İrəvanın daha bir biabırçılığı ÜZƏ ÇIXDI: 12 min erməni ordudan qaçdı və...

İrəvanın daha bir biabırçılığı ÜZƏ ÇIXDI: 12 min erməni ordudan qaçdı və...Ermənistan parlamentində "Məcburi hərbi xidmətdən yayınan vətəndaşlar haqqında" qanun yenidən gündəmə gəlib.

Erməni deputatlar Karine Açemyan, Qalust Saakyan, Vaqe Enfiadjyan və Avqan Vardanyan bu qanunun işləmə müddətinin 2019-cu ilin 31 dekabrına qədər uzadılmasını təklif ediblər. Müzakirələrdən sonra qanunun tətbiqinin uzadılması təklifi qəbul olunub.

Qanuna görə, Ermənistandan kənarda yaşayan hərbi xidmət keçməmiş vətəndaşlara qarşı cinayət işi açılır və onlar axtarışa verilir. 27 yaşına qədər olan hərbi xidmət keçməmiş şəxslər qanunu pozduqlarına görə məsuliyyətə cəlb olunurlar. Hərbi xidmətdən yayınmış vətəndaşların həbsxanaya düşməməsi üçün yeganə yol bunun müqabilində pul ödəməkdir.

Bu qanun 2003-cü ildə qəbul edilib. Statisikaya görə, 2004-cü ildə bu qanundan 9147 vətəndaşa qarşı istifadə olunub. Ötən müddət ərzində hərbi xidmətdən yayınmağa görə həbs olunmaqdan xilas olmaq istəyən ermənilər Ermənistan büdcəsinə 10 milyard dramdan artıq pul ödəyib. Lakin hazırda 12 min erməni hərbi xidmətdən yayınmaya görə axtarışa verilib.

Erməni jurnalist Avetisa Babadjanyan yazır ki, qanunun işləmə müddətinin uzadılması axtarışda olan vətəndaşların pul ödəyərək məsuliyyətdən xilas olmasına imkan yaradır: "Lakin əvvəlki dövrdən fərqli olaraq, bu gün xaricdə olan ermənilər özləri gəlmir, əvəzində onların səlahiyyətli nümayəndəsi pulu gətirərək, axtarışı ləğv edirlər. Bu o deməkdir ki, hakimiyyət bu insanların Ermənistana qayıdışında maraqlı deyil, əvəzində pulun ödənməsində maraqlıdır. Digər tərəfdən, ödənməsi vacib olan pulun da məbləği ikiqat artıb. Əgər əvvəllər hərbi xidmətdən yayınmaya görə axtarışa verilən xaricdəki erməni məsuliyyətdən azad olmaq üçün 100 000 dram ödəməli idisə, bundan sonra 200 000 dram ödəyəcək. 12 min erməni bu pulu ödəyərsə, bu 3 milyon 600 min dram deməkdir".

Parlamentdə qanunun müzakirəsi zamanı erməni deputatların çıxışları da diqqət çəkir.

Deputat Karine Açemyan parlamentdə sübut etməyə çalışıb ki, bu qanunun tətbiqi xeyirxah addımdır. Onun sözlərinə görə, guya çoxsaylı ermənilər pul ödəyərək, axtarışdan xilas olmaq və istədikləri vaxt evlərinə gəlmək istəyir.

Ermənistan müdafiə nazirinin müavini isə bu qanunun orduda xidmət etməkdən yayınmaya kömək edəcəyini qeyd edərək, yumşaq şəkildə etirazını bildirib.

"Yelk" fraksiyasının üzvü Edmon Marukyan isə qanuna etiraz edib.

"Biz ümumiyyətlə pul ödəyərək, hərbi xidmətdən azad olmaq imkanından imtina etməliyik. Bu insanlar orduda xidmətə çağırılmalıdır. Çünki onların xidməti hazırkı situasiyada ordu üçün vacibdir. Lakin görünür, hakimiyyət pulu çox istəyir. Bu insanlar əslində Ermənistana qayıtmağı arzu etmirlər", - deyə o bildirib.

Jurnalist A.Babadjanyan da qeyd edir ki, qanunun işləmə müddətinin uzadılmasının səbəbi büdcəyə gələcək puldur: "Bu qanundan kim istifadə etməlidir? 12 min insanın bir qismi Avropa İttifaqına üzv dövlətlərdə, yaxud ABŞ-da yaşayır. Onlar qaçqın statusu ilə oraya gediblər. Əgər qaçqın statusu varsa, deməli onlar getdikləri ölkələrdə vətəndaşlıq hüququ alıblar, yaxud da alacaqlar. Yəni onlar üçün bu qanun maraqlı deyil və çətin ki, 6000 avro ödəyərək, Ermənistana rahat şəkildə gəlmək istəyən tapılar. Bu qanundan ən çox əziyyət çəkən Rusiyada yaşayan ermənilərdir. Rusiyada yaşayan və hərbi xidmətdən yayınmaya görə axtarışa verilən erməni gənclər bu ölkədə vətəndaşlıq ala bilmirlər. Çünki vətəndaşlıq üçün müraciət edəndə, onların axtarışda olduğu üzə çıxır. Buna görə də onlar qeyri-qanuni işləyirlər. Lakin onlar da Rusiyada vətəndaşlıq almaq üçün Ermənistan büdcəsinə 7200 dollar ödəməyəcəklər. Ola bilər ki, kimlərsə bu məbləği ödəsin, lakin əksəriyyət bunu etməyəcək".

Erməni jurnalist əlavə edir ki, bu qanun Ermənistandakı situasiyanı əyani şəkildə göstərir.

"Təsəvvür edin, Rusiyada işləyən iki erməni gəncin birinin pulu var, digərinin yox. Pulu olan məbləği ödəyib, məsuliyyətdən xilas olacaq. Pulu olmayan isə birbaşa həbsxanaya göndəriləcək. Bu o deməkdir ki, Ermənistan kasıblar üçün deyil və zənginlər azadlıqda, kasıblar həbsxanadadır", - deyə o bildirib.

mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1293   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021