AST Telmandan gözlənilməz qərar

AST Telmandan gözlənilməz qərarAzərbaycanlı biznesmen Telman İsmayılovun Antalyadakı "Mardan Palace" oteli təmir edilir.

Sonxeber.az Sfera.az-a istinadən xəbər verir ki, son 1 ildə oğurluq, su kəsilməsi və məhkəmə qərarı ilə bağlanılması kimi iddialarla gündəmə gələn "Mardan Palace"ın 10 milyon dollarlıq təmirdən sonra hind toyu ilə mövsümü açmağa hazırlaşdığı bildirilir. Hotelin icraçı direktoru Selçuk Şentepe mətbuata açıqlamasında hotelin 2018-ci ilin martında tam təmirli şəkildə təhvil veriləcəyini bildirib:

"Hazırda təmir işləri gedir. Qismət olsa, 2018-ci ilin martında daha dinamik şəkildə müştərilərimizə xidmət göstərməkdə davam edəcəyik".

İcraçı direktor hovuzun, otaqların, restoranların, xidmət sahələrinin və internet sisteminin yenidən qurulacağını deyib. O, hazırda otelin işıqları kəsilsə də, generatorlardan istifadə etdiklərini diqqətə çatdırıb. Otelin borc məsələsinə də münasibət bildirən Selçuk Şentepe bu barədə dəyərləndirmələr apardıqlarını söyləyib:

"Hazırda otelin borclarını yenidən gözdən keçiririk. 2018-ci il yay mövsümü ilə əlaqədar turizm şirkətləri ilə danışıqlar aparılır. Bu məsələdə problemimiz yoxdur. Hamısı bizim tərəf müqabillərimizdir. Yeni mövsümü hind toyu ilə açacağıq. Büdcəsi təxminən 10-15 milyon dollardır".

Qeyd edək ki, azərbaycanlı biznesmen Telman İsmayılov tərəfindən 1,4 milyard dollar sərmayə ilə tikilən otel 2010-cu ildə "Dünyanın ən lüks oteli" seçilimiş və maliyyə problemləri səbəbindən banklardan biri tərəfindən alınmışdı.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4718   Tarix: 24 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda bu kişilər pensiya 5 il tez çıxacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

29 mart
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

29 mart
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

29 mart
.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - VİDEO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

29 mart
.

Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA

Azərbaycanda taksi fəaliyyətində istifadə olunan avtomobillərin qırmızı və ya ağ olması ilə bağlı tələb müəyyən olunub. Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov Ölkə.Az-a açıqlamasında bildirib ki, tələb bütün taksi fəaliyyətinə aiddir:. "Bu, taksi operator şirkətləri və fərdi qaydada çalışa

29 mart
.

İftar süfrəsi üçün fərqli reseptlər

"İftar menyusu"nu təqdim edirik:. Mantı şorbası. Ərzaqlar:. Xəmiri üçün:. 3-3,5 stəkan un. 1 yumurta. 1 stəkan su. 1 çay qaşığı duz. İç üçün:. 300 qram qiymə . 1 soğan. 1 çay qaşığı duz. 1 çay qaşığı qara bibər. Bişirmək:. 1 stəkan qaynadılmış noxud. 1 orta boy soğan. 2 diş sarımsaq. 1 xörə

29 mart
.

Milli Məclis Naxçıvanla bağlı qərar verdi

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir. Bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında müzakirəyə çıxarılan "Media haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçis

29 mart
.

"Ultravist" dərmanı niyə yoxa çıxıb? - Rəsmi açıqlama

Artıq 10 gündən çoxdur ki, xəstələr kontrastlı KT, anfioqrafiya və bir çox kontrastlı rentgen müayinələrindən keçə bilmirlər. Bunun səbəbi ölkədə bu müayinələr zamanı istifadə edilən "Ultravist" kontrast maddəsinin tapılmamasıdır. Xəstələrin sözlərinə görə, sözü gedən madə həm dövlət, həm d

29 mart
.

Evlənməyə hazırlaşan gənclərə vacib xəbərdarlıq: Hər şeyinizi itirə bilərsiniz!

Azərbaycanda ən çox rast gəlinən problemlərdən biri də boşanma zamanı əmlak bölgüsü üzrə mübahisələrdir. Bu kimi məsələlərdə yeganə çıxış yolu nikah zamanı ya da evləndikdən sonra nikah müqaviləsi bağlamaqdır. Hüquqşünaslar bildirir ki, belə olduğu zaman tərəflərdən hər hansısa biri digərinin hüququn

29 mart