Məleykə: "Ramiz Məliki bağışlasam, valideynlərimin ruhu məni bağışlamaz"

Məleykə: "Ramiz Məliki bağışlasam, valideynlərimin ruhu məni bağışlamaz""Azərbaycan cəmiyyəti bilir ki, Ramiz Məliki geyim üçün etdiyi iradla bağlı yox, məni, ailəmi, anamı əxlaqsız sözlərlə təhqir etdiyinə görə məhkəməyə vermişəm. Məhkəmə predmeti məhz budur".

Sonxeber.az xəbər verir ki, bunu APA-ya xalq artisti Məleykə Əsədova deyib. O qeyd edib ki, Ramiz Məlik cəmiyyətə yanlış informasiya ötürməklə məşğuldur:

"Ramiz Məlikin saytlara verdiyi açıqlamaları oxuyanda dəhşətə gəldim. Deyir ki, Məleykə Əsədova xalq artistidir, bu olanlar ona yaraşmaz, mən onu təhqir etməmişəm, öyüd-nəsihət vermişəm. Sual verirəm: Ramiz, sənin dünyanda ailəni əxlaqsız sözlərlə ictimaiyyət qarşısında söymək təhqir deyil? Deyirsən, əlli illik təcrübən, 74 yaşın, ağ saçların var. Sən nəyə görə 74 yaşından, ağ saçlarından, işlədiyin kollektivdən, bizi alqışlayan tamaşaçılardan utanmadan, hörmət etmədən, səninlə illərdir, səhnəni bölüşən, bir neçə tamaşada tərəf müqabili olan iş yoldaşını və onun ailəsini ictimaiyyət qarşısında təhqir etdin? Bu, sənin dediyin kimi, 50 illik iş təcrübənə, 74 yaşına, ağ saçlarına yaraşar? Sən yenə də səhv informasiya yaymaqla, şantaj etmək, böhtan atmaqla özünü cəmiyyət qarşısında təmizə çıxarmaq, haqsız ola-ola haqlı kimi təqdim etməyə çalışmaq, özünü günahsız tərəf kimi göstərməyə cəhd etmək, əməllərinə görə səni gözləyən məsuliyyətdən yaxa qurtarmağa çalışırsan. Amma bu, boş cəhddir. Çünki mən ölkəmizin ədalət məhkəməsinə güvənirəm".

M. Əsədova əlavə edib ki, illərdir, teatrda bu kimi qalmaqallar ancaq Ramiz Məlikin adı ilə bağlıdır:

"Keçən il olan qalmaqal unudulmamış, yenə heç kimlə işi olmayan, öz balaca dünyasında hər kəsə xoşbəxtlik arzulayan, Allahına bağlı olan bir qadınla qalmaqal yaratdın. Bununla iç dünyanın "tərbiyə zənginliyi"ni göstərdin. Hamı bilir ki, valideynlərimə nə qədər böyük hörmət, sevgi ilə yanaşmışam. Onlar dünyasını dəyişsə də, ruhları hər zaman mənimlədir. Mən səni bağışlasam, atamın-anamın ruhu məni bağışlamaz. Üzümü Ramiz Məliki məhkəməyə verdiyimə görə məni qınayan bəzi insanlara tuturam: siz dünyasını dəyişmiş valideynlərinizə böhtan atıb, əxlaqsız sözlərlə onları təhqir edəni bağışlayarsınız? Ramiz Məlik gedib atamla anamın məzarı qarşısında onların ruhlarından üzr istəməli, dediyi əxlaqsız sözləri öz ünvanına götürməlidir. Belə olmasa, təzminatı ödəməlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2175   Tarix: 04 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

10 illik evlilikləri bitir

Türkiyənin məşhur futbol məşqçisi Fatih Terimin kiçik qızı Buse Terim Volkan Bahçekapılıdan boşanmaq qərarına gəlib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, daha əvvəl evliliklərinə ikinci şans verən cütlüyün boşanma işinə bu gün İstanbul 3-cü Ailə Məhkəməsində baxılacaq. Qeyd edək ki, 2014-c

26 mart
.

Azərbaycanlı musiqiçi DÜNYASINI DƏYİŞDİ - FOTO

Azərbaycanda musiqiçi vəfat edib. -ə istinadən bildirir ki, Ucar şəhər Uşaq İncəsənət məktəbinin tar müəllimi Tofiq Əliyev 64 yaşında dünyasını dəyişib. Mərhum 40 ildən artıq müəllim kimi fəaliyyət göstərirmiş. Tofiq Əliyev ürək tutmasından vəfat edib. Allah rəhmət eləsin!

16 mart
.

Afaq Bəşirqızı üsyan etdi: "Niyə Məleykə Əsədovadan yazmırlar?"

Bir müddət öncə Xalq artisti Afaq Bəşirqızının görüntüsü müzakirələrə səbəb olub. Onun yeriməkdə çətinlik çəkdiyi iddia olunurdu. Martın 8-də isə Xalq artisti "Bu şəhərdə" komandasının tamaşasında görüntülənib. A.Bəşirqızının səhhəti ilə maraqlanmaq üçün onunla əlaqə saxlayıb. Xalq artist

17 mart
.

Ermənilər Ağadadaş Ağayevin MAHNISINI OĞURLADI - VİDEO

Ermənilər bu dəfə Xalq artisti Ağadadaş Ağayevin "Dodağına gülüş qonub" mahnısını oğurlayıb. -a istinadən bildirir ki, xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb. Həmin videonu təqdim edirik

17 mart
.

Tahir İmanovdan Elgiz Əkbərin dediklərinə REAKSİYA

Əməkdar artist Tahir İmanov aparıcı Elgiz Əkbərin ondan küsməsi ilə bağlı açıqlamasına reaksiya verib. Aktyora bu haqda qonaq olduğu "Künc-bucaq" yutub layihəsində sual verilib. O bildirib ki, Elgiz Əkbər haqda danışmaq istəmir:. "Şəxsi işidir, haqqı var. KVN heç vaxt heç kimi təhqir etməyib

17 mart
.

"İki bayramı birgə qeyd edirik" - Fotolar

Müğənni Elnur Məmmədov yeni doğulan övladı ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, oğlu Muhammədin üzünü gizlətdiyi şəkilləri sosial şəbəkədə paylaşan sənətçi bunları yazıb:. "Bu gün Muhammədin 40 günü tamam oldu. İki bayramı birgə qeyd edirik. Novruz bayramımız da mübarək". Qey

20 mart
.

Məşhur azərbaycanlı meyxançıdan ÜZÜCÜ XƏBƏR: "Aparatla yaşayıram" - VİDEO

Lənkəranlı meyxançı Elnur Valehə yaxın zamanlarda böyrək köçürüləcək. " "ə istinadən bildirir ki, o, bu barədə "El canlı" verilişinə qonaq olarkən bildirib. Meyxanaçı qeyd edib ki, onun böyrəyi işləmir və üstündə xüsusi aparat gəzdirərək yaşayır:. "Böyrək çatışmazlığından əziyyə

16 mart
.

Müğənni Sevda Yahyayevanın qızının mətbəxdə çəkilən fotoları gündəm oldu - FOTO

Müğənni Sevda Yahyayevanın qızının mətbəxdə çəkilən fotoları sosial şəbəkələrdə gündəm olub. xəbər verir ki, sənətçi "Instagram" hesabında qızı Ayla ilə bağlı paylaşım edib. Müğənni övladının bibisigildə Novruz şirniyyatı hazırlanan zamanı xəmir ilə oynadığı görüntülərini sevənləri ilə bölüşüb

18 mart
.

Aparıcı "Niva" ilə Bakıdan Çinə gedir

Aparıcı Fərid Rəsul maraqlı bir addım atıb. Axşam.az xəbər verir ki, "Yenə adi günlərdən biri" adlı layihə edən Fərid "Niva" markalı maşınla Bakıdan Çinə yola düşüb. Fərid bundan əvvəl Avropadan İran vasitəsi ilə Çinə getməyi plnlaşdırıb. Amma İran sərhəddində onu buraxmadıqları üçü

25 mart