Qalmaqallı Qüds qərarı: odun üstünə benzin tökülür, yoxsa...

Qalmaqallı Qüds qərarı: odun üstünə benzin tökülür, yoxsa...ABŞ Prezidenti Donald Tramp rəsmi Vaşinqtonun Qüds şəhərini İsrail Dövlətinin paytaxtı kimi tanıdığını və Birləşmiş Ştatların Təl Əvivdəki səfirliyinin Qüdsə köçülməsi ilə bağlı hazırlıq görülməsi üçün təlimat verdiyini elan etdi. Bununla da dünya gündəmi bir anda dəyişdi.

Yaxın Şərqdə dini ekstremizmin, terrorizmin, bir sıra ölkələrdə, o cümlədən Avropada islamofobiyanın artdığı və yayıldığı bir vaxtda ABŞ-ın bu qərarının növbəti dini toqquşmalara gətirib çıxaracağını istisna etmək olmaz.

Məlum olduğu kimi, dünyanın ən qədim şəhərlərindən biri olan Qüdsün şərq hissəsi Fələstinin hüquqi paytaxtı, qərb hissəsi isə İsrailin nəzarətindədir. İsrail Qüdsü 1980-ci ildə paytaxtı elan etsə də, bu status BMT və əskər dövlətlər tərəfindən hələ də tanınmayıb.

Ümumiyyətlə, Qüds həm yəhudilər, həm xristianlar, həm də müsəlmanlar üçün çox önəmli və müqəddəs şəhərdir. Qüdsün üç böyük din arasındakı ortaq nöqtә olaraq bәşәriyyәt tarixindә xüsusi әhәmiyyәti var. Qüds müsәlmanlar üçün Məkkə vә Mədinədәn sonra üçüncü müqәddәs şәhәrdir: şəhərdəki əl-Əqsa məscidi müsәlmanların ilk qiblәsi olub.

Bu gün Qüds əhalisinin 37 faizini ərəb, 63 faizini yəhudi və digər millətlər təşkil edir. Sakinlərin 61,4 faizi iudazim dininə, 35,6 faizi müsəlman, 1,8 faizi xristian, 1,2 faizi isə digər dinlərə etiqad bəsləyir.

Belə bir şəraitdə Qüdsün ABŞ tərəfindən rəsmi şəkildə İsrailin paytaxtı kimi tanınması vəziyyətin onsuz da mürəkkəb olduğu regiondakı proseslərə, eyni zamanda, İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlara mənfi təsir edəcək. Rəsmi Vaşinqtonun bu qərarına "odun üstünə benzin tökmək" də demək olar.

ABŞ Qüdsü İsrail paytaxtı kimi tanımağa bir neçə dəfə səy göstərmişdi. Məsələn, Birləşmiş Ştatların sabiq prezidentlərindən biri - Ronald Reyqan 1980-ci illərdə belə bir cəhd etmişdi. Lakin həmin vaxt ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi təhlükəsizlik səbəbindən reallaşdırılmadı.

Bundan başqa, 1995-ci ildə ABŞ Konqresi səfirliyin Qüdsə köçürülməsi barədə qərar qəbul etmiş, lakin heç bir dövlət başçısı bu qərarı icra etməmişdi.

Tramp isə sələflərindən fərqli olaraq, 2016-cı ildə seçkiqabağı kampaniyası zamanı Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı barədə vədinə əməl etdi.

Halbuki indiki çətin şəraitdə, Qüdsün İsrailin paytaxtı deyil, "tolerantlıq mərkəzi", "müqəddəs dinlərin paytaxtı" elan olunması daha məqsədəuyğun olardı. Bu gün qanlı toqquşmaların getdiyi bir vaxtda Yaxın Şərqin daha çox barışığa, tolerantlığa ehtiyacı var, nəinki yeni münaqişələr yarada biləcək hər hansı qərara, fəaliyyətə.

Bəs İslam dünyası necə reaksiya verəcək? Görəsən, müsəlman ölkələri aralarındakı fikir ayrılıqlarını bir kənara qoyub bu dəfə ortaq mövqeyə gələ biləcəklərmi?

Azərbaycanın İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyi aydındır. Rəsmi Bakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyir, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır.

Xarici İşlər Nazirliyi bəyan edib ki, Azərbaycan cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırır.

Türkiyə isə məsələyə sərt reaksiya verdi. Prezident Rəcəb Tayyib Ərdoğan Qüdsün "bütün müsəlmanların qırmızı xətti" olduğunu deyərək Birləşmiş Ştatların Qüdsü İsrail Dövlətinin paytaxtı kimi tanıyacağı təqdirdə, rəsmi Ankaranın hətta Təl-Əvivlə dipliomatik münasibətləri kəsə biləcəyini bəyan etdi. Baş nazir Binəli Yıldırım isə qeyd etdi ki, ABŞ-ın Qüdsü İsrail paytaxtı kimi tanıması beynəlxalq hüquqa ziddir.

Ötən gün Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrini fövqəladə iclas keçirməyə çağırdı. İndi gözlər İstanbulda dekabrın 13-də keçiriləcək toplantıya dikilib: bütün müsəlmanlar bu fövqəladə yığıncaqdan mühüm qərar gözləyir. Axı İslam dünyasında Türkiyədən başqa, Səudiyyə Ərəbistanı və İran kimi güclü, söz sahibi olan dövlətlər də var...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1121   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"İranın nüvə silahı yoxdur"

"İranın nüvə silahı yoxdur, bu faktı Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də təsdiq edir". "Qafqazinfo" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkə mediasına müsahibəsində deyib. Onun sözlərinə görə, İranın öz nüvə doktrinasını dəyişməsi barədə müzakirələ

19 aprel
.

Rusiyada adam öldürən azərbaycanlı saxlanıldı

Rusiyada adam öldürən azərbaycanlı saxlanılıb. yerli teleqram kanallarına istinadla bildirir ki, 21 yaşlı Azərbaycan vətəndaşı Şahin Abbasov saxlanılıb. O, dindirilmək üçün şöbəyə aparılacaq. O, bir qrup şəxs tərəfindən xuliqanlıq məqsədi ilə törədilmiş qətldə şübhəli bilinir. Qeyd edək ki, Ş. Abbaso

19 aprel
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18 aprel
.

32 şagird toyuq ətindən zəhərləndi

32 şagird toyuqdan zəhərlənib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, orta məktəbinin 32 şagirdi "kermes" günündü yedikləri toyuq və düyüdən zəhərlənib. Şagirdlər xəstəxanaya aparılıb. Hazırda müalicə olunurlar. Onların həyati təhlükəsinin olmadığı öyrənilib

19 aprel
.

İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb

İran İsrailə hücum etməklə Tehranın cavab vermək üçün vasitələri olduğunu göstərmək istəyib. Bu barədə İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bildirib. "Məqsəd İsrail hökumətinə aydın siqnal göndərmək və onlara bildirmək idi ki, bizim cavab vermək üçün imkanlarımız var

19 aprel
.

Telefonu ilə duşa girdi, həyatı alt-üst oldu: Qeyri-etik fotosu...

Sosial media dələduzluğuna biri daha əlavə edilib. xarici mediaya istinadən xəbər verir ki, internetdə tanış olduğu qadına nalayiq fotolarını göndərən şəxs təhtid edilməyə başlayıb. Hadisə Türkiyədə baş verib. 26 yaşlı Muhammed Yiğitin sosial şəbəkədə tanış olduğu qadına nalayiq foto göndərdikdən sonr

19 aprel
.

Hamilə qadın öldü, körpəsi isə yaşayır

Adanada elektrikli velosipeddən yıxılan 9 aylıq hamilə qadın avtobusun altında qalıb. xarici mediaya istinadən xəbər verir ki, ana vəfat edib. Xəbərdarlıq üzərinə hadisə yerinə sövq edilən sağlamlıq qrupları 9 aylıq hamilə olan xəstəxanaya aparılıb. Həkimlər anaın bətnindəki körpəni cərrahi yolla çıxarıblar

18 aprel
.

Həkimlər diaqnoz qoya bilmirlər – 45 nəfər naməlum xəstəlikdən dünyasını dəyişdi

Nigeriyanın Kano əyalətində ən azı 45 nəfərin "diaqnoz qoyulmamış xəstəlik" səbəbilə öldüyü bildirilir. xəbər verir ki, yerli mətbuatda yayılan xəbərlərə görə, Gündütse kəndində bəzi insanlar ishal və qusma əlamətləri yaşayıb. Əksəriyyəti qadınlar, uşaqlar və qocalar olan ən azı 45 nəfər diaqno

18 aprel
.

Dünyanın ən təmizkar ölkələri məlum olub

Braziliya sakinləri dünyanın ən təmiz insanları seçiliblər. Bunu müxtəlif ölkələrdə insanların yuyunma və duş qəbulunun müntəzəmliyini təhlil edən Dünya Əhali İcmalı layihəsinin məlumatları sübut edir. Araşdırmaya görə, braziliyalıların 99 faizi hər gün yuyunur, lakin əksəriyyəti bunu daha tez-tez edir

17 aprel