Xoşqədəm Hidayətqızı Salyandakı dəhşətin necə üzə çıxmasından danışdı

Xoşqədəm Hidayətqızı Salyandakı dəhşətin necə üzə çıxmasından danışdıSalyan rayonunda ana və 4 qızının 3 il öncə əri və oğlu tərəfindən öldürülməsi "Xəzər TV" də yayımlanan Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişindən sonra bəlli olub. Belə ki, efirdə ana və qızlarının Türkiyəyə getməsi ehtimalının ictimailəşdilməsini qeyrətsizlik kimi qəbul edən ata və oğul törətdikləri cinayəti etiraf ediblər.

Sonxeber.az bildirir ki, qafqazinfo-ya açıqlama verən X.Hidayətqızı bildirib ki, Mehparə Əliyeva və 4 qızının axtarışları üçün bacısı Dürdanə onlara müraciət edib: "Bu ailənin araşdırması ilə birbaşa özüm məşğul olurdum. Sorğu verib öyrəndik ki, onlar sərhədi keçməyiblər. Fikirləşdim ki, ölkədədirlərsə, ola bilməz ki, 3 il ərzində hardasa görünməsinlər. Bizə çoxlu şübhəli zənglər gəlirdi. Kişi və qadın səsləri ilə başqa-başqa nömrələrdən zəng edib deyirdilər ki, filan yerdə gördüm. Hər dəfə bir ünvan deyilirdi. Əməkdaşlarımız da həmin yerlərə baş çəkirdi, amma boş çıxırdı. Bilirdik ki, bunlar məqsədli zənglərdir.

Bu işin izinə düşməyimizə Mehparə xanımla birgə işləyən bir qadın kömək etdi. O, bizə dedi ki, Fəqanı görüb və ondan anası ilə bacılarını soruşub. Fəqan ona deyib ki, onlar Türkiyəyə gedib. Biz onlar sərhədi keçmədiyini bildiyimiz üçün Fərhadla Fəqanın bu işdə əli olduğunu düşündük. Bundan sonra mən onların axtarışını saxlayıb Fərhadla Fəqanı axtarmağa başladım. Çünki biz uzun müddətdir onları tapa bilmirdik. Onların fotolarını efirdə yayımlayıb insanlardan kömək istədik. Fərhadın valideynləri də bizə məlumat vermədilər. Üç gün öncə öyrəndik ki, Fərhad Salyana gedib.

Dərhal ora yollandıq və onlarla yarım saatlıq söhbətimizdən sonra Fərhadla oğlu oradan da qaçdılar. Dünən efirdə onların Türkiyəyə getməsi iddiası da səsləndi, efir bitəndə sonra Fəqan mənə zəng etdi. O telefonda qışqıraraq "mənim anam, bacılarım heç vaxt Türkiyəyə gedə bilməz. Mən o qeyrətin sahibi deyiləm" dedi. Dürdanə də həmişə deyirdi ki, Fərhad onları öldürüb, bunu efirdə də demişdi. Bu gün xəbəri görəndə şok oldum".

X.Hidayətqızı bildirib ki, M.Əliyevanın bacısı Dürdanə müraciət edərkən Fərhadın içki düşkünü olduğunu, arvadı və qızlarına necə işgəncələr verdiyini danışıb. Böyük bacı İradənin 32 yaşı olub. M.Əliyevanın qızlarının heç biri ali təhsil almayıb və ailə qurmayıblar. M.Əliyeva isə paytaxtda evlərdə təmizlik işləri görərək qızlarını saxlayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2759   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021