Uşaqlar üçün ödəniş QALMAQAL yaratdı: "Bakubus"-ın sürücüsü avtobusu yolun ortasında saxladı....

Uşaqlar üçün ödəniş QALMAQAL yaratdı: "Bakubus"-ın sürücüsü avtobusu yolun ortasında saxladı....Bu gün ictimai nəqliyyatda uşaqların uşaqlar üçün ödəniş məsələsi bir problemə çevrilib.
Xüsusən də, marşrut avtobuslarında tez-tez bu məsələ tərəflər arasında mübahisə ilə nəticələnir. Kartsız ödəniş sistemi olan marşrut xəttində sərnişin və sürücünün bu mübahisəsi bir çox hallarda sərnişinin acıq edərək avtobusdan düşməsi ilə yekunlaşırsa, kartla ödəniş edilənlərdə vəziyyət fərqlidir. Xüsusən də, kartla ödəniş tətbiq edildiyi "BakuBus"MMC-nin avtobuslarının sürücüləri bu məsələyə daha həssas yanaşır. "BakuBus" MMC-nin avtobuslarının içərisində 5 yaşdan yuxarı uşaqlar üçün ödəniş tələbi ilə bağlı məlumat lövhəsi vurulub. Lakin çox zaman sərnişinlər buna əhəmiyyət vermir və ödəniş etməkdən imtina edirlər.
Bu günlərdə bu MMC-yə məxsus avtobusların birində oxşar hadisə ilə qarşılaşdıq. Sərnişinin 2 məktəbyaşlı uşağa görə ödəniş etməməsi tərəflər arasında ciddi mübahisəyə çevrildi. Sərnişin Nazirlər Kabinetinin qərarını xatırladaraq "uşaq üçün bilet olmalıdır ki, ödəniş edim" deyə tələb edərkən, sürücü ödəniş edilmədiyi halda avtomobili idarə etməyəcəyini deyib, avtobusu yolun ortasında saxladı. Yalnız sərnişinlərdən birinin ödəniş etməsindən sonra yoluna davam etdi. Ola bilər ki, sürücü ona verilmiş təlimata uyğun olaraq bu addımı atır. Düzdür, bununla digər sərnişinlərin hüququ pozulmuş olsa da.
Lakin burada əsas məsələ tərəflərin davranışından daha çox bu problemi yaradan səbəbdir.
Məsələ ilə bağlı Publika.az-a məlumat verən Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev şəhərdaxili ictimai nəqliyyatda 5 yaşa qədər uşaqların pulsuz daşındığını dedi: "5 yaşdan yuxarı yaşlı uşaqlar üçün tam ödəniş tələb edilir".
"BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev isə Publika.az-a açıqlamasında bildirib ki, "BakuBus" daşıyıcı şirkət olaraq ödəniş və ya bütün yeni qaydaların tətbiq olunmasını yalnız və yalnız bu sahəni tənzimləyən qanunverici bazaya əsasən həyata keçirir:
"Bu sahəni tənzimləyən əsas qanunverici baza isə "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarıdır. 25 aprel 2017-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"na yeni məzmunda əlavələr edilib. Həmin əlavəyə əsasən (6.29-1 ) Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında 5 yaşadək uşaqlar ödənişsiz gedirlər. Yeni düzəlişə əsasən, (6.29) 5 yaşdan 10 yaşadək hər bir uşağa uşaq gediş bileti (şəhərdaxili (rayondaxili) avtobuslar istisna olmaqla) yalnız müntəzəm avtobus marşrutlarına aid edilir".
Sərnişin ödəniş etmədiyi halda sürücünün hansı addım atmasına gəldikdə, M.Piriyev bildirib ki, sürücü yalnız qaydalar çərçivəsində ödəniş tələb edir.
"Təbii ki, bu zaman salonda olan digər sərnişinlərin də təsir imkanları vacibdir. İctimai nəqliyyat ictimai marağa xidmət etdiyi üçün təkcə ödənişlə bağlı yox, bütün qaydalara əməl olunması üçün bütün sərnişinlərimiz həssaslıq göstərməli və ictimai münasibət ortaya qoyulmalıdır".
M.Piriyev yuxarıda qeyd olunan hadisənin araşdırılacağını bildirib.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Publika.az-a məsələnin nə üçün tərəflər arasında mübahisəyə çevrilməsinə aydınlıq gətirib:
"Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"ilə bağlı əvvəlki qərarda bu məsələ fərqli göstərilmişdi. Sonuncu dəfə aprel ayında qaydalar dəyişdi. Sərnişinlər ola bilər ki, həmin qərarla tanış deyil, ona görə də bu cür mübahisələr davam edir. Yeni qərara görə, 5 yaşa qədər uşaqlar pulsuz, 5 yaşdan sonra isə tam ödəniş edilməlidir. Uşaq bileti tələbi isə şəhərlərarası avtobuslar üçün nəzərdə tutulub. Lakin həmin uşaq biletinin mahiyyəti barədə heç bir məlumat yoxdur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2476   Tarix: 25 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Sabah 31° isti olacaq

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

25 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel