İlk qadın Nobel mükafatçısı: Ölümündən sonra ortaya çıxan inanılmaz FAKT

İlk qadın Nobel mükafatçısı: Ölümündən sonra ortaya çıxan inanılmaz FAKTSelma Lagerlöf ədəbiyyat sahəsində dünyanın ilk Nobel mükafatına layiq görülüb, İsveç Akademiyasının üzvü olan qadın kimi tarixə düşüb. Lagerlöfün "Nilsin vəhşi qazlarla sehirli səyahəti" əsəri İsveç xalqının dəyərli mədəni irsi sayılır. O öz xalqının nağıllarını, əfsanələrini gerçək məktublar şəklinə çevirərək, İsveç adlı məmləkətini bütün dünyaya tanıdıb.
Sonxeber.az "fantastik isveçli qadın" ləqəbli Selma Lagerlöf barədə hazırladığı materialı təqdim edir.

Nağılvari uşaqlıq

Selma İsveçin Vermland adlı gözəl şəhərciyində hərbçi və müəllim ailəsində dünyaya göz açıb. Uşaqlığı təbiətin qoynunda hər daşın, qayanın, gülün-çiçəyin əhatəsində öz nağıl dünyasını yaratmaqla keçib.

Balaca Selmanın tərbiyəsində anasının və nənəsinin böyük təsiri olub. Məhz bu iki doğma qadın İsveç xalq ədəbiyyatının sehirli qapılarını onun üzünə açmaqla, gələcəyin böyük yazıçısının mükəmməl zövqünü formalaşdırıblar. Cəmi 3 yaşında ikən Selma iflic olur. Həyatının bir neçə ilini yataq şəraitində hərəkətsiz keçirir. Bu müddətdə nənəsi onun dünyaya açılan pəncərəsinə çevrilir. Sevimli nənəsi Selmaya müxtəlif nağıllar, əhvalatlar danışmaqla kifayətlənmir, Vermland meşələrində yaşayan cinlər haqda əfsanələr uydururdu. Lagerlöf uşaqlığı barədə xatirələrində yazacaqdı:

"Nənəm sübhdən alatoranlığadək yanımda əyləşir, müxtəlif rəvayətlər danışardı. Onu dinləyə-dinləyə təxəyüllümü zənginləşdirdiyim illər həyatımın ən gözəl dövrüdür".

Mayası xalq yaradıcılığı ilə yoğrulmuş Lagerlöfün əsərləri başdan-başa cəsarət və zənginliklə dolu təsəvvür dünyasının məhsuludur.

7 yaşına çatan Selma amansız xəstəlikdən yaxa qurtarmağa nail olur. Bununla yanaşı, həyatının ən böyük qərarını verir. Nənəsinin nağıllar aləminin sehrilə gözəl hekayələr yazmağa başlayır. Günlərin bir günü Stokholmun mərkəzindəki paradda iştirak edən Selma kral sarayının pəncərələrini saya-saya o şüşələrin ardında cərəyan edən hadisələri və insanları təsəvvüründə canlandırmağa başlayır. Bu haqda nə vaxtsa gözəl bir əsər yazacağına qərar verir.

Selma şeirlər, hekayələr yazmağa başlayır. Pöhrələnən yaradıcılıq tumurcuqları onu daha gözəl əsərlər yazmağa vadar etsə də, gənc yazıçı bu enişli-yoxuşlu yolda çox sınanır.

Bir dilim çörəyin belə çətinliklə tapıldığı dövrdə Selma yaradıcılıqdan uzaqlaşıb, müəllimlər seminariyasına daxil olur. Təhsilini başa vurub, Landskrun adlı şəhərciyə köçür. Burada qızlar məktəbində müəllimə işləməyə başlayır. İllər sonra Lagerlöf etiraf edirdi ki, həyatının bu dönəmi yazıdan tamamilə uzaqlaşsa da, bir müddət sonra yaradıcılıq ruhunu toplayıb, "Yöst Berlinq haqda dastan" romanına can verir.

Romantik Selma

Selma Lagerlöfün yazmağa başladığı illərdə ölkə ədəbiyyatında realistik cərəyan hökm sürürdü. Onun əsərlərində realist yazıçıların da dərin təsiri duyulurdu. Lakin Lagerlöf yaradıcılıq səsini daha çox təsəvvür və xəyal dünyasının gücü hesabına ucalda bildi. Uşaqlıq illərində nənəsinin, anasının dilindən süzülən rəvayətlərdən qaynaqlanan sərbəst düşüncə tərzi onu standart realist ədəbiyyatından qat-qat uca zirvələrə qaldırırdı.

Dünya şöhrətli yazıçının neoromantik üslubda yazdığı "Yüst Berlinq haqda dastan" romanı Vermland şəhərciyinin qədim tarixi rəvayətlərinin toplusudur. Əsər XIX əsrin sonlarında İsveç ədəbiyyatsevərlərinin ən oxunaqlı əsərinə çevrilməyi bacarır. Romanda həmçinin realist düşüncə tərzi də sezilir. Lagerlöf doğma Vermland güzəranını gerçək ustalıqla təsvir edərək, eyni zamanda folklor qəhrəmanlarının obrazları ilə zənginləşdirməyə nail olur. İsveçin yeni kapitalist axına doğru yönləndiyi dövrdə görkəmli qələm ustası əsərində qədim tarixə malik məmləkətinin koloritini, milli cizgilərini qorumağa çalışır. Selmanın yaradıcılığının böyük hissəsi folklor motivləri əsasında qələmə alınsa da, bugünədək ən məşhur əsəri məhz bu dastandır.

1906-cı ildə "Nilsin vəhşi qazlarla sehirli səyahəti" romanı çap edilir. Kitab bir neçə gün ərzində Skandinaviya ölkələrinin ən oxunaqlı əsərinə çevrilir. Sonra onlarla dilə tərcümə edilib, yazıçıya dünya şöhrəti gətirir. Maraqlısı odur ki, bu roman demokratik təhsilə keçid etmək istəyən İsveç orta məktəblərində coğrafiya dərsliyi kimi tədris olunmaq üçün ərsəyə gətirilmişdi. Ölkə hakimiyyəti məktəb proqramlarına maarifləndirici, eyni zamanda şagirdlərin marağını cəlb edəcək dərsliklər daxil etməyə qərar verirlər. Layihə üzərində çalışmaq üçün ölkənin alimləri və yazıçıları bu işə cəlb edilməli idilər. Selma Lagerlöfə təklif gələndə, tək çalışmaq istədiyini dilə gətirir. Yazıçı bütün İsveçi qarış-qarış gəzib, kitabı üçün yeni məlumatlar toplamağa başlayır. İstinad etdiyi bir sıra mənbələr, İsveç təbiətinin gözəllikləri, təxəyyül dünyasının zənginliyini bir yerə cəm edib "Nilsin vəhşi qazlarla sehirli səyahəti" romanını ərsəyə gətirir. Bu kitab rəsmi dərslik deyil, əyləncəli səyahət xarakteri daşıyan romana çevrilir. (Yəqin ki, bu təcrübəni çağdaş təhsil sistemində də sınaqdan keçirə bilərik. Axı dünyanın ən güclü təhsil sistemi olan Finlandiya məhs bu sistemlə çalışır. Şagirdi yormadan, incitmədən, əyləncəli üsullarla ona yeni biliklər verir).

Həmin dövr üçün bu kitab təhsildə inqilab sayılırdı. Odur k, Lagerlöfün əsəri az tənqidə məruz qalmırdı.

Nobel mükafatı alan ilk qadın

XX əsrin əvvələrində Selma Lagerlöf kifayət qədər məşhur yazıçı və İsveçin ən sevimli qadınlarından idi. 1907-ci ildə qələm ustası Uppsals Universitenini fəxti üzvü seçilir. 50 yaşlı yazıçının doğum günü ölkənin milli bayramı kimi qeyd olunmağa başlanır.

1909-cu ildə Lagerlöf "Nilsin vəhşi qazlarla sehirli səyahəti" əsərinə görə Nobel mükafatına layiq görülən ilk qadın kimi tarixə düşür. Bu ədəbiyyat qələbəsi Selma yaradıcılığının zirvəsi sayılır.

Bu illər ərzində yazıçı İsveçin ən nüfuzlu şəxslərindən birinə çevrilir. Ömrünün sonunadək azad fikirləri, sərbəst düşüncələrilə qadın haqlarının müdafiəsi yolunda çalışır. Xeyriyyəçilik fəaliyyətilə də diqqət mərkəzində olan Selma İkinci Dünya Müharibəsi zamanı alman mədəniyyətinin parlaq simalarına Almaniyadan qaçıb, digər ölkələrdə məşkunlaşmağa yardım edirdi. Nobel mükafatına görə qazandığı medalı isə Finlandiyaya yardım fonduna hədiyyə edir. Qüdrətli yazıçının bu jestindən təsirlənən Finlandiya hakimiyyəti medalı geri qaytarır.

Artıq dünyada sözü keçən yazar xanım İsveç siyasətində yaxından iştirak etməyə başlayır. 1911-ci ildə Stokholm Konqresində çıxış edərək qadınları öz haqları uğrunda mübarizəyə və cəmiyyətin həyatında fəal iştirak etməyə səsləyir. Lagerlöf İsveç qadınlarına səsvermə hüququ qazandırmaq üçün böyük əmək sərf edir. Öz simasında xanım olmağın böyük üstünlüyünü sübut etməyə çalışır.

(Lakin təəssüf ki, bu gün qadınları ən çox şiddət görən, zorakılığa məruz qalan ölkə İsveçdir. Tənbəllik etməyib, statistik göstəricilərlə baxmaqla yanaşı, bir neçə isveçli xanımla əlaqə saxladım. Onlar bu faktı təsdiqlədilər).
Qadın aşiqi feminist Lagerlöf

Uzun müddət insanlar Lagerlöfü tənha qadın obrazında tanıyıblar. 1990-cı ildə yazıçının arxiv fotoşəkilləri, məktubları tapılanda bəlli oldu ki, ömrünün sonunadək qadın azadlığı uğrunda mübarizə aparan yazıçı Sofi Elkan və Valborq Olander adlı yazıçı qadınlarla eşq macərası yaşayıb. Selma Olanderə yazdığı məktubda - "Tezliklə səninlə qovuşub, bir-birimizə sahib olacağıq. Bu xoşbəxtliyin xəyalı belə məni göylərə qaldırır" - deyə qeyd edir.

Bu qadınlar arasındakı məhəbbət üçbucağı bir neçə onllik boyu davam edir. Lakin Sofinin ölümündən sonra Selma Valborqla daha da yaxınlaşır və son nəfəsinədək onunla birgə yaşayır.

Dünya şöhrətli ilk qadın Nobel mükafatçısının cinsi azlıqları cəsarətləndirən fikirlərindən biri də budur:

"Mən Kopenhagendə olduğum müddətdə bir-birinə aşiq onlarla qadın cütlüklərlə tanış oldm. Axı niyə insana məhəbbət cinsi çərçivəyə salınmalıdır?" (publika.az)
İlk qadın Nobel mükafatçısı: Ölümündən sonra ortaya çıxan inanılmaz FAKTİlk qadın Nobel mükafatçısı: Ölümündən sonra ortaya çıxan inanılmaz FAKTİlk qadın Nobel mükafatçısı: Ölümündən sonra ortaya çıxan inanılmaz FAKTİlk qadın Nobel mükafatçısı: Ölümündən sonra ortaya çıxan inanılmaz FAKTİlk qadın Nobel mükafatçısı: Ölümündən sonra ortaya çıxan inanılmaz FAKTİlk qadın Nobel mükafatçısı: Ölümündən sonra ortaya çıxan inanılmaz FAKTİlk qadın Nobel mükafatçısı: Ölümündən sonra ortaya çıxan inanılmaz FAKTİlk qadın Nobel mükafatçısı: Ölümündən sonra ortaya çıxan inanılmaz FAKT


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1224   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28 mart
.

Nazirliyin şöbə rəisi vəfat edib

Ədliyyə Nazirliyinin əməkdaşı Akşin Mirtəbib oğlu Ağayev vəfat edib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, nazirliyin Neftçala rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, A.Ağayev 2015-ci ildən Ədliyyə Nazirliyinin əməkdaşı olub

28 mart
.

Arvadını çörəkpulu kartına görə döydü, cinayət məsuliyyətindən azad edildi

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Rəşad Zəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Rəşad Zəfərov cinayət məsuliyyətində

28 mart
.

Ağcabədi sakininə yanlışlıqla cərimə yazıldı - AÇIQLAMA

Ağcabədi sakininə texniki xəta səbəbindən cərimə yazılıb. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Qurumdan bildirilib ki, baş verən texniki xəta araşdırılıb və aradan qaldırılıb:. "Sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol verilən qayda pozuntusu fot

28 mart
.

Xocalıda qalıqları tapılan şəhidin oğlu: "Atam bizi çıxardı, özü orada qalıb döyüşdü" - VİDEO

Xocalı soyqırımı zamanı qətlə yetirilən və bir müddət əvvəl rayon ərazisində aşkarlanan kütləvi məzarlıqda qalıqları tapılan şəhid Akif Mahmudov dəfn edilib. Mərhum Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, Xocalı sakinləri iştirak ediblər

27 mart
.

"Bu yolda yerimək təhlükəli hal alıb" - Video

"Bu yol uzun müddətdir ki, bərbad vəziyyətdədir. Avtomobillər buradan işləyə bilmir. Problemi də həll edən yoxdur". Bu şikayətlə "Qafqazinfo"ya Xırdalanın Qəzənfər Xaliqov küçəsində yaşayan bir qrup sakin müraciət edib. Vətəndaşların sözlərinə görə, burada yollar artıq yararsız haldadır

28 mart
.

Suraxanıda 36 yaşlı qadını avtomobil vurub

Bakının Suraxanı rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. "Report" xəbər verir ki, 1988-ci il təvəllüdlü Xatirə Əyyub qızı Yusifova yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır

28 mart
.

Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var, müalicə alıram" - VİDEO

Müğənni Nərmin Kərimbəyova səhhətindən danışıb. xəbər verir ki, "Xəbərin var?" proqramına qonaq olan ifaçı qaraciyərinin bir hissəsi qardaşına köçürüldükdən sonra mütəmadi olaraq müalicə olunduğunu etiraf edib:. "Səhhətimdə problemlər olur, sadəcə onu dilə gətirən adam deyiləm. Siyahıy

28 mart
.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

28 mart