Səlim Müslümovdan ünvanlı sosial yardımlarla bağlı vacib açıqlama

Səlim Müslümovdan ünvanlı sosial yardımlarla bağlı vacib açıqlama"Ünvanlı sosial yardımların verilməsində heç bir ciddi məhdudiyyət yoxdur".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Onun sözlərinə görə, ünvanlı sosial yardımların verilməsilə bağlı şikayətlər yoxdur: "Ünvanlı sosial yardımların verilməsində heç bir ciddi məhdudiyyət yoxdur, mövcud qanunvericilik var və bu çərçivədə müraciət edən istənilən şəxsə elektron sistem baxır. Həmin elektron sistem daxil olunmuş bəyannamədə göstərilmiş informasiyaları digər orqanlarla müqayisə edir və əgər bu məlumatlar uyğun gəlirsə və ailənin gəlirlərinin məbləği həmin ailənin üzvlərinin ehtiyac məcmusundan azdırsa, onda sistem avtomatlaşdırılmış şəkildə həmin ailə üçün ünvanlı sosial yardımı təyin edir və dərhal müvaqif banka plastik kartını da sifarış edir. Əks təqdirdə, təqdim olunmuş elektron bəyannamədə sistem hansısa uyğunsuzluq tapırsa, əgər ailə hansısa gəlirini orda gizlədibsə, ailə üzvünü göstərməyibsə və ya avtomobilini qeyd etməyibsə, torpaq səhəsi və ya telefonunu gizədibsə (belə hallar çox olur), onda sistem dərhal həmin ailəyə imtina cavabı verir və onun səbəbini də göstərir".
S.Müslümov bildirib ki, elektron sistemdə insan amilinin heç bir rolu yoxdur: "Əgər hər hansı bir ailə bu gün çıxıb deyirsə ki, haqsız olaraq imtina cavabı alıb, mən onu dərhal yerində araşdırmağa hazıram. Burada hansısa insan amilindən söhbət gedə bilməz. Ona görə də biz bir daha insanlarımıza səslənirik ki, hər kəs düzgün, doğru şəkildə məlumatlarını sistemə daxil etsinlər. Hazırda ölkə əhalisindən 92 400 ailənin 44 000 nəfəri ünvanlı sosial yardım alır. Burada yanlış heç bir şey ola bilməz. Bu insanların yazdıqları doğru məlumatlar əsasında sistem seçim aparıb".

Mənbə: report.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4657   Tarix: 24 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda avtomobil mopedlə toqquşdu, ölən var

Bakıda avtomobillə moped toqquşub. xəbər verir ki, hadisə Nəsimi rayonu, Azadlıq prospektində qeydə alınıb. Orxan Əlizadənin idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə Rəşad Hüseynovun idarə etdiyi moped toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən moped sürücüsü orada ölüb

24 aprel
.

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib. xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Baş nazir, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində holdinqin idarəetməsinə verilmiş Portfel şirkətlərin 2023-c

24 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqlədi

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95,2 milyard dollarlıq yardım paketini təsdiqləyib. Bunlardan 60 milyard dollardan çoxu Ukrayna üçün nəzərdə tutulub. Qaynarinfo xəbər verir ki, bu barədə iclasın efirindən məlum olub. Qanunvericilər səs çoxluğu ilə paketi təsdiq ediblər. Beləliklə, 79 senator "lehinə"

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

"40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı erməni lobbisinin sifarişiylə hazırlanıb" - DEPUTAT

Xəbər verdiyimiz kimi Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. Siyahıda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Dövlət Təhlükəsizliy

24 aprel
.

Vətən müharibəsi qazisi Türkiyədə öldü

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında öldüyü bildirilib. Vətən müharibəsində iştirakın

24 aprel
.

İctimai TV "Kristal Abşeron"- un əyilən binasını müzakirəyə çıxardı - Vəziyyət gərginləşir...

Xəbər verdiyimiz kimi, "Qobu Park-3" yaşayış massivində məcburi köçkünlər üçün tikilən bina əyilib. Qeyd edək ki, kompleksə daxil olan 26-cı binada bərkitmə işləri aparılması ilə bağlı görüntülər də yayımlanıb. Görüntülərdən məlum olur ki, ərazidə iş aparılarkən heç bir təhlükəsizlik qaydaların

24 aprel
.

Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ

Bakı şəhərində bir çox restoranlar var ki, onların havaya buraxdıqları tüstü ətrafdakı insanları narahat edir. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev -ə bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarını

24 aprel