Gələn ildən Azərbaycanda evlərin qiyməti bahalaşacaq? - CAVAB

Gələn ildən Azərbaycanda evlərin qiyməti bahalaşacaq? - CAVABNüsrət İbrahimov: "Tikinti materiallarını istehsal edən müəssisələr çətin vəziyyətini yaşayır"

"Valyuta bazarındakı qeyri-müəyyənlik daşınmaz əmlak bazarında alıq-satqı əməliyyatlarına birbaşa mənfi təsiri göstərib. 2015-ci il ilin fevral ayında baş verən birinci devalvasiya fevral ayının sonu və mart ayında əmlak bazarında aktivlik yaratmışdısa, sonrakı aylarda bazar tam aktivliyini itirib. Həmin ilin dekabr ayında baş verən ikinci devalvasiya isə bazara ölümcül zərbə vurub. 2016-cı ilin sonu və 2017-ci ilin əvvəllərində, eləcə də bu ilin sentyabr və oktyabr aylarında bazarda nisbətən aktivlik müşahidə olundu. Desəm ki, hazırda bazarda 2014-ci ilin 3-cü rübünə kimi olan aktivlik bərpa olunub yalan olar. Noyabr ayından isə bazar əvvəlki vəziyyətinə qayıdıb. Sadəcə mövsümü aylarda aktivlik müşahidə olunub".
Bunu daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, eyni vəziyyət kirayə bazarında da müşahidə olunub: "Kirayə bazarı da devalvasiya nəticəsində daha çox zərbə alan bazarlardan biri olub. Bilirsiniz ki kirayə bazarında aktivlik və qiymət kirayə götürənlərin ödəmə qabiliyyəti ilə birbaşa bağlıdır. Əlbəttə kirayə götürən gəlirlərində itkilərə məruz qalıbsa, o kirayə öhdəliyini icra etməkdə çətinlik çəkir. Bax bu baxımdan kirayə bazarında aktivlik 2015-2016-cı illərdə aşağı düşüb. Yalnız bu ilin avqust-sentyabr-oktyabr aylarında bazarda aktivlik müşahidə edildi. Və bu dövrdə kirayə bazarında 14 faiz qiymət artımı olub. Oktyabr ayının sonundan qiymətlər enməyə meyillidir".

Tikinti materiallarının qiymətlərinin monitorinqini də aparan Nüsrət İbrahimov bildirib ki, bu sahədə vəziyyət tikinti sektorundan asılıdır: "Tikinti sahəsində canlanma olanda tikinti bazarında da aktivlik müşahidə olunur. 2015-2016-cı illərdə tikinti sektorundakı passivlik tikinti materialları bazarına da mənfi təsiri göstərib. Tikinti materialları bazarında daxili məhsulların qiymətində artım müşahidə olunmayıb. İdxal olunan məhsullarda isə qiymət artımı olub. Amma bu artım manatın dəyərinin itirdiyi qədər olmayıb, az artım olub.
2017-ci ildən pilot layihələr işə düşdü. Ölkədə, xüsusən paytaxtda tikintinin həcmində artım müşahidə olundu. Bu da öz növbəsində tikinti materialları bazarına öz təsirini göstərdi. Amma təəssüf ki, ölkədə, xüsusən regionlarda tikinti materiallarını istehsal edən, o cümlədən tikinti kərpici və daşı, sement istehsal edən müəssisələr bu gün hələ ki çətin vəziyyətini yaşayır. İstehsalın həcmində iki dəfə yaxın azalma müşahidə edilir".

Nüsrət İbrahimov bildirib ki, dekabr ayında daşınmaz əmlak bazarında qiymət artımı müşahidə olunacaq: "Çünki adətən yeni il ərəfəsində daşınmaz əmlak bazarında canlanma olur. Bu da qiymətlərin artmasına az da olsa öz təsirini göstərir.

Hesab edirəm ki 2018-ci ildə bu ilə nisbətən əmlak bazarında aktivlik müşahidə olunacaq. Çünki artıq insanlar bu il mövcud duruma alışıblar. İş adamları da mövcud durumdan çıxış yollarını axtarırlar. Hansılar ki çıxış yolunu tapıb onlar biznesini genişləndirmək istiqamətində hərkətdədirlər. Ona görə də 2018-ci ildə bazarda aktivlik 8-10 faiz artacaq, qiymətlər isə 6-8 faiz artacaq. Tikinti seqmentində canlanma iqtisadiyyatın digər sahələrində də canlanmaya səbəb olacaq, daşınmaz əmlak bazarında, kirayə bazarında və tikinti materialları bazarında aktivlik müşahidə olunacaq".

Mənbə: bizimyol.info


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1701   Tarix: 24 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi. xəbər verir ki, 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib. Nazir postundan azad edildikdə

27 mart
.

Vaxtilə Qarabağı tərk edən separatçı rejimin qalıqları Qarabağda təxribat törədə bilər? - AÇIQLAMA

Bu gün Ermənistan baş naziri Nikol Paşinyan hökümət iclasında "hökumət" yaratmaq istəyən separatçılara səslənib. O, bildirib ki, vaxtilə Qarabağda fəaliiyət göstərmiş, mühacirətdə olan separatçılar ölkə daxilində yaxud xaricdə "qurum" yaratmağa çalışırlar. Paşinyan açıq şəkildə deyi

28 mart
.

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. xəbər verir ki, videoçarxda DTX əməkdaşlarının quruda, suda və havada keçirdikləri əməliyyatlardan görüntülər əskini tapıb. Videoçarxı təqdim edirik:

28 mart
.

Rusiyada güclü zəlzələ oldu

Rusiyada 5,6 maqnitudalı zəlzələ baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Bildirilib ki, zəlzələ Kamçatka yarımadasının sahilində qeydə alınıb. Təbiət hadisəsinin episentri 5 km dərinlikdə yerləşib

28 mart
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

28 mart
.

Müəllimlərin maaşı ARTIRILIR? - AÇIQLAMA

Repetitorların sayının artması artıq təhsil sistemində əsas problemlərdən birinə çevrilib. Valideynlərin bir çoxu deyir ki, övladını repetitor yanına göndərməsə, onun universitetə qəbul olmağı çətindir. Bu gün repetitorların sayının azaldılması istiqamətində verilən təkliflərdən biri müəllimlərin maaşlarını

28 mart
.

DTX rəisi: "Daşaltı əməliyyatında itkin düşən daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq"

"1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş təhlükəsizlik orqanlarının mərhum əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da daxil olmaqla, ümumilikdə 34 nəfərin adları ictimaiyyətə elan olunub. Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq". Bun

28 mart
.

Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Qafar Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən aza

28 mart
.

Lənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes-Benz"

28 mart