Gəncləri intihara sürükləyən əyləncə - Azərbaycanda da "ÖLÜM OYUNU" haqda danışılır

Gəncləri intihara sürükləyən əyləncə - Azərbaycanda da "ÖLÜM OYUNU" haqda danışılırGənclər arasında geniş yayılmış və dünyada çoxsaylı intihar hadisələri ilə əlaqələndirilən Mavi Balina (Blue Whale) adlı oyunun yaradıcısı Rusiyada 3 il həbs cəzasına məhkum edilsə də, oyunun istifadəsi hələdə dayandırılmayıb və oyunla bağlı intihar hadisələri qeydə alınır. Türkiyədə 200-dən çox insanın intiharına səbəb olduğu ehtimal olunur. Bu yaxınlarda Azərbaycanda intihar edən yeniyetmənin də məhz bu oyunun əmrini yerinə yetirdiyi barədə fikirlər mövcuddur.
Bu oyunun istifadəçilərinə 50 təlimat verilir və yerinə yetirilməsi tələb olunur.
50 gün müddətində davam edən bu əmrlərə qolları və ayaqları dərindən olmamaq şərtilə kəsmək, müəyyən bir müddətə heç kimlə görüşməmək, gecə qəbirsanlıqdan fotolar göndərmək və s. daxildir.
50-ci günün sonunda isə həmin şəxsə yüksəklikdən tullanaraq , ya da özünü asaraq intihar etmək əmri verilir. Bu oyun 3 dildə - rus, ingilis, türk dillərində mövcuddur. Mavi Balina oyununda istifadəçilərin şəxsi məlumatları oğurlanır və şantaj edilirlər. Buna görə də istifadəçilər oyunda qalmağa məcbur olduqlarını bildirirlər.

Azərbaycan İnternet Forumunn Prezidenti Osman Gündüz Modern.az-a qeyd edib ki, bunun bəlli bir " X "nöqtəsi yoxdur ki, bu oyun tamamilə dayandırılsın.

" Mən hesab edirəm ki, bu oyunun qarşısını almaq üçün informasiya mühiti yaratmalı və gənclər, uşaqlar və valideynləri arasında maarifçilik işləri aparılmalıdır. Və bu tək bir qurumun deyil, bütün cəmiyyətin problemidir. Yəni media, təhsil, özəl və dövlət qurumları hər birimiz birləşib uşaqları, gəncləri bu oyundan çəkindirib, xəstəlikdən xilas etməliyik. Bu oyunla bağlı təhlükənin olduğunu tez-tez qeyd etmək mütləqdir".
Oyunun rəsmi internet ünvanı və hüquqi satışı yoxdur. Rus çat səhifələrinə girmək istəyənlərə bu oyunun linki göndərilir. Beləliklə bu linkə daxil olan bütün şəxslərin kompyuterləri virusa yoluxaraq onların şəxsi məlumatları oğurlanır.
Osman Gündüz deyib ki, bu oyunlar facebook, whatsapp, video və digər vasitələrlə yayılan şəbəkə oyunları olduğundan bunların qarşısını almaq çox çətindir. Bunun ən effektli yolu kimi isə cəmiyyətin bu mübarizədə birləşməsini göstərib.
Qeyd edək ki, 2017-ci ilin aprel ayında Rusiyada gənc qızın intihar səbəbi ilə oyunun yaradıcısı və təlimatları verən şəxs ilə bağlı araşdırma aparılıb. Oyunun qurucu hesab edilən Philipp Budeikin adlı şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib. Rusiyanın "Novaya" qəzetində isə iddia olunur ki, oyun uzun müddətdir oynanılır və hətta 2015-2016-ci illərdə artıq 130 gənc bu səbəblə həyatına son qoyub. Jurnalistlərin fikrincə, oyunu idarə edənlər yeniyetmə gənclərin vərdişlərini və psixologiyasını yaxşı bilirlər. Qızları fiziki olaraq yetərli olmadıqlarına, kişiləri isə xaraktersiz və qorxaq olduqlarına inandırıb onları intihara sövq edirlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3119   Tarix: 24 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksin

19 aprel
.

Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO

Bakıda sürücülər arasında dava baş verib. xəbər verir ki, hadisə paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Sürücülər bir-birinə təpik, yumruq ataraq davanı bir az da gərginləşdiriblər. Verilən məlumata görə, hadisə yol verməmək üstündə baş verib

19 aprel
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19 aprel
.

Hər işin içindən çıxan o Qəmbərqulu kimdir? - Belə yaranıb

Dilimizdə tez-tez işlədilən bir deyim var.: "Qəmbərsiz toy-düyün olmaz". Bu sirli Qəmbərlə bağlı başqa bir deyim də var. "Hər işin içindən bir Qəmbərqulu çıxır". Bəs bu hər işin içindən çıxan, hər toya gedən o Qəmbər kim olub? . "Belə yaranıb" rubrikasında bu ifadənin yaranm

18 aprel
.

Vidadi Zeynalovun 43 milyonluq əmlak davası davam edir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. Qaynarinfo xəbər verir ki, birinci məhkəmə instansiyasınd

19 aprel
.

İsrail İrana zərbə endirdi - VİDEO

İranın İsfahan şəhərindəki hava limanı ərazisində, Hərbi Hava Qüvvələrinin 8-ci bazasının ərazisində üç güclü partlayış səsi eşidilib. İran KİV-in məlumatına görə, hava hücumundan müdafiə qüvvələri İsfahan ərazisində bir neçə dron vurub. ABC telekanalı isə iki ABŞ rəsmisinə istinadən hücumun İsrail ərazisində

19 aprel
.

Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra erməni terrorçuları Qarabağda məskunlaşa bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Lakin burada təhlüksizlik baxımından bir sıra suallar yaranır. Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra nəzarət Azərbaycana keçir. Rusiya sülhməralıları bölgəni tərk etdikdə

19 aprel
.

"Kömək elə" sözünü eşitdik, getdk, gördük keçiniblər" - Qətlə yetirilən ər və arvadın qonşusu - VİDEO

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə, kömək elə" səsi eşitdik. Gördük ki, keçiniblər". Bu sözləri Baku TV-ə qətlə yetirilən ər və arvadın qonşuları deyib. Qonşuların verdiy

19 aprel
.

Növbəti "Əhməd" olayı: 24 yaşlı oğul ailə üzvlərini öldürdü

Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib. Qeyd olunub ki, aprelin 19-da Sumqayıt şəhəri ərazisində iki nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 200-ci il təvəllüdl

19 aprel