Rusiyanın ən iri bankı Mənsimovdan pullarını tələb edir

Rusiyanın ən iri bankı Mənsimovdan pullarını tələb edirRusiyanın ən iri dövlət bankı milyarder Mübariz Mənsimova məxsus olan "Palmali" şirkətinə qarşı iddia qaldırıb.

Sonxeber.az virtualaz.orga istinadən xəbər verir ki, hakim V.S.Biryukovanın icraatında olan iddiada "Sberbank" "Palmali"dən 10,3 milyon dollardan artıq vəsaitin ödənilməsini tələb edir.

Qeyd etmək lazımdır ki, bu, Rusiyanın ən iri maliyyə təşkilatının Mübariz Mənsimovun şirkətinə qarşı ilk maddi tələbi deyil.

Belə ki, 2015-ci ildə bank "Palmali"ni kredit öhdəliklərini yerinə yetirməməkdə ittiham edib və 214 milyon rubl vəsaitin şirkətdən alınmasını istəyib. Bu məbləq 2013-cü ilin oktyabr ayında bağlanmış iki kredit müqaviləsinə görə borc məbləği olub.

"Sberbank"ın bəyanatında bildirilir ki, həmin müqavilələr əsasında bank "Palmali"yə ümumi məbləği 3 milyon dollar olan kredit xətləri açıb və məbləğ 2019-cu ilə kimi ödənilməli idi. Lakin borcalan öhdəliklərini "lazımınca" icra etmir. Bununla bərabər, "Sberbank" borcalanın əmlakına həbs qoyulmaqla təminat xarakterli qərarın çıxarılmasını tələb edib.

Rusiyanın ən iri bankı Mənsimovdan pullarını tələb edirO vaxt – 2015-ci ildə, bu gün olduğu kimi, "Palmali" bu məsələ ilə bağlı hər hansı şərhdən imtina edir. Lakin aydındır ki, "Palmali"nin təchizatçılar və podratçılarla mütəmadi olaraq problemləri meydana çıxır.

2015-ci ilin əvvəlindən Rostov vilayətinin Atbitraj Məhkəməsinə şirkətdən borcun ödənilməsini təmin etmək məqsədilə 20-yə yaxın iddia ərizəsi daxil olub. Tələblərdə göstərilən məbləğlər 1-dən bir neçə milyon rubla qədər dəyişir və bunların əksəriyyəti məhkəmə tərəfindən təmin edilib, yerdə qalanları isə baxılmaqdadır. İyun ayında "Hermes" MC hətta "Palmali"nin müflis elan edilməsi tələbi ilə çıxış edib, lakin sonradan MC borc ödənildiyinə görə iddiasını geri götürüb.

Eyni zamanda, "Palmali" MMC-nin kreditor borcunun məbləğinə diqqət yetirməyə dəyər. "SPARK-İnterfaks"ın məlumatına əsasən, 2015-ci ildə şirkət borc və kreditlər üzrə 3,78 milyard rubl ödəniş etməli idi; bundan savayı, şirkətin 9,3 milyard rubl həcmində uzunmüddətli öhdəlikləri mövcuddur.

Bunlardan əlavə, "Palmali" Rusiya büdcəsinə vergi ödəmələrindən yayınma ilə əlaqədar qalmaqalın mərkəzindədir. 44,8 milyon dollar həcmində gəlir vergisi əvəzinə, şirkət dövlət büdcəsinə vur-tut 1,222 milyon dollar ödəniş edib.

Uyğunsuzluqlar hələ 2013-cü ildə - Rusiya vergi müfəttişləri şirkəti yoxlayarkən üzə çıxıb. Həmin yoxlamanın nəticələri əsasında Rusiya İstintaq Komitəsinin Cənub Nəqliyyatda İstintaq İdarəsi 2016-cı ilin əvvəlində şirkətin direktoru Aleksey Mixelev barəsində RF Cinayət Məcəlləsinin 199-cu maddəsinin 2-ci hissəsinin "b" bəndi üzrə ("Təşkilatın xüsusilə iri məbləğdə vergidən yayınması") cinayət işi qaldırıb. Söhbət 1 milyard 282 milyon rubl həcmində məbləğdən gedir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1233   Tarix: 06 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021