Bir əməliyyatla şəkərdən qurtuldu - 17 il əziyyət çəkib/FOTO

Bir əməliyyatla şəkərdən qurtuldu - 17 il əziyyət çəkib/FOTO17 ildir şəkərli diabetdən əziyyət çəkən Mustafa Çakıroğlu cərrahi əməliyyat vasitəsilə xəstəliyindən azad olub.

Sonxeber.az Medicina.az-a istinadən xəbər verir ki, Türkiyənin Samsun şəhərində əməliyyat olunan şəxs əvvəl istifadə etdiyi dərmanlardan artıq rahatlıqla imtina etdiyini və ideal kilosuna geri döndüyünü açıqlayıb.

"Mənim kimi şəkər xəstəsi olanlar qorxmasınlar. Əməliyyatla bunun çarəsi var. Artıq dərmanlardan istifadə etmirəm. Özümü yaxşı hiss edirəm",- deyə Çakıroğlu bildirib.

Əməliyyatı həyata keçirən cərrah Kərim Gözəl prosedurun hansı formada aparıldığı barədə danışıb:

"Şəkər xəstəliyinin ilkin ərəfəsində müalicə dərmanlar vasitəsilə aparılır. Daha sonra insulindən istifadə edilir. Ancaq bu zaman xəstə idman hərəkətlərini daimi etməlidir. Dərman, insulinlə nəzarət altına alına bilməyən, 2-ci tip şəkər xəstələrində cərrahi əməliyyat vasitəsilə qan şəkəri normal həddə çatdırılır. Əməliyyatı edəcək cərrah, laparoskopik cərrahiyə həkimi olmalıdır. Əməliyyatları qapalı ortamda həyata keçirdirik".

Həkim hər şəkər xəstəsinin bu əməliyyat üçün uyğun olmadığını da qeyd edərək vacib məqamlardan bəhs edib: "Burada vacib nüans, şəxsin 2-ci tip şəkər xəstəsi olmasıdır. İnsülin hormonu istehsal edə biləcək yetərli sayda hüceyrə olmalıdır. Belə xəstələr əməliyyat olunduğu zaman uğur əldə etmək şansı 85-90 faizdir".
Bir əməliyyatla şəkərdən qurtuldu - 17 il əziyyət çəkib/FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3059   Tarix: 30 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnsan ömrünü uzadan ərzaqlar AÇIQLANDI

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 10 ildə ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir. Xəstəliyin səbəblərindən biri beyin damarlarının, ürəyin tac arteriyalarının, böyrək damarlarının aterosklerotik zədələnməsidir. Bu, düzgün olmayan qidalanma, qeyd oluna

31 mart
.

Kifayət qədər yuxulamamaq insanı qocaldır

Stokholm Universitetinin alimləri özlərini gənc və sağlam hiss etməyin yolunu kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, yuxu keyfiyyəti insanın özünü nə qədər gənc hiss etməsi ilə əlaqələndirilir. Mütəxəssislər 18 yaşdan 70 yaşa qədər 429 nəfərin məlumatlarını təhli

31 mart
.

Qan təzyiqini tez aşağaı salmaq üçün SADƏ ÜSUL

Mütəxəssislər ürək sağlamlığını yaxşılaşdırmağın və qan təzyiqini azaltmağın yollarını açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, hər hansı orta fiziki fəaliyyət qan təzyiqini azaltmağa və eyni zamanda ürək sağlamlığını yaxşılaşdırmağa kömək edir. Ancaq son məlumatlara görə, ürək sağlamlığın

6 aprel
.

Sarı işığın vərəm xəstəliyinə möcüzəvi təsiri

Rusiyalı tədqiqatçılar müəyyən ediblər ki, dalğa uzunluğu 565 nanometr olan sarı işığın yanıb-sönməsi vərəm çöpünün antibiotiklərə davamlı koloniyalarını məhv etmək üçün istifadə edilə bilər. Bu barədə Rusiya Elm Fondunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, təcrübələr sübut edib ki, təkli

7 mart
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

İnsan orqanizmində 12 cüt kəllə-beyin mərkəzləri var, onlardan 5-i ağız boşluğunda yerləşir. Bu nöqtələrdə masaj xidməti sağlamlığa çox müsbət təsir göstərir. xəbər verir ki, isti dəsmalla masaj etmək limfalarda qan dövranını yaxşılaşdırır, bioloji aktiv nöqtələri stimullaşdırır, dişlərin ağız və selikl

24 mart
.

Rənglər sağlamlığınızın qeydinə qalır

Yeməklərdəki rəngarənglik iştahanı artırır. Elə buna görə də aşpazlar yemək hazırlayarkən daha çox tərəvəzdən istifadə etməyə çalışırlar. Axşam.az xəbər verir ki, tərəvəzlərdəki rəngarənglik sağlamlığa da xeyirlidir. Bənövşəyi. Bu rəngdə olan tərəvəzlər sinir sisteminin sağlamlığı üçün yaxşıdır. Bu rən

30 mart
.

Səs tellərində problem olan insanlar bunun sayəsində danışa biləcəklər - FOTO

Artıq səs telləri zədələnən insanlar da danışa biləcəklər. Kaliforniya Universitetinin (ABŞ) Biomühəndislik Departamentinin alimləri bunun üçün insanın boynuna yapışdırılan xüsusi cihaz hazırlayıblar. Sözügedən qurğu boğaz əzələlərinin hərəkətlərini nitqə çevirmək qabiliyyətinə malikdir və insana sə

17 mart
.

"Dağıdıcı pandemiya" barədə XƏBƏRDARLIQ

ABŞ kəşfiyyatı dünyanın bütün ölkələrinin yeni "dağıdıcı pandemiya" ilə üzləşəcəyi barədə xəbərdarlıq edib. -ın xarici mediaya istinadən xəbərinə görə, ABŞ kəşfiyyat xidmətləri hesab edir ki, buna səhiyyə xidmətlərinin xəstəlikləri düzgün izləyə bilməməsi səbəb ola bilər. ABŞ milli kəşfiyya

17 mart
.

Özünüzü yaxşı hiss etmək üçün GÜNLÜK VƏRDİŞLƏR

Alimlərin uzun araşdırmalar nəticəsində bəzi vərdişlər məlum olub ki, bunlar gün ərzində özünüzü yaxşı hiss etməyə kömək edəcək. xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hipnoterapevt Robert Hayzi danışıb. Onun sözlərinə görə, əhvalınızı yaxşılaşdırmaq və gün ərzində sakit qalmaq üçün səhər məşqlər

2 mart