"Özümü öldürmək istəyirəm, ayaqlarımı kəsəcəklər" - Süni bədən dolğusu haqda tükürpədici faktlar

"Özümü öldürmək istəyirəm, ayaqlarımı kəsəcəklər" - Süni bədən dolğusu haqda tükürpədici faktlarSüni bədən dolğusu canlar alır

"Həmin kosmetoloq məni bədbəxt etdi. Allah onun bəlasını versin. Mən də, onu məhv edəcəm. Ayaqlarıma aquafiling adlı nəsə preparat vurdu, sonradan fəsadlar olanda internetdə arşdırdım. Forumda oxudum ki, sən demə aquafilingin adı əvvəl aqualift olub və məlumatlar ona görə köhnə adı ilə çıxır. Gecə qızdırmam qalxdı, yoldaşım məni xəstəxanaya apardı. Bütün bunları ərimdən gizlin eləmişdim. Sonra xəbəri oldu. Çox peşmanam. Yalvarıram mənə kömək edin. Həkim deyir ki, bu maddəni belə çıxartmaq olmaz, ayaqlarımı kəsmək istəyirlər. Ayaqlarım kəsilsə, intihar edəcəm". Solmaz (ad şərtidir – red) adlı bu xanım azxeber.az saytına müraciət edib. Xanımın ayağına vurulan maddələr onu pis günə qoyub. Solmaz xanım Azərbaycanda fəaliyyət göstərən həmin klinikanın və kosmetoloq xanımın adını açıqlasa da, biz hələlik araşdırma apardığımız üçün həmin adları gizli saxlayırıq. Amma hələlik ...

Son zamanlar çox aktual olan bu məsələ barədə məlumatsız olan hətta öz canından, sağlamlığıdan, pulundan keçən xanımlara xatırlatmaq istəyirik ki, gözəllik bu qədər də qurban tələb etməməlidir. Əksinə gözəlləşmək əvəzinə pis günə qalıb, sağlamlığnızdan olursunuz. Tanınmış həkim-kosmetoloq Elnarə Rzayeva ilə əlaqə saxladıq. Elnarə Rzayeva Solmaz xanıma tibbi yardım edəcəyini və hüquqi aspektdə də bu məsələ barədə xanıma yardım edəcəyinə söz verdi. Bu dolğularla bağlı xanımları məlumatlandırmaq üçün dr. Elnarə Rzayeva ilə müsahibə etdik:

Məlumatımıza görə, bədən dolğusu bütün dünyada qadağan edilib və bu dolğunun tətbiqi cinayət hesab olunur. Azərbaycanda gizli yolla bunu edən "həkimlər", "kosmetoloqlar" varmı?

- Eşitdiyimə görə var. Son zamanlar sosial şəbəkədə mənə tez-tez bu sualı verirlər, izləyicilərin əksəriyyəti bu məsələ ilə çox ciddi maraqlanır. Bəziləri artıq zərərçəkmişlərdir, bəziləri isə müraciət etmək istəyənlər. Zərərçəkənlər artıq bilir ki, dönüşü olmayan fəsadlarla qarşı-qarşıyadırlar və tez-tez gəlib şikayətlənirlər. Deyəndə ki, gedin, dolğunu elətdirdiyiniz müəssisədə şikayətinizi bildirin, deyirlər ki, artıq içəriyə buraxılmırlar və yaxud həkim gizlənir, "bu gün işdə yoxdur" kimi bəhanələrlə üzləşirlər. İlk ondan başlamaq istəyirəm ki, dünya üzrə əvvəllər bədən dolğusunun adı

tam fərqli idi və o qədər fəsadlar yaratmışdı ki, istifadəsi qadağan edilmişdi. Hal-hazırda da bütün ölkələrdə qadağa qoyulub. Təəssüf ki, bu preparatın bizim ölkəyə hansı yolla gətirilib istifadə edildiyi naməlumdur. Sadəcə olaraq, istifadəsi qadağan olunan həmin pereparatın adını dəyişiblər, yeni ad qoyublar. Buna görə də həmin bədən dolğusunu yeni adla internetdə araşdıranda heç bir məlumat çıxmır. Çünki internetdə bütün məlumatlar öncəki adıyla yerləşdirilib.

- Biz bu haqda araşdırma apardıq və əldə etdiyimiz məlumata görə, istifadəsi qadağan edilmiş bu preparat əvvəl "aqualift" olub indi isə istifadəsi qadağan olunduğu üçün adı dəyişib "aquafilling" adlanır.

Biz jurnalistlərə də bu preparatdan ziyan çəkən bəzi xəstələr müraciət edir. Patsient bir müddət razı olsa da, sonradan artıq fəsadları üzə çıxır. Bəzən o dərəcəyə gəlib çatır ki, xəstə özünə qəsd etməyi belə düşünür. Məsələn, Solmaz xanım kimi ... Solmaz xanımdan başqa da bu cür xəstələr sizə müraciət edə bilərmi? Siz onlara kömək edərsinizmi?

- Əlbəttə ki, kömək edərəm. O xəstələrə təmənnasız yardım edərəm. Ən azından müayinə edib, indən belə fəsadları artmasın deyə nə etmək lazım olduğu barədə məmuniyyətlə məlumatlandıraram. Və hal-hazırda bu işlə məşğulam.

- Yəni, siz bir növ ismarış ötürürsünüz ki, həmin zərərçəkənlər sizə müraciət etsə, təmənnasız və ödənişsiz kömək edəcəksiniz.

- Bəli, kömək edəcəyəm, bu dəqiqdir!

- Həm canlarından, həm pullarından keçən məlumatsız xanımlara nə deyərdiz?

- Bu dolğunun 100 qramı 750-800 dollara başa gəlir. Böləndə bir qramı 7 dollar, 10 qramı 70 dollar edir. Amma əsl, təbii dolğunun bir qramı 160 manatdırsa,bunun 100 qramı ən azı 16 min edir. Bu mümkün deyil ki, bu təbii dolğu olsun. Bu real bir şey deyil. Odur ki, xanımlar hansı kosmetoloqa müraciət etdiyini anlayıb, canlarını riskə atmasınlar. Çünki fəsadları sizi məhv edə bilər.

- Bədən dolğularının nə kimi fəsadları olur?

- Bir müddət öncə həmin dolğuları 100-200 qram həcmində sinə nahiyəsinə vururdular. Çox böyük fəsadları yaranmağa başladı, irinləmə, əməliyyat və bütöv amputasiya. Elə xanım görmüşəm ki, buna görə hər iki sinəsindən məhrum olub. Artıq o həkimciklər özləri qorxub sinə dolğusu etmirlər, hal-hazırda omba və guya ki, ayaq hissədəki əyriliyi düzəltmək üçün dolğu

edirlər. Son zamanlar ayaqlarında dəhşətli fəsadlar yaranmış xəstələr müraciət edirlər. Göyərmələr, şişmələr, zəhərlənmə, bədən tempraturunun qalxması kimi fəsadları olur. Bu zaman hətta ayaq kəsilə də bilər. Belə hallar da olur, şirkətlər böyük təzminat ödəyir ki, xəstə sussun və şikayətçi olmasın.

- Bildiyimiz qədərilə, hal-hazırda bu cür xəstələr var ki, sizə müraciət ediblər və siz onları müalicə edirsiniz. Həmin insanlar bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyi düşünürlərmi? Və yaxud da siz bu haqda düşünürsünüzmü?

- Həmin insanlar, ola bilsin ki, düşünür. Lakin bəzi qadınlar fikirləşir ki, bir səhvdir eləmişik və ya həyat yoldaşlarından gizlin ediblər deyə, çəkinirlər. Amma tezliklə biz tərəfdən belə bir aksiya keçiriləcək ki, bizə bu problemlə müraciət edən şəxslər, həmçinin, hüquq-mühafizə orqanlarına da məlumat verməlidirlər. Artıq sübutlar yığılır və lazımı orqanlara təqdim olunacaq.

ARDI VAR ...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2141   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Əhməd azadlığa çıxır? - Hüquqşünasdan AÇIQLAMA

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

13 aprel
.

Bakıda mənzildə meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetm

14 aprel
.

Gürcüstanda yol qəzalarının sayı rekord həddə çatıb

2023-cü ildə Gürcüstanda qeydə alınan yol qəzalarının sayı 14% artaraq rekord həddə - 55,6 minə çatıb. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Statistika Komitəsi məlumat dərc edib. Buna baxmayaraq, qəzalarda həlak olanların sayı 7 310 nəfərə düşüb ki, bu da əvvəlki ill

14 aprel
.

Ötən gün sərhəddə yaralanan baş leytenantın FOTOSU

Ötən gün dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb. "Qafqazinfo" həmin baş leytenantın fotosunu təqdim edib:

11 aprel
.

Daha bir məhkum Bakı həbsxanasında öldü

Bakıda daha bir məhkum həbsxanada ölüb.  xəbər verir ki, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində baş verib. Burada cəza çəkən Nəcəfov Elşən Nəcəf oğlu dünyasını dəyişib. Onun xəstəlik səbəbilə öldüyü bildirilir

11 aprel
.

Bakıda evdən naməlum kişi meyiti tapıldı

Bakıda evdən meyit tapılıb.  xəbər verir ki, hadisə Nizami rayonu Keşlə qəsəbəsində qeydə alınıb. Burada evlərin birindən 50-60 yaş aralığınad olan naməlum kişi meyiti tapılıb. Onun hansı səbəbdən öldüyü hələlik  bilinmir. Araşdırma aparılır

11 aprel
.

Ağcabədidə Kürdə batan ata və qızının axtarışları davam etdirilir - VİDEO

Kürdə batan ata və qızın axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Bu barədə -a FHN-dən məlumat verilib. Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində iki nəfəri

14 aprel
.

Gəncədə bazarda yanğın olub

Gəncədə bazarda yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) -a məlumat verilib. Bildirilib ki, bazar ərazisində ümumi sahəsi 150 kvadratmetr olan talvarın taxta atmaları 25 kvadratmetr sahədə, piştaxta 40 kvadratmetr sahədə və üç ədəd soyuducu qismən yanıb. Bazarın qala

14 aprel
.

Kürdəmirdə zəncirvari qəza: Ölən və yaralananlar var - FOTO

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Sor-Sor kəndində "Mercedes" markalı iki avtomobillə "Ford" markalı yük maşını toqquşub. Nəticədə, "Mersedes"lərdən birinin sürücüsü, İmişl

13 aprel