Grand Hospital"dakı əməliyyatdan sonra baş vermiş ölümlə bağlı cinayət işi başlandı

Grand Hospital"dakı əməliyyatdan sonra baş vermiş ölümlə bağlı cinayət işi başlandıBakı şəhər prokurorluğu "Grand Hospital" tibb mərkəzindəki əməliyyatdan sonra baş vermiş ölüm hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
Məlumatda bildirilib ki, noyabrın 30-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən "Grand Hospital" tibb mərkəzində 1997-ci il təvəllüdlü Mirzəyeva Ayşən Müşviq qızı üzərində keçirilmiş əməliyyatdan sonra vəziyyəti ağırlaşaraq koma vəziyyətinə düşüb və dekabrın 5-də vəfat edib.
Bununla bağlı daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
A.Mirzəyevanın ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertiza təyin edilib.
Hazırda iş üzrə Səhiyyə Nazirliyinin yüksək ixtisaslı mütəxəssislərinin iştirakı ilə müvafiq araşdırmalar davam etdirilir.

Mənbə: report.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1235   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Tiflisdə partlayışda polis əməkdaşı da öldü

Tiflisin İsan rayonundakı Boçorma küçəsində yerləşən "Battleground" atış mərkəzində partlayış nəticəsində ölənlərdən biri polis əməkdaşıdır. -a istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb. Bildirilib ki, yaralılar arasında da 2 nəfər DİN əməkdaşı var. Qeyd edək ki, parlayı

7 aprel
.

Xaçmazda məktəbdə yanğın

Xaçmazdan məktəbdə yanğın olub. Bu barədə -a FHN-dən bildirilib. Məlumata görə, Xaçmaz şəhərində ümumi sahəsi 10020 m² olan (hər mərtəbəsi 3340 m²) üçmərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində sahəsi 36 m² olan 1 otağında 3 ədəd kompyuter, 2 ədəd stol və 0,5 p.m elektirik naqilləri yanıb. Məktəbi

9 aprel
.

DİN: Lənkəranda valideynin övladının narkotik istifadəçisi olması ilə bağlı iddiaları əsassızdır

DİN: Lənkəranda valideynin övladının narkotik istifadəçisi olması ilə bağlı iddiaları əsassızdır. Sosial şəbəkələrdə Lənkəran şəhərində yetkinlik yaşına çatmayan şəxsin narkotik vasitə aludəçisi olmasını əks etdirən iddialar yayılıb. İddialara cavab olaraq DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Report"u

12 aprel
.

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə

19 aprel
.

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub - VİDEO

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmas

14 aprel
.

Daha bir məhkum Bakı həbsxanasında öldü

Bakıda daha bir məhkum həbsxanada ölüb.  xəbər verir ki, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində baş verib. Burada cəza çəkən Nəcəfov Elşən Nəcəf oğlu dünyasını dəyişib. Onun xəstəlik səbəbilə öldüyü bildirilir

11 aprel
.

Bakıda motosiklet ağaca çırpılıb: Sürücü ölüb

Bakıda motosiklet sürücüsü ağaca çırpılıb. APA xəbər verir ki, 1987-ci il təvəllüdlü Teyyub Həsənağa oğlu Piriyev idarə etdiyi "Yamaha R15" markalı motosikletlə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb

13 aprel
.

Kürdə suyun səviyyəsi artıb

Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi artıb. "Report"un Aran bürosunun məlimatına görə, son günlər havaların qeyri-sabit keçməsi çayın aşağı axınına ciddi təsir göstərib. Təkcə son bir həftədə Kürün Salyan ərazisindən keçən hissəsində səviyyə 1,5 metr qalxıb

14 aprel
.

Azərbaycanda futbol klubunun prezidenti SAXLANILDI

Azərbaycanda futbol klubunun prezidenti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. -ın əldə etdiyi məlumata görə, Birinci Liqa təmsilçisi "İrəvan" klubunun prezidenti Zahid Niyazəliyev hazırda istintaq altındadır. Klubun mətbuat katibi Mübariz Süleymanlının -a verdiyi məlumata görə, hüquq-mühafiz

11 aprel