi Uilyam Şekspirin naməlum qardaşının olduğu üzə çıxıb. xarici mənbəyə istinadən xəbər verir ki, İngiltərənin Bristol Universitetində aparılan tədqiqatın nəticələri dərc olunub. Şekspirin atası tərəfindən yazıldığı düşünülən və uzun müddətdir itən sənədi

29 mart
.

Tufan Axundov vəfat etdi

Tufan Axundov vəfat etdi. AMEA-nın Arxeologiya və Antrologiya İnstitutunun professoru, arxeoloq Tufan İshaq oğlu Axundov dünyasını dəyişib. Qaynarinfo-nun məlumatına görə, o, 76 yaşında vəfat edib. Qeyd edək ki, mərhum 1948-ci ildə Bakı şəhərində anadan olub. T. Axundov öz qazıntıları və tədqiqatlar

29 mart
.

Hacı Surxay Məmmədli: "Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir" - VİDEO

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, martın 29-dan 30-na keçən gecəyə təsadüf edir. Qədr gecəsi Ramazan ayının ən özəl günlərindən biridir. İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, Qədr gecəs

29 mart
.

Lotoreya oynadı, milyardlıq CEK-POT uddu

ABŞ-nin Nyu-Cersi sakini Mega Millions lotereya oyununda 1,13 milyard dollarlıq cekpot qazanıb. xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb. Bu, ABŞ tarixində beşinci ən böyük lotereya uduşudur. Ölkə üzrə 13 nəfərin hər biri 1 milyon dollar mükafat alıb. Daha bir bilet Nyu Yorkda 2 milyo

28 mart
.

Qərbi azərbaycanlılar ümidlə o günü gözləyirlər: həsrətə nə vaxt son qoyulacaq? - VİDEO

Göyçə mahalının Basarkeçər rayonunun 37 kəndindən biri olan Qaraqoyunlu kəndi. 1988-ci ildə ardı-arası kəsilməyən daşnak terror qrupları təzyiqlərə məruz qalan kəndin əhalisi Azərbaycanın yaratdığı reallıq sayəsində ömürlərinin qalanını öz yurdlarında firavan yaşayacaqlarına əmindirlər. xəbər verir ki

29 mart
.

Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ

Nobel mükafatı laureatı professor Məhəmməd Yunus Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun müşaviri təyin edilib. Bu barədə universitetin rektoru Ədalət Muradov məlumat verib. O qeyd edib ki, Məhəmməd Yunus özü ona müraciət edib:. "Müraciətində professor Məhəmməd Yunus UNEC rektorunu

29 mart
.

VAZ divara çırpıldı: Xəsarət alanlar var

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. Sürücü Əli Qulu oğlu Quliyev VAZ-2106 markalı avtomobilə idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi divara çırpılıb. Nəticədə sərnişinlər Fuad Əlişa

29 mart
.

MİDA-nın vəzifəli şəxsi vəfat edib

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki "MİDA" MMC-nin əməkdaşı vəfat edib. xəbər verir ki, bu, MİDA-nın Texniki nəzarət şöbəsinin müdiri Aydın Fətullayevdir

29 mart