Sensasiyalı islahatlar gəlir: nazirlər və icra başçıları... - Anons

Sensasiyalı islahatlar gəlir: nazirlər və icra başçıları... - AnonsStrateji Yol Xəritəsində resbuplikada kadr bankının yaradılması ilə bağlı fikirlər var və bunlar tədricən reallaşdırılır. Prezident İlham Əliyevin ötən gün Fazil Məmmədovun vergilər naziri vəzifəsindən azad edilməsi ilə bağlı sərəncamı da məhz bununla bağlı idi.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O vurğulayıb ki, ölkə başçısı Nazirlər Kabinetini əsaslı surətdə tələblərə uyğun yeniləyir və çevikləşdirir:

"Kadr islahatları ilə yanaşı, struktur islahatları da aparılacaq. Bu bürokratik aparatın yenilənməsi və daha çevik idarəetmə mexanizmlərinin yaradılması deməkdir. 2017-ci ilin əvvəllərindən başlayan bu proses ölkənin kadr potensialı istiqamətində bir çox sahələri əhatə edib. Yəni bir sıra nazirlər vəzifədən uzaqlaşdırılıb, bir sıra nazirlik və komitələr isə birləşdirilib. Bu proses davam edəcək. Bununla yanaşı, növbəti ildə Nazirlər Kabinetində bir sıra şöbə rəisləri də istefaya göndəriləcək. Yaxın aylarda Nazirlər Kabinetinin başçısının da dəyişəcəyini düşünürəm. Çünki cavan və dövrün tələblərinə uyğun kadrların iş başına gətirilməsi idarəetmənin vacib şərtlərindən biridir. Bütün bunları nəzərə alsaq, Nazirlər Kabineti ilə başlayan islahatların yerli hakimiyyət orqanlarında davam edəcəyini söyləmək olar. Yəni bir sıra icra başçılarının da dəyişəcəyi gözləniləndir. Bütün bunlar ölkənin kadr aparatının sürətlə yeniləndiyinin göstəricisidir".

Q.Hüseynli bu prosesin gələn il daha da sürətlənəcəyini və nəticə etibarilə bir sıra nazirlik və komitələrin səlahiyyətlərinin ASAN idarəetmə qurumuna veriləcəyini bildirib:

"Bu gün Azərbacan üçün ən vacib məsələ səmərəli idarəetmə strukturlarının formalaşdırılmasıdır. Aparılan islahatların əsasını da məhz bu, təşkil edir".

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün Fazil Məmmədovu vergilər naziri vəzifəsindən azad edib. Prezidentin digər sərəncamı ilə Mikayıl Çingiz oğlu Cabbarov təhsil naziri vəzifəsindən azad edilərək, vergilər naziri təyin edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 7290   Tarix: 06 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19 aprel
.

Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edib

"Azərbaycan və Ermənistan ilk dəfə olaraq problemi danışıqlar masası arxasında həll ediblər". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edərkən jurnalistlərə açıqlamasında bildirib. "İstəməzdim ki, baş verənlərə ço

20 aprel
.

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - FOTO/VİDEO

Aprelin 20-də Quru Qoşunlarının qərargahında müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müşavirədə müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev, Qur

20 aprel
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19 aprel
.

Azərbaycan Prezidenti: "Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur"

"Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir". AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında söyləyib. "Biz Qarabağd

16 aprel
.

Vladimir Putin: "Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb"

"Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları v

22 aprel
.

R.Vardanyan - "Çirkli pulları yuma" hesabatlarında, yoxsa Nobel namizədliyində?

Məlum olduğu kimi, son illər ərzində özü barədə "filantrop" təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkar çirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yaradılmış qondarma "Artsax Respublikası" adlı qanunsu

16 aprel
.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel
.

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır. xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib:. "Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan memorandumla Qarabağ regionunda atəşkəsə nəzarət və pozuntuların qarşısını

18 aprel