Ayaqqabını corabsız geyinən kişilərə XƏBƏRDARLIQ

Ayaqqabını corabsız geyinən kişilərə XƏBƏRDARLIQSon zamanlar kişilər arasında corabsız ayaqqabı geyinmə dəbi yayılıb. Çoxları bunu dəb xatirinə geyinir. Amma mütəxəssislər corabsız ayaqqabı geyinməyin çox ciddi zərərləri olduğuna dair xəbərdarlıq edirlər.

Dermatoloq Elçin Sadıqov Ailem.az-a bildirib ki, ayaqqabı corabsız geyilən zaman qabar və qızartı ilə başlayan göbələk infeksiyalarının yaranma ehtimalı daha yüksəkdir.

"Çünki ayaqqabının içi ayaqdakı nəmi tam olaraq əmmədiyindən bakteriyaların çoxalması üçün münbit şərait yaranır. Ayaqda bədənin hər yerindən daha çox tər vəzi olduğu üçün hər gün təxminən yarım litr tər istehsal edirik. Corab isə ayaqqabı ilə ayaq arasında bir baryer yaradır, təri əmir və ayaqqabının iylənməsinin qarşısını alır.

Ayaqqabını corabsız geyindikdə isə ayaq nəm qalır və bu, ciddi göbələk infeksiyalarının yaranmasına səbəb olur. Üstəlik ayaqqabıların hazırlanma materialı, haradan gətirildiyi məlum olmadığı üçün bu tip xəstəliklər daha geniş yayıla bilər. Hazırda istehsal edilən ayaqqabıların çoxunun içində nəfəs almayan sintetik bir material istifadə olunur. Ayaqqabının iç astarı nəfəs almadığında nəm, isti və bakteriyalar ayaqqabının içində qalır. Göbələk infeksiyaları ayaqqabıları və corabları tez-tez dəyişdirmədikdə də yaranır",-deyə o bildirib.

E.Sadıqov məlumat verdi ki, ayaqda göbələk olan zaman xırda suluqlar, qabıqlanma, dəri soyulması, tərləmə, pis qoxu və sair kimi əlamətlərə rast gəlinir: "Bu əlamətlər olan zaman ev şəraitində göbələyi müalicə etməyə çalışmasınlar. Həkimə müraciət etsinlər. Həkim müdaxiləsi ilə göbələk müalicə olunan bir xəstəlikdir".

Ayaqqabıların içində zərərli bakteriyaların yaranmasının qarşısını almaq üçün onu ən azı 48 saat havalandırmaq lazımdır. Bundan başqa quru çay paketləri də ayaqqabıların içindəki nəmi almaq üçün bir başqa vasitədir. Ayaqqabının içinə gecədən quru çay paketləri qoyub sabaha qədər saxlayın ki, nəmi özünə çəksin.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2904   Tarix: 27 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Goji cavanlaşdırıcı kremi ilə cavanlaşın!

Çökmə (Göz Qapaqları). Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür. Üzdə Boşalma və sallanmalar

13 sentyabr 2021
.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021
.

Arpa suyu - süd artıran vasitə

Dünyada anaların rəğbətini qazanan İsveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson süd artıran reseptləri ilə tanınmışdır. -ın Sağlamolun.az-a istinadən verdiyi xəbərə görə, mütəxəssis qeyd edir ki, onun tövsiyyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır

8 sentyabr 2021
.

Qatığı heç bir xörəyə, yeməyə qarışdırıb yemək olmaz - Səbəbi AÇIQLANDI

Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir. -a istinadən xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib. "Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verə

13 sentyabr 2021
.

Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq

COVID-19-u yarım saatdan az müddətdə yüksək dəqiqliklə aşkar edə biləcək cihaz hazırlanıb. İxtiranın müəllifi Rusiya Federal Tibbi və Bioloji Agentliyinin (FTBA) Fiziki və Kimya Tibb İnstitutundan olan rusiyalı mütəxəssislərdir. Bildirilir ki, cihaz virus antigeninin varlığını 27 dəqiqədə aşkarlayır

8 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Koronavirusun simptomları dəyişdi

Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən

14 sentyabr 2021
.

Oynaqlarınız ağrıyırsa, bunları yeyin

Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz

8 sentyabr 2021
.

Möcüzəli ədviyyat DARÇIN - Hər dərdin dərmanı

"Cinnamomum" ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir. Darçın orqanizmə güclü antibakterial

13 sentyabr 2021