ABŞ-ın Qüds seçimi və müsəlman dünyasını gözləyən DƏHŞƏTLƏR - ŞƏRH

"Donald Tramp o qərarı qəbul edərsə, İsrail ilə Fələstin arasındakı münaqişə yenidən öz qaynar mərhələsinə geri qayıdacaq və daha da dərinləşəcək".
Bu sözləri Publika.az-a politoloq Zərdüşt Əlizadə ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi qəbul edəcəyi məsələsinə münasibət bildirərkən deyib.
Politoloq bildirib ki, Trampın belə bir qərarı çox sayda insan tələfatına yol aça bilər:

"Bu addımla birlikdə münaqişənin həlli imkanları xeyli zəifləyəcək. Nəticədə də sülhdən danışan Amerika münaqişə ocağına bir vedrə benzin tökmüş olacaq. Bu addımı atmaqda məqsəd isə sionist işğalçılara dəstək verməkdir.
Amerika belə bir qərar qəbul etməklə ərəblərin qanuni və beynəlxalq hüquqlarını tapdalayır və ifrat radikal yəhudi millətçilərinə dəstək verir. Bunu etməkdə də tək məqsəd Amerika daxilindəki yəhudi lobbisini güclənmdirməkdir. Çünki sözügedən lobbinin Amerikada böyük gücü var. ABŞ öz mövqeyini xilas etmək naminə beynəlxalq hüququ, ərəbləri, müsəlman dünyasını təhlükəyə atır".
Z.Əlizadə dünya ölkələrinin bu qərara birmənalı münasibət bildirməyəcəyini deyib:
"Kimsə özünü biabır edirsə, onun rəqibi ağıllı bir addım ataraq onu kənardan müşahidə etməyə başlayır. Bu məsələdə də Rusiya eyni mövqeyi tutur. Hələ 1979-cu ildə SSRİ Əfqanıstana səfehcəsinə giriş edəndə onun rəqibləri sevinirdi ki, SSRİ öz evini yıxır. İndi də Tramp tarixi təkrarlayır və Amerikanın dünyadakı nüfuzuna ciddi xələl yetirir.
Hazırda ərəb-müsəlman dövlətlərinin əksəriyyəti Amerikanın əlaltısıdır. Təbii ki, ABŞ-dan asılı olmayan müsəlman dövlətləri Fələstinə dəstək verəcək.
Amerika böyük və güclü dövlətdir. Lakin onun son 40 il ərzində həyata keçirdiyi siyasəti izlədikcə nə qədər səfeh qərarlar qəbul etdiyinin şahidi oluruq: Vyetnam müharibəsinin başlanmasından tutmuş, Əfqanıstan, İraq, Liviya, Suriyaya etdiyi müdaxilələrə qədər. İndi amerikalı siyasətçilər bütün bu hadisələri sadəcə bir səhv adlandırmaqla kifayətlənirlər. Ancaq bu "səhvlər"in nəticəsində milyonlarla insanın həlak olmasına, əzab-əziyyət çəkməsinə, yurd-yuvasından didərgin düşməsinə göz yumurlar.
İndi də Trampın növbəti "səhv"i minlərlə insanın gələcəyini təhlükə altına atacaq və Amerikanın nüfuzuna ciddi zərbələr vuracaq. Onun bircə yanlış qərarının acısını isə bütün bəşəriyyət çəkəcək.
Donald Tramp yalnız özünü, öz şəxsi maraqlarını düşünür. O fikirləşir ki, bu addımı atarsa, Amerika daxilindəki yəhudilərin rəğbətini qazanacaq. Amerikanın milli maraqları Donald Trampın qətiyyən vecinə deyil".
ABŞ-ın Qüds seçimi və müsəlman dünyasını gözləyən DƏHŞƏTLƏR - ŞƏRHABŞ-ın Qüds seçimi və müsəlman dünyasını gözləyən DƏHŞƏTLƏR - ŞƏRH


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1878   Tarix: 06 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zaxarova Ermənistan barədə: "Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir" - VİDEO

"Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova -nun Ermənistanla bağlı sualını cavablandırarkən deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yayımlanır. Zaxarovanın sözlərin

27 mart
.

Xankəndinin mərkəzi meydanına "Zəfər meydanı" adı verilib

Xankəndinin mərkəzi meydanına "Zəfər meydanı" adı verilib. AZƏRTAC xəbər verir ki, Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışan Prezident İlham Əliyev deyib:. "Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. .Məhz bu meydanda xalqımız

18 mart
.

Azərbaycan XİN Rusiyadakı silahlı hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib. "Report" xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib. "Moskvada "Krokus siti holl" konsert kompleksinə edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiy

22 mart
.

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Mehriban Əliyevanın rəsmi "Instagram" hesabındakı paylaşımda deyilir:. "Əziz həmvətənlər!. Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc

20 mart
.

Hikmət Hacıyev Hakan Fidanla görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN öz "X" hesabında paylaşıb

15 mart
.

"Hesabatına ödənişi əlavə etməyi unudub" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, Hacıyev bu barədə "X"də qeyd edib:. "NATO-nun keçmi

27 mart
.

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq - CANLI

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq keçirilir. xəbər verir ki, brifinqdə prokurorluq rəsmiləri kütləvi məzarlıqla bağlı vacib açıqlamalar verirlər

18 mart
.

Bayden Prezident İlham Əliyevi təbrik edib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident. Amerika Birləşmiş Ştatlarının xalqı adından Sizə və Azərbaycan xalqına xoş arzularımı yetirir və Novruz bayramınızın dinc

16 mart
.

Blinkendən Novruzla bağlı PAYLAŞIM

Baharın gəlişini və yeni başlanğıcları bildirən Novruz bayramınız mübarək. xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken "X" hesabında paylaşım edib. "Ailə bağları və daha parlaq bir gələcək üçün bu dəyərlərə sadiq qalaq", - deyə paylaşımda vurğulanıb

20 mart