Nazirdən aztəminatlı ailələrə şad xəbər

Nazirdən aztəminatlı ailələrə şad xəbərCari ildə olduğundan təqribən 5 dəfə çox aztəminatlı ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Diplomatik Akademiyasının (ADA) dəvəti ilə ölkəmizdə səfərdə olan Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Maykl Şerradenlə görüş olub. Görüşdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə də iştirak edib.

M.Şerraden sosial inkişaf, habelə innovasiyaların test edilməsi və onların dövlət siyasətinə təsirləri üzrə səmərəli elmi araşdırmaları ilə dünyada tanınan alimlərdən biridir. O, "Kapital və yoxsul əhali təbəqəsi", "Amerikan arzusuna daxilolma" "Yoxsul əhali qənaət edə bilərmi?" (Mark Şreyner ilə birgə), "Aktivlərin yaradılması və aşağı gəlirli ailələr" kitabları ilə dünyada aztəminatlı ailələr üçün aktivlərin yaradılması sahəsində aparıcı alim hesab olunur. Eləcə də M.Şerradenin həmmüəllifi olduğu "Milli Xidmət", "Müharibənin mənəvi ekvivalenti", "Məhsuldar yaşlanma", "Dünyada ictimai iş" kitabları sosial sahədə aktual mövzularda dərin elmi araşdırmaları əhatə edirlər. ABŞ və bir çox başqa ölkələrdə sosial siyasətlərin hazırlanmasında öz məsləhətlərini verən M.Şerraden 2010-cu ildə məşhur "Time" jurnalı tərəfindən dünyanın ən nüfuzlu 100 nəfərindən biri hesab edilib. O, həmçinin Corc Varen Braun Universitetinin professorudur.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını, ölkəmizdə iqtisadi inkişaf proseslərinin güclü sosial siyasətlə tamamlandığını vurğulayıb. Nazir respublikada sosial rifah halının yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, insan kapitalının inkişafı istiqamətində aparılan kompleks tədbirlər, icra olunan sosial proqramlar, əmək və sosial müdafiə sistemində həyata keçirilən islahatlar barədə M.Şerradenə məlumat verib.

S.Müslümov Azərbaycanda aparılan sosial müdafiə siyasətində aktiv tədbirlərə xüsusi önəm verilməklə məşğullluq amilinin ön planda dayandığını qeyd edib. Nazir bildirib ki, aztəminatlı ailələrin yoxsulluqdan kiçik ailə biznesinə keçidinə imkan yaradılması əsas hədəflərdəndir. Ölkəmizdə dövlət səviyyəsində icra olunan özünüməşğulluq proqramı vasitəsilə aztəminatlı ailələrin müxtəlif iqtisadi fəaliyyət növləri üzrə təsərrüfatlarını yaratmaları üçün onların aktivlər formasında dəstəklənməsi təmin edilir. Cari ildə 1232 aztəminatı ailə həmin proqram çərçivəsində öz kiçik ailə biznesini qurub və bu sahədə ölkəmizdə ilkin təcrübə müsbətdir. Növbəti ildən tətbiqinə başlanılacaq işsizlikdən sığorta sisteminin yaratdığı maliyyə vəsaitlərinin 40 faizə qədəri bu proqramın genişləndirilməsinə yönəldiləcək və cari ildə olduğundan təqribən 5 dəfə çox aztəminatlı ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub. Bunun nəticəsində nəinki aztəminatlı ailələrin sosial yardım asılılığından çıxmasına, onların gələcəkdə fəal vergi və sosial sığorta ödəyicilərinə çevrilmələrinə də şərait yaradılmış olur.

S.Müslümov ötən il ölkəmizdə səfərdə olmuş Nobel Sülh Mükafatı Laureatı professor Məhəmməd Yunusla da nazirlikdə görüşün keçirildiyini, belə görüşlər zamanı aparılan fikir mübadilələrinin və məsləhətləşmələrin sosial siyasətin elmi yanaşmalar əsasında təkmilləşdirilməsində əhəmiyyətli olduğunu vurğulayıb, M.Şerradenlə də nazirlikdə görüşün təşkilindən məmnunluğunu ifadə edib.

M.Şerraden Azərbaycanda şahidi olduğu inkişaf proseslərinin, xalqımızın qonaqpərvərliyinin, yüksək mənəvi keyfiyyətlərinin onda xoş təəssüratlar yaratdığını qeyd edib. O, ölkəmizin məqsədyönlü sosial-iqtisadi inkişaf tempinə, uğurlu islahatlar proqramına malik olduğunu bildirib, sosial müdafiə siyasətinin aktiv tədbirlərə üstünlük verilməsi şəraitində inkişaf etdirilməsini yüksək dəyərləndirib.

Görüş ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlara, əmək resurslarının məşğulluq imkanlarının artırılması, inkluziv əmək bazarının inkişafı, aztəminatlı ailələrinin özünüməşğulluğunun və biznesə çıxışının dəstəklənməsi sahələrində görülən işlərə, bu sahələrdə perspektiv inkişaf istiqamətlərinə dair fikir mübadilələri ilə davam edib.

mənbə: modern.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 9075   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dilarə Əliyeva mərhum həyat yoldaşı ilə son mesajından danışdı - VİDEO

Əməkdar artist Dilarə Əliyeva "Zarafat bir yana şousu"na qonaq olub. xəbər verir ki, aktrisa proqram zamanı mərhum həyat yoldaşı Oqtay Əliyevlə son yazışmasından danışıb. Əliyeva bildirib ki, həyat yoldaşı ilə son dəfə bağdakı güllər üçün dərman alınmağı barədə mesajlaşıb. Xatırladaq ki, Azərbaycanı

15 aprel
.

Çingiz Mehdiyevə 12 ilə kimi həbs cəzası verilə bilər

"Formula 1"ə ayrılan 400 min manatı mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham aktın

15 aprel
.

TƏBİB sürücülərə müraciət etdi - "Yol ver, həyat qurtar!"

TƏBİB sürücülərə təcili yardım avtomobillərinə yol verməklə bağlı çağırış edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı videomüraciət hazırlanıb. Videomüraciətdə yollarda təcili yardım avtomobillərinə yol verməyin nə qədər zəruri və həyati əhəmiyyətli olması qeyd olunub

16 aprel
.

Gəncədə 37 yaşlı kişi itkin düşdü

Gəncədə 37 yaşlı kişi itkin düşüb. xəbər verir ki, bu barədə APA-ya onun ailə üzləri məlumat verib. Onlar bildirib ki, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Osman Həsənovla aprelin 14-dən əlaqə saxlaya bilmirlər. Osman Həsənovun Nizami Məqbərəsi yaxınlığında "Mercedes Vito" markalı mikroavtobusda

16 aprel
.

Şəxsləri intihara sövq edənləri HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA

İntihar insanın öz iradəsi ilə həyatına qəsd etməsi kimi müəyyən edilir. İntihar çox vaxt insanın yaşadığı acizlik və psixoloji problemin nəticəsidir. Şəxsin çarəsizliyi və problemi olduğu halda buna biganə yanaşmaq geri dönməz nəticələrə səbəb ola bilər. Maliyyə problemləri və şəxslərarası münaqişələ

16 aprel
.

"Facebook" sosial şəbəkəsinin işində problem yaranıb - FOTO

"Facebook" sosial şəbəkəsinin işində problem yaranıb. xəbər verir ki, bir saata yaxındır ki, şəxsi profildəki heç bir paylaşım görünmür. Problemin səbəbi ilə bağlı hələlik rəsmi hər hansı açıqlama yoxdur

16 aprel
.

Zaqatalada iki qohum pomidor turşusundan zəhərlənib

Zaqatalada iki nəfər pomidor turşusundan zəhərlənib. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Tala kəndində baş verib. 199-cu il təvəllüdlü Mollahacı Nurəddin oğlu Ramazanov ötən gün zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. Müayinə zaman

15 aprel
.

Ən çox balı onlar topladı - Siyahı

Dövlət İmtahan Mərkəzi 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanında 300 bal toplayan şagirdlərin siyahısını açıqlayıb. həmin siyahını təqdim edir:. 1. Məhərrəmzadə İlahə Rəşad qızı (Tovuz rayonu, M.Ələkbərov adına şəhər orta məktəbi) . 2. Ələsgərov Amil Tofiq oğlu (Sumqayıt şəhəri,

16 aprel
.

Sükanı titrəyən avtobusla bağlı - Rəsmi açıqlama

Tərtər-Bakı xətti üzrə hərəkət edən sərnişin avtobusunda təhlükəli anlar yaşanıb. "Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə yayılan videodan aydın olur ki, magistralda hərəkətdə olarkən avtobusun sükanı qəfil titrəməyə başlayıb. Təhlükəli vəziyyətə baxmayaraq, sürücü avtobusu yo

16 aprel