Son zamanlar baş ağrıları niyə artıb? - Həkim İNANILMAZ SƏBƏBLƏRİ AÇIQLADI

Son zamanlar baş ağrıları niyə artıb? - Həkim İNANILMAZ SƏBƏBLƏRİ AÇIQLADIHər ay güclü baş ağrıları ilə həkimə müraciət edənlərin sayı 50% artır. Alimlər miqrenin əsas səbəbini beyində maddələr mübadiləsinin pozulması olaraq dəyərləndirir. Statistikaya görə, tibbin son dərəcə inkişaf etdiyi Amerikada 190 min nəfər miqren xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyə kişilərə nisbətən qadınlarda 3 dəfə daha çox rast gəlinir.
Miqren – ciddi xroniki xəstəlik növüdür və bu diaqnoz yalnız həkim müayinəsindən sonra məlum olur. Güclü və uzun sürən şiddətli baş ağrıları zamanı insanlar bunu yorğunluq əlaməti olaraq dəyərləndirir və bəzən həkimə müraciət etmir.Bu isə insan sağlamlığı üçün olduqca təhlükəli xəstəliklərin gizli şəkildə inkişaf etməsinə və ağır nəticələrlə sonlanmasına gətirib çıxara bilər. Bəs bu ağrıların əsas simptomları hansılardır? Güclü baş ağrıları nədən yaranır? Kəskin miqrenin müalicəsi varmı? Epilepsiya əlaməti sayılan baş ağrılarından necə qurtulmalı?

- Son vaxtlar güclü baş ağrıları ilə həkimə müraciət edənlərin sayında artım müşahidə edilir. Bunun kütləvi şəkildə yayılmasının səbəbi nədir?
- Hər bir insan həyatının müəyyən bir dövründə qısa müddətli də olsa, baş ağrılarından əziyyət çəkir. Hər 5 nəfərdən 4-ü il ərzində bir dəfə də olsa, mütləq şəkildə baş ağrılarından şikayətlənir. Bu gün yaşayış tərzindən, gərgin iş və dərs rejimindən asılı olaraq, insanlar baş ağrılarını əhəmiyyətsiz sayırlar. Lakin bu heç də elə deyil. Bu ağrılara etinasız yanaşmaq ciddi fəsadlarla nəticələnə bilər. Baş ağrılarının 70-ə yaxın səbəbi ola bilər. Və xüsusilə də elmə məlum olan 40-a yaxın ağır xəstəliyin ilkin simptomu məhz baş ağrısı hesab olunur. Baş ağrıları hər insanda fərqli səbəblərdən əmələ gələ bilər - yorğunluq, yuxu rejiminin pozulması, iris genetik xəstəliklər, beyində gedən hər hansı iltihabi proses, şüa, stress, kəskin emosional davranışlar, sarsıntı, travma və s. Ümumilikdə isə bütün hallarda bu ağrılar sağlamlıq üçün təhlükəlidir. Təbii ki, səbəbindən asılı olaraq, təhlükəlilik dərəcəsi də fərqli olur. Bunu yalnız həkim müayinəsindən sonra dəqiqləşdirmək olar. Odur ki, istənilən baş ağrısı epizoduna ciddi yanaşmaq və onun requlyar xatakter alması hallarında həkimə müraciət etmək vacibdir.
- Sizə müraciət edən xəstələr ən çox hansı növ baş ağrılarından şikayətlənirlər? Ən çox yayılan hansıdır?
- Baş ağrıları simptomatik və birincili olmaqla iki əsas qrupa bölünür. Simptomatik baş ağrısı hər hansı bir xəstəliyin şikayəti kimi qiymətləndirilir. Məsələn, ümumi soyuqdəymənin əlamətləri kimi meydana gələn baş ağrıları. Birincili baş ağrısı dedikdə isə müstəqil bir xəstəlik nəzərdə tutulur və bu xəstəliyin müalicəsi üçün spesifk yanaşma tələb olunur. Birincili baş ağrıları arasında birinci yerdə miqren diaqnozu durur. Bizə müraciət edən xəstələrin əksəriyyətində məhz bu diaqnoz müşayiət olunur. Amma onunla bərabər, tibbi adı ilə "gərginlik baş ağrıları" dediyimiz baş ağrıları da son dövrlərdə artıb. Bunun da əsas səbəbi texnologiyanın inkişafı və mobil telefon, kompüter və s. vasitələrlə gün ərzində normadan çox məşğul olmaqdır. Gərginlik baş ağrıları birincili baş ağrılarının ən çox rast gəlinən növlərindəndir. Ağrılar əsasən gicgah və ya ənsə nahiyəsində, bəzən isə bütöv başda hiss olunur. Təxminən bu ağrılar minimum 30 dəqiqə, maksimum isə bir neçə günə qədər intensiv davam edə bilir. Ağrılar zamanı orqanizmdən asılı olaraq, tələffüzdə müəyyən pozuntular, fikir dağınıqlığı, ürəkbulanma və qusma kimi əlamətlər də qeydə alına bilər. Gərginlik baş ağrıları 18-20 yaş gənclərdən başlayaraq gərgin rejimdə çalışan 40-50 yaş arası insanlarda da rast gəlinir. Bu zaman şüadan və stressdən uzaq olmaq ağrıların dərəcəsini azaldacaq. Lakin mütləq həkimə müraciət edib müalicə almaq şərtdir.
- Bəs miqrendən əziyyət çəkən xəstələr? Genetik xəstəlik olduğu üçün müalicəsi yoxdur yoxsa?
- Statistikaya görə, nevropotoloqa müraciət edən xəstələrin 70%-ə yaxını məhz miqrendən əziyyət çəkir. Ümumiyyətlə 99,9 faiz xəstəliklərin hər birində irsi faktor öz sözünü deyir. Damar mənşəli baş ağrıları içərisində ən geniş yayılanı təəssüf ki, miqrenoz baş ağrılarıdır. Bu ağrılara daha çox gənclər arasında təsadüf olunur. Əlamətləri isə fərqli olur, çünki miqren baş ağrılarının bir neçə növü var. Miqren beyindəki bir sıra orqanik dəyişikliklərdən qaynaqlanır. Başlıca simptomu əksər hallarda beyinin sağ və ya sol yarımkürəsində birtərəfli olaraq şiddətli ağrılar verməsidir. Lakin istisna hallarda bu ağrılar başın hər iki tərəfində eyni anda hiss oluna bilir. Ən çox səhər saatlarında hiss olunan miqrenoz baş ağrıları göz qaralması, gözlərdə yaşarma, baş gicəllənməsi, ürək bulanması, güclü səsə və işıqa, kəskin qoxulara qarşı həssaslıq yarada bilər. Onu da qeyd edim ki, gənclər arasında, xüsusilə xanımlarda daha çox müşahidə edirik.Yəni, sırf bir səbəbdən baş ağrısı yaranır demək olmaz. Hər baş ağrısına da miqren demək olmaz. Ona görə, dəqiq müayinədən keçmək mütləqdir. Epilepsiya xəstəliyinin özündə çox hallarda tək simptom elə baş ağrısı olur. İnsanlar buna fikir vermirlər, vaxtında nevropatoloqa müraciət etmirlər və nəticədə ciddi sağlamlıq problemləri yaşanır. Siz dediyiniz genetik xüsusiyyəti, bəli, var. Nəsildə varsa, bu təbii olaraq müəyyən rol oynayır. Lakin, insan beynində qıcıqlanma ocaqları olur və bu səbəbdən də uzun illər intensiv şəkildə baş ağrılarından əziyyət çəkən insanlar var. Amma miqrenin də müalicəsi var. Sadəcə, düzgün və zamanında müalicəyə başlamaq şərtdir.
- Sizcə xəstələr niyə vaxtında həkimə müraciət etmirlər?
- Bu suala cavab vermək çətindir. Amma təəssüf ki, xəstələr vaxtında, ilkin mərhələdə həkimə müraciət etməməklə öz sağlamlıqlarını riskə atırlar. Xüsusi el təbabəti ilə, ev şəraitində ağrını zəiflətməklə olar. amma bu beyində gedən prosesin qarşısını almır. Ona görə də, həkim müayinəsi çox önəmlidir.
- Ola bilər ki, xəstələr "nevropatoloq" sözünü düzgün başa düşmədiyi üçün çəkinirlər?
- Bəlkə də, amma bu sahə çox geniş və dərindir. Nevrologiya baş, boyun, fəqərə, sinir və əzələ sistemi, mərkəzi və periferik sinir sitemlərinin diaqnostikası və profilaktikası da bu sahənin əhatəsinə daxildir. Biz xəstələrlə əvvəlcə söhbət edirik. Onları gülərüz qarşılayırıq. Belə bir misal var - "Gülüş dünyanı xilas edəcək". İnsanlar qəbul etməsələr də, gülümsəmək insan ömrünü uzadır, əsəbləri sakitləşdiri, əhval-ruhiyyəni qaldırır. Ona görə, də həkimlərdən çəkinməyə heç bir səbəb yoxdur.
- Miqrenin əsas simptomları, onu yaradan əsas səbəblər və müalicəsi haqqında bir az məlumat verərdiz.
- Xəstəyə miqren diaqnozu qoymaq üçün mütləq MR Tomoqrafiyası çəkilməlidir. Müəyyən analizlər götürülməli, ağrıların başlaması, davam edən ağrının müddəti, ağrı sırasında və ağrıdan öncə hansı simptomların müşahidə edildiyi barədə xəstə ilə danışmaq lazımdır. Bu diaqnozu həkimdən başqa heç kim təyin edə bilməz. Miqrenin bir neçə növü var:
1. Frontal miqren - alın
2. Temporal miqren - gicgah
3. Oksipital miqren - boyun
4. Paranazal miqren - burun
Ağrıların yaranmasına havasız məkanlar, şüa, yüksək səs, işıq, parfüm və müxtəlif kəskin qoxular səbəb ola bilir. Miqren və miqren tipli xəstəliklərdə öncəliklə məlum olan risk faktorlarını aradan qaldırmaq önəmlidir. Ağrı tutduğu zaman həkimə müraciət olunubsa, təyin olunan dərman vasitələrini qəbul etmək ağrının azalmasına kömək edəcək. Bundan əlavə, həmin an yaxşı olardı ki, səssiz, qaranlıq bir yerdə uzanıb, ağrıların kəsməsini gözləsinlər. Digər yol isə həkimə müraciət edilməyibsə, güclü tutmalar başlamazdan əvvəl cüzi ağrı hissiyatında onun qarşısını almaqdır. Nanə çayı, qaranlıq və səssiz otaq, təbii qidalardan bal və təmiz havada gəzmək nisbətən kömək edə bilər. Çünki miqren müalicə olunmadıqda ağrılar 4 saatdan 72 saata qədər davam edir.
- Bəzən insanlar baş ağrısı üçün aptekdə olan adını belə bilmədikləri ağrı kəsiciləri alıb içirlər. Bu nə dərəcə də doğrudur?
- Bilirsiz, bu əsas problemlərdən biridir. Təəssüf ki, səhhətində problem olan insan ilk olaraq həkimə deyil, qonum-qonşunun tövsiyyəsi ilə hər hansı sakitləşdirici dərman preparatları alır. Apteklərdə təsir dərəcəsi yüngül olan ağrıkəsicilərin reseptsiz satılması qanunla tənzimlənir. Lakin miqren xəstələrində ağrılar əsasən səhər saatlarında 5-6 arası tutur. Bu zaman həm də beyin-qan dövranının kəskin pozulması baş verə bilər. Burda yaş faktoru da önəmlidir. Həftə ərzində 3-4 dəfədən artıq baş ağrıları varsa, bu artıq riskli vəziyyət hesab olunur. Belə olanda xəstələr var ki, həftələrlə həkimə getmir və ovuc-ovuc dediyiniz ağrıkəsicilərdən istifadə edir. Bu yanlışdır. Səhər bu dərmanlar onlarda mədə-bağırsaq problemləri, böyrəklərdə və qaraciyərdə ciddi xəstəliklər yarada bilər. Ona görə də, mən bir həkim olaraq, dərman qəbul etməzdən əvvəl mütləq şəkildə həkimə müraciət etmələrini tövsiyə edirəm.
- Yeganə xanım, bizə vaxt ayırdığınıza və məsləhətlərinizə görə təşəkkür edirəm.
- Buyurun. Həmişə sağlam olun!

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2321   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Öldüyü deyilən milyarder məşuqəsi ilə Bakıya gəzməyə gəlib – ŞOK TƏFƏRRÜATLAR

Almaniyanın RTL telekanalının jurnalistləri 2018-ci ildə yoxa çıxan milyarder Karl-Erivan Haubun hələ də sağ olduğunu iddia edirlər. Onların sözlərinə görə, o, gizli şəkildə Rusiyaya gedib və Moskvada özündən 20 yaş kiçik məşuqəsi ilə yaşayır. Köln prokurorluğu araşdırmaya başlayıb. RTL-nin məlumat

19 aprel
.

Teleqramda da stikerlər düzəltmək mümkün olacaq

Teleqram tərtibatçıları messencerə stiker yaratmaq üçün yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər. "Qafqazinfo" xəbər verir ki, artıq hər bir istifadəçi foto və videolarından öz stikerini hazırlaya biləcək. Stikerlər yaratmaq üçün müvafiq bölməyə keçin və " işarəsinin üzərinə klikləyin

19 aprel
.

İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO

Paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsində yeniyetmənin piyada işıqforuna zərbə vurmasını əks etdirən görüntülər araşdırılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli məlumat verib. Bildirilib ki, polis əməkdaşları tərəfindən yetkinlik yaşın

20 aprel
.

"Sərxoş idi deyə "prava"m olmasa da, maşını mənə sürdürdü"

Sumqayıtda sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümə səbəb olan 25 yaşlı L.Süleymanovanın məhkəməsi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, xanım müttəhimin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. İttihamda deyilir ki, L.Süleymanova BMW markalı avtomobill

19 aprel
.

Uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq. xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, ölkənin bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. 2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək "İmmunlaşdırma həftəsi"

19 aprel
.

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilib

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti "BakuBus" MMC tərəfindən həyata keçiriləcək. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib. Bu marşrut xətti "Dərnəgül" metrostansiyas

20 aprel
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19 aprel
.

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib. Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyət

19 aprel
.

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universiteti Elm və Təhsil Nazirliyini

20 aprel