Mehriban Əliyeva tapşırıq verdi - FOTO

"Mehriban Əliyevanın tapşırığı ilə Cəlilabadda əlillər üçün yaşayış binasının əsaslı təmirinə başlanıldı".

Heydər Əliyev Fondunun və Fondun təsis etdiyi "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) nümayəndələri dekabrın 4-də Cəlilabad rayonunda bir sıra görüşlər keçiriblər.

Fonddan verilən məlumata görə, Heydər Əliyev Fondunun nümayəndələri əvvəlcə Cəlilabad rayonunda əlillər üçün tikilmiş yaşayış binasında olublar. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov əlillər üçün inşa olunmuş yaşayış binasının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə əsaslı təmirinə başlanıldığını bildirib və binanın qısa bir zamanda istifadəyə veriləcəyini deyib.

Daha sonra Cəlilabad rayon Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirilib. Anar Ələkbərov Heydər Əliyev Fondunun hər zaman gənclərə müxtəlif layihələr çərçivəsində dəstək verdiyini qeyd edib. O, Fondun "Regional İnkişaf" İctimai Birliyinin fəaliyyəti və qurumun həyata keçirdiyi layihələrdə gənclərin rolu barədə danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan RİİB-in əsas məqsədi ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlara, o cümlədən dövlət tərəfindən regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlərə geniş dəstək göstərməkdir. Regionlarda ictimai nəzarəti həyata keçirmək, müraciətlərin baxılmasında şəffaflıq və obyektivliyi təmin etmək, əhalinin müxtəlif sahələrdəki problemlərini araşdırmaq, onların dövlət və bələdiyyə orqanları ilə əməkdaşlıq və dialoq şəraitində həllinə nail olmaq da qarşıya qoyulan vəzifələr sırasındadır.

Görüşdə iştirak edən gənclər Cəlilabadda Muğam Mərkəzinin və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün Gənclər Mərkəzinin yaradılması təklifi ilə çıxış ediblər.

Anar Ələkbərov Heydər Əliyev Fondunun dəstəyi ilə müğam müsabiqələrinin təşkil edildiyini bildirərək istedadlı gəncləri həm bu layihə, həm də rəssamlıq, heykəltəraşlıq və incəsənətin digər növləri üzrə layihələrdə fəal iştirak etməyə, gəncləri maraqlı və region üçün vacib olan ideyalar ətrafında birləşməyə çağırıb.

Qeyd edək ki, əhali ilə daha sıx ünsiyyətdə olmaq məqsədi ilə "Reginal İnkişaf" İctimai Birliyinin regional nümayəndəlikləri yaradılıb. Hazırda RİİB-in Dağlıq Şirvan, Quba-Xaçmaz, Lənkəran, Aran 1, Aran 2, Şəki-Zaqatala, Gəncə-Qazax və Yuxarı Qarabağ regionlarında nümayəndəlikləri fəaliyyət göstərir. Cəlilabad rayonu Lənkəran regional nümayəndəliyə daxildir. Nümayəndələr Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində fəaliyyət göstərir.

Anar Ələkbərov RİİB-in fəaliyyətində yaxından iştirak edən könüllü gənclərin rolunu xüsusi qeyd edib: "Könüllülərin idman tədbirlərində, marafonlarda, xeyriyyə aksiyalarında, ekologiya üzrə və digər sahələrdə layihələrdə yaxından iştirakı təqdirəlayiqdir. Könüllülərin bir sıra təşəbbüslərə qoşulması artıq müsbət nəticələr verməkdədir".

"Regional İnkişaf" İctimai Birliyini Heydər Əliyev Fondunun uğurlu layihələrindən biri olduğunu deyən görüş iştirakçıları gənclərin təşkilat ətrafında könüllü kimi birləşməyə böyük həvəs göstərdiklərini bildiriblər.

Daha sonra Fond nümayəndələri Cəlilabad Heydər Əliyev Mərkəzində fiziki imkanları məhdud və istedadlı uşaqların əl işləri ilə tanış olub. İstedadlı yeniyetmələrin çıxışlarına baxış keçirilib, onlara Fond adından hədiyyələr təqdim edilib. Fondun layihələrinin ayrı-ayrı sahələrdə istedadların üzə çıxarılmasına şərait yaratdığı və onlara daim dəstək göstərilməsinin vacibliyi qeyd olunub.

Heydər Əliyev Fondunun nümayəndələri Cəlilabad Olimpiya İdman Kompleksində də olublar. Qeyd edək ki, Fond tərəfindən rayon Olimpiya İdman Kompleksinə idman qurğuları və avadanlıqlar hədiyyə edilib.

Gənclərin hərtərəfli inkişafına diqqətlə yanaşan Heydər Əliyev Fondu uşaq və yeniyetmələrdə idmana maraq aşılamaq, onların sağlam ruhda tərbiyə edilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir. Anar Ələkbərov qeyd edib ki, iki ildir ki, Fondun təşəbbüsü ilə Bakıda marafon keçirilir. Bununla yanaşı bu il Gəncədə də marafon təşkil olunub və uğurlu keçib. Marafonlara həm ölkə daxilində, həm də xarici ölkələrdə marağın çox olduğunu qeyd edən Anar Ələkbərov iştirakçıların sayının ilbəil artdığını qeyd edib.

Anar Ələkbərov bildirib ki, idmançılara dövlət qayğısı ilə yanaşı, idman komplekslərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də mühüm işlər həyata keçirilir. Fond tərəfindən Cəlilabad İdman Kompleksinə idman qurğuları və avadanlıqlarının hədiyyə edilməsi və zalda quraşdırılması da uşaq və yeniyetmələrdə idmana olan marağın artırılmasına, onların sağlam ruhda böyüməsi və gələcəkdə peşəkar idmançı kimi yetişmələrinə öz töhfəsini verəcək.

İdmançılarla görüşdə çıxış edən kiyokuşin karate idman növü üzrə 4 dəfə Avropa və 1 dəfə dünya çempionu Səlahət Həsənov Azərbaycan dövlətinin idmana böyük diqqət və qayğı göstərdiyini, bunun nəticəsində də idmançılarımızın nailiyyətlərinin ildən-ilə artdığını bildirib.

"Bizim uğurlarımız bununla bitmir, biz bundan sonra da Azərbaycanın bayrağını müxtəlif idman yarışlarında yüksəklərə dalğalandıracağıq", - deyə idmançılar bildirib.
Mehriban Əliyeva tapşırıq verdi - FOTOMehriban Əliyeva tapşırıq verdi - FOTOMehriban Əliyeva tapşırıq verdi - FOTOMehriban Əliyeva tapşırıq verdi - FOTOMehriban Əliyeva tapşırıq verdi - FOTOMehriban Əliyeva tapşırıq verdi - FOTOMehriban Əliyeva tapşırıq verdi - FOTOMehriban Əliyeva tapşırıq verdi - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 9961   Tarix: 04 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İftar süfrəsi üçün fərqli reseptlər

"İftar menyusu"nu təqdim edirik:. Mantı şorbası. Ərzaqlar:. Xəmiri üçün:. 3-3,5 stəkan un. 1 yumurta. 1 stəkan su. 1 çay qaşığı duz. İç üçün:. 300 qram qiymə . 1 soğan. 1 çay qaşığı duz. 1 çay qaşığı qara bibər. Bişirmək:. 1 stəkan qaynadılmış noxud. 1 orta boy soğan. 2 diş sarımsaq. 1 xörə

29 mart
.

"Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə edilir"

"Burada pensiya yaşının azaldılması ilə bağlı geniş müzakirə gedir, lakin dünyanın heç bir ölkəsində pensiya yaşının azaldılmasına qanunvericilik səviyyəsində baxılmır". xəbər verir ki, bu fikirləri deputat Musa Quliyev Milli Məclisin plenar iclasında bildirib. Millət vəkili qeyd edib ki, əksin

29 mart
.

"Ultravist" dərmanı niyə yoxa çıxıb? - Rəsmi açıqlama

Artıq 10 gündən çoxdur ki, xəstələr kontrastlı KT, anfioqrafiya və bir çox kontrastlı rentgen müayinələrindən keçə bilmirlər. Bunun səbəbi ölkədə bu müayinələr zamanı istifadə edilən "Ultravist" kontrast maddəsinin tapılmamasıdır. Xəstələrin sözlərinə görə, sözü gedən madə həm dövlət, həm d

29 mart
.

Azərbaycanda minimum əməkhaqqı 400 manata QALDIRILIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Bununla yanaşı, qarşıdakı aylarda büdcəyə yenidən baxıla bilər və 2024-cü ilin ortalarında maaş və digər sosial müavinətlərin yenidən artırılmas

29 mart
.

Evlənməyə hazırlaşan gənclərə vacib xəbərdarlıq: Hər şeyinizi itirə bilərsiniz!

Azərbaycanda ən çox rast gəlinən problemlərdən biri də boşanma zamanı əmlak bölgüsü üzrə mübahisələrdir. Bu kimi məsələlərdə yeganə çıxış yolu nikah zamanı ya da evləndikdən sonra nikah müqaviləsi bağlamaqdır. Hüquqşünaslar bildirir ki, belə olduğu zaman tərəflərdən hər hansısa biri digərinin hüququn

29 mart
.

Azərbaycanda taksinin minimum qiyməti 5 manata QALDIRILIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib. Eyni zamanda tələblərə görə, Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyat

29 mart
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

29 mart
.

Yalnız "qadınlardan" ibarət olan "troll fabriki"ni nazirliklə nəsə bağlayır? – Fotofaktlar

27 mart 2024-cü il tarixində saytında "Region ölkələrində insanlar neçə il pensiya ala bilirlər? – Azərbaycan sonuncudur" sərlövhəli yazı dərc olunub. Yazı eyni gündə saytın "Facebook" sosial şəbəkəsindəki eyniadlı hesabında da paylaşılıb. Yazı sosial şəbəkə hesabında paylaşıldıqda

29 mart
.

Uçot dərəcəsinin azaldılması kredit faizlərinə necə təsir göstərəcək? - AÇIQLAMA

Mərkəzi Bankın uçot dərəcəsinin azaldılması ilə bağlı qərarı həm infilasiya səviyyəsinin optimallaşması, eyni zamanda, makroiqtisadi stabilliyin qorunması ilə bağlıdır. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib. O qeyd edib ki, əslində, proses 2023-c

29 mart