Bakı məktəblərində psixoloqların işi yoxlanılır

Bakı məktəblərində psixoloqların işi yoxlanılırSon zamanlar orta məktəblərdə baş verən xoşagəlməz olaylar təhsil ocaqlarındakı psixoloqların işini gündəmə gətirir.
Görəsən məktəblərdə psixoloqların fəaliyyətinin yoxlanılması üçün monitorinqlər təşkil edilirmi? Psixoloqların iş fəaliyyətində ümumi vəziyyət necədir?

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəblərdə bu istiqamətdə mütəmadi olaraq monitorinqlər keçirilir:

"Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2017–ci ildə paytaxtın 12 rayonu üzrə ümumi təhsil müəssisələrində məktəb psixoloqlarının ilkin monitorinqi keçirilib. Monitorinqin keçirilməsində məqsəd məktəb psixoloqlarının peşəkar ehtiyaclarını müəyyənləşdirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini öyrənməkdən ibarətdir.
Ümumiyyətlə BŞTİ tabeliyindəki ümumi təhsil müəssisələrində vaxtaşırı psixoloqlar ilə görüşlər keçirilir. Görüşlərin keçirilməsində əsas məqsəd məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltməkdən ibarətdir. Görüş zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloji xidmətin təşkili üzrə metodistləri "Məktəbdə psixoloji xidmətin təşkili" mövzusunda təqdimatlarla çıxış edirlər".

İdarədən verilən məlumatda qeyd edilib ki, görüş zamanı psixoloqların fəaliyyət planı, ayrı-ayrı yaş qruplarına aid olan şagirdlərin idrak sferasının xüsusiyyətlərinin diaqnostikasının aparılması məsələləri də müzakirə olunur:

"Görüşlərdə məktəb psixoloqlarının fəaliyyəti zamanı qarşılaşdıqları problemlər haqqında danışılır və qarşılıqlı müzakirələr aparılır. Psixoloqlara uşaqların təlim-tərbiyəsi problemləri və psixoloji xidmət sahəsində yaranan yeniliklərlə bağlı məktəb rəhbərliyi, müəllim, valideyn və tərbiyəçilərin maarifləndirilməsi istiqamətində təlimlərin təşkili, maarifləndirici-profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq tövsiyələr də verilir.
Görüş zamanı psixoloqların fəaliyyət planı, ayrı-ayrı yaş qruplarına aid olan şagirdlərin idrak sferasının xüsusiyyətlərinin diaqnostikasının aparılması məsələləri müzakirə olunur, psixoloqlara bu istiqamətdə müvafiq alətlər və metodik tövsiyələr təqdim edilir.
Həmçinin, paytaxtın bütün ümumi təhsil müəssisələrinin rəhbər, müəllim və digər əməkdaşları üçün hər tədris ili ərzində 2 dəfə təşkil olunan "Məktəb seminarları" çərçivəsində məktəb psixoloqları ilə də görüşlər və müzakirələr aparılır. Sonuncu seminarların mövzusu "Şagirdlərin idrak sferasının korreksiyası və inkişaf etdirilməsi yolları" olub. Seminarda psixoloqları narahat edən əsas məsələlər ətrafında diskussiyalar təşkil olunur".

BTŞİ-nin məlumatına görə, dekabrın 2-ci ongünlüyündən başlayaraq məktəb psixoloqlarının monitorinqlərinin II mərhələsinə start veriləcək:
"Eləcə də məktəb psixoloqları şagirdlərin təfəkkür, təxəyyül, diqqət, hafizə və nitq sferalarındakı qüsurlarını aradan qaldırmaq üçün əyani alətlərlə təmin ediliblər.
Dekabrın 2-ci ongünlüyündən başlayaraq, BŞTİ tərəfindən məktəb psixoloqlarının monitorinqlərinin II mərhələsinə start veriləcək. Monitorinqin məqsədi məktəb psixoloqlarının fəaliyyətinin təkmilləşdirilməsi, iş şəraiti və iş prosesləri ilə tanış olmaqdan ibarətdir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1269   Tarix: 06 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb

Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb. APA xəbər verir ki, hadisə rayonun Xil kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü Nabat Babayeva evinin həyətində yıxılaraq xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, qadın orada ölüb. Faktla bağlı araşdırm

24 aprel
.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel
.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

24 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağl

24 aprel
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə -a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziy

23 aprel
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23 aprel
.

Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin aprelin 24-ü saat 09:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb. Bu barədə xidmətdən -a bildirilib. Aprelin 23-də axşam Bakıda və Abşeron yarımadasında qısamüddətli az yağış yağıb. Düşən yağıntını

24 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel