"Həyatımda belə müsibət görməmişdim" - Cərrah şoka düşüb - VİDEO - FOTO

"Həyatımda belə müsibət görməmişdim" - Cərrah şoka düşüb - VİDEO - FOTOTravmatologiya şöbəsinin cərrahı Li Kuk Yonqun iş günü gərgin və ağır keçmişdi. Axşam saatlarında yorğunluqdan ayaq üstə güclə dayanan doktor Yonq evə getməyə hazırlaşanda qəflətən telefonu zəng çaldı.

"Şöbədə qalın, cərrahiyyə əməliyyatına hazırlaşın. ABŞ Hərbi-Hava Qüvvələrinin "Qara qırğı" helikopteri artıq yoldadır. Yaralı əsgər gətirirlər. Onu Şimali Koreya hərbçiləri güllələyiblər", - doktor Yonqa dedilər.

Sonxeber.az Milli.Az-a istinadən bildirir ki, Cənubi Koreyanın paytaxtı Seuldakı Aju Universitetinin nəzdindəki Travmatologiya Mərkəzində çalışan cərrah Yonq yaralı əsgər O Çon Son gətirilən kimi onu əməliyyata hazırlamağa başlayıb.

Cərrahın dediyinə görə, O Çon Sonun vəziyyəti çox ağırdı: "O, kliniki ölüm və koma vəziyyətinə yaxındı. Qan təzyiqi də həddən artıq aşağı düşmüşdü. Ümumiyyətlə, yarlı əsgər əzilmiş, sıxılmış dəmir bankaya bənzəyirdi".

24 yaşlı O Çon Son Şimali Koreya Xalq-Demokratik Respublikasının silahlı qüvvələrinin əsgəridir. O, sərhədi keçərək Cənubi Koreyaya qaçıb və bu zaman güllələnib.

Şimali və Cənubi Koreyaları ayıran sərhədi keçəndə O Çon Son 5 güllə yarası alıb.

Əsgərin sağ diz oynağında, sağ qolunun triseps əzələsində, belində, qasığında və çiynində güllə yaraları vardı. Amma problem bu yaralarla bitmirdi.

Yaralarda qalmış güllələrin çıxarıldığı 5 saatlıq əməliyyatda Li Kuk Yonq yaralı əsgərin bağırsaqlarını da əməliyyat etməli olub. Çünki güllələrdən biri bağırsağı da dəlmişdi.

Cərrah Yonq əsgərin bağırsaqlarında qurdların qaynaşdığını görüb.

"20 illik cərrah karyeramda bağırsaqda bu qədər qurd görməmişdim. Güllənin dəldiyi bağırsağı tikəndə oradakı qurdları dartıb çıxarmalı oldum. Yoğun, ağ rəngli qurdlar qan içində qıvrılırdılar", - Yonq deyib.

Qurdların bəziləri 27 sm uzunluqdadır.

Cərrahın dediyinə görə, əsgərin vəziyyəti həddən ziyadə ağır olduğundan Onun əməliyyat zamanı öləcəyindən qorxub.

Bütün bunlarla yanaşı, yaralı əsgər vərəm və hepatit B xəstəsi idi.

İki gün sonra O yenidən əməliyyat olunub. Daha sonra isə O sürətlə sağalmağa başlayıb və reabilitasiya prosesi hətta həkimləri təəccübləndirib.

Yonq indi yaralı əsgərlə qürurlanır.

"O, əsl qəhrəmandır. Diktaturadan qurtularaq qaçmaq cəsarət və qətiyyət tələb edir", - Yonq söyləyib.

O Çon Sonun vəziyyəti indi stabil olsa da, ağırdır. Həkimlər onun vərəm və hepatit B xəstəliklərinit müalicə etməyə, əsgəri posttravmatik stressdən qurtarmağa başlayıblar.

Yonqun dediyinə görə, O Çon Son xofdan qurtula bilmədiyi üçün gecələr yuxudan ayılır, qışqırır, "Bura Şimali Koreyadır?" soruşurdu: "Naəlac qalıb onun palatasından Cənubi Koreyanın bayrağını asdıq. Onu sakitləşdirmək üçün "Sən heç Şimali Koreyada Cənubi Koreyanın bayrağını görə bilərsənmi?" soruşdum. Sakitləşdi".

"Həyatımda belə müsibət görməmişdim" - Cərrah şoka düşüb - VİDEO - FOTO"Həyatımda belə müsibət görməmişdim" - Cərrah şoka düşüb - VİDEO - FOTO"Həyatımda belə müsibət görməmişdim" - Cərrah şoka düşüb - VİDEO - FOTO"Həyatımda belə müsibət görməmişdim" - Cərrah şoka düşüb - VİDEO - FOTO"Həyatımda belə müsibət görməmişdim" - Cərrah şoka düşüb - VİDEO - FOTO"Həyatımda belə müsibət görməmişdim" - Cərrah şoka düşüb - VİDEO - FOTO"Həyatımda belə müsibət görməmişdim" - Cərrah şoka düşüb - VİDEO - FOTO"Həyatımda belə müsibət görməmişdim" - Cərrah şoka düşüb - VİDEO - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 3769   Tarix: 06 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı - VİDEO

Sosial şəbəkədə yayılan video insanların marağına səbəb olub. Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarılıb. Bildirilir ki, 750 qram qızıl istifadə edilərək hazırlanan iç geyiminin dizaynı türk zərgərlərinə məxsusdur. Həmin paylaşımı təqdim edirik:

15 aprel
.

İtkin düşən 2 bacı və əmioğlu başqa şəhərdə tapıldı

Türkiyədə itkin düşən 3 uşaq başqa şəhərdə tapılıb. Spnxəbər.az xarici mediaya istinadən xəbər verir ki Türkiyənin Mersin şəhərində itən 3 uşaq Adana şəhərində tapılıb. Polis qrupları Ramazan bayramının ilk günündən axtarışda olan 2 bacı və əmioğlunu Adanaya getdiyini öyrənib. Mərkəz Seyhan səmtindək

15 aprel
.

"Hind peyğəmbəri"nin proqnozları özünü doğrultmağa başladı - O nə demişdi?

Hindistanlı astroloq Abiqya Anand ötən ilin sonunda bir sıra təbii fəlakətlər barədə xəbərdarlıq edib. xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya və Tayvanda baş verən son zəlzələlər onun proqnozlarını təsdiqləyir. Hindistanlı astroloq Abiqya Anand 2024-cü il üçün nə proqnozlaşdırdı?. Keçən ili

15 aprel
.

İtən 2 yaşlı uşaq altı saat sonra ölü tapıldı

Türkiyənin Bursa şəhərində ailəsi ilə gəzintiyə çıxan 2 yaşlı uşaq bir müddət sonra yoxa çıxıb. xarici mediaya istinadən xəbər verir ki, 100 nəfərlik bir qrupun səfərbər olduğu axtarış işləri nəticəsində dərə yatağında 2 yaşlı uşağın cansız bədəni tapılıb. Ailə 2 yaşlı uşaqları ilə birlikdə çayın kənarın

16 aprel
.

Rəisi Pakistana gedir

İran Prezidenti İbrahim Rəisi Pakistana səfər edəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb. Qeyd edilib ki, İbrahim Rəisinin səfəri aprelin 22-nə planlaşdırılıb. İki günlük səfər zamanı Yaxın Şərqdə baş verən son proseslər, o cümlədən ikitərəfl

15 aprel
.

Bu mənzildə nə baş verir? Keçən il meyit tapılan evdən daha iki cəsəd TAPILDI

Türkiyədə keçən il meyit tapılan evdə, yenə iki cəsəd tapılıb. xarici mediaya istinadən xəbər verir ki, Sakaryanın Karasu rayonunda, mənzildən gələn kəskin pis qoxu səbəbi ilə evə bələdiyyə işçiləri daxil olub. Mənzilində 2 kişinin cansız cəsədi tapılıb. Məlum olub ki, ötən il də həmin mənzildə 61 yaşl

15 aprel
.

Rusiyada TikTok bloklana bilər

Rusiyanın Sosial Şəbəkələrin və Messencerlərin Peşəkar İstifadəçiləri Assosiasiyası ölkədə TikTok-un bloklanmasını istəyir. "Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, assosiasiya Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinə ("Roskomnadzor"

16 aprel
.

Vəsiqəsi olmadan maşın sürdü, cərimə yazan polisi BIÇAQLADI

Türkiyədə bir gənc sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə görə polis tərəfindən cərimələnib. Bu zaman gəncin yanında olan qardaşı həmin polisi bıçaqlayıb. xarici mediaya istinadən xəbər verir ki, vəsiqəsi olmadan avtomobil idarə edən qardaşına cərimələyən polisi bıçaqlayan şəxs həbs edilib

16 aprel
.

Zelenskidən çoxmənalı paylaşım: Dünyada istənilən raketləri dayandırmaq üçün...

Ukrayna prezidenti Volodimir Zelenski "X" hesabında İranın İsrailə hava zərbələri ilə bağlı çoxmənalı paylaşım edib. xəbər verir ki, o, "dünyada istənilən raketləri, intihar bombalarını və digər terror vasitələrini dayandırmaq üçün lazım olan hər şey var" yazıb. Daha sonra qeyd edib

14 aprel