Anar Nağılbaz videosunu etiraf etdi

Anar Nağılbaz videosunu etiraf etdiİntim videosu ilə medianın gündəminə çevrilən Anar Nağılbaz yeni açıqlamalar verib.

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, reper başına gələnlərlə bağlı sosial şəbəkədə ətraflı məlumat yayıb.

Reper şəkər xəstəliyinə tutulduğunu da deyib.

"Əsəbdən, stressdən 2 ilə yaxındır depressiyadayam, yüksək dərəcədə şəkər qazandığım son günlərdə bəlli olub, halbuki nəslimizdə şəkər xəstəsi olmayıb, intihar etməyimi istədiklərini deyiblər".

Reper bildirib ki, onu psixotrop maddələrlə zəhərləyib, zombiləşdiriblər.

"Məlum videonu illərdir əllərində bayraq edənlərin istəkləri isə daha böyük olub: şuba, ayfon, avtomobil, şou-biznes sferasında yanımda görünmək və hər dəfə də bu video başıma vurulub. Mənim isə o hadisə yadımda deyil, ya qurmadır, mən deyiləm, ya da məni psixotrop maddələrlə zəhərləyib zombi halına salıblar".

Reper 6 ay içkiyə qurşandığını deyib: "Həmin 6 ay müddətində parçalanan ürəyimi sakitləşdirmək üçün içkiyə qurşandım. Amma yenə də taksi şoferi kimi arada avtovağzaldan Dərbəndə adamlar aparırdım, papağı gözümün üstünə salırdım ki tanımasınlar".

Anar Nağılbaz: "Yeni ildə ayrıldıq"

"Ev tələbləri, şantajlar bitmirdi. Hər gün gəlib dəyirdim, uşaqlarıma ərzaq və istədiklərini alırdım. O qadın qaldığımız ata evinə dönə bilməzdi. Amma uşaqların balaca olduqlarını nəzərə alaraq anasız qoymamaq qərara gəldik, çünki bu yaşlarda uşaqlar anaya bağlı olurlar. Bir söz də var, uşaqlar anadan yetim qalır".

Anar Nağılbaz sabiq həyat yoldaşı Anjelikanın ona xəyanət etməsini iddia edib.

"Olmadığım müddətdə uşağı dərsə aparıb-gətirmək adı ilə gec qayıdırdı, bəzən günlərlə bacısının yanında qalacağını deyirdi. Hər dəfə də atagilə cürbəcür xarici bahalı ciplərdə dönürdü. Biz ayrıldığımız müddətdə də tez-tez uşaqlarımla görüşüb gəzintilərə aparır, istədiklərini alırdım. Aylıq xərcləri ödənirdi. Artıq xasiyyətini bildiyimizdən əlindən iltizam alınırdı və ya poçtla göndərilirdi".

Reperin ailə həyatı qurduqdan sonra maddi vəziyyəti pisləşib.

"Son aylarda yaşlı ata, anamın və mənim səhhətimdə pisləşmələr olduğundan atam xahiş etdi ki, qızım, iki ay möhlət ver, müalicə alaq, vəziyyət pisdir. Qoy 2 ay da neft şirkətində işləyən, yüksək maaş alan qardaşın, atan, anan, bacın, digər qardaşların yardım etsin. Amma yenə də kirayə haqları verilib, oğlum və qızım üçün qış geyimlərinin ən yaxşısını almışam. Yayda uşaqlar yanımızda olublar. Məlum videodan bir qədər əvvəl də 4 gün yanımda qalıblar, cox sevinirdilər, gəzintiyə aparmışam."

Reperin sözlərinə görə, yoldaşı ikinci dəfə ailə qurduğunu eşidib, onu şantaj etməyə başlayıb.

"Evlənəcəyim və klip çəkilişinə göndəriləcəyimi eşidib şantaja əl atdı və 2 gün sonra məlum video çıxdı. Elə düşünür ki, mən evlənirəm və kliplər çəkirəmsə, pulum var. Bu videonu kimlərin necə qurduğu mənə də maraqlıdır. Əgər psixotrop maddələr veriblərsə, deməli, başqa işlər də edə bilərlər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 9054   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Röya Ayxanın təxirə düşən konserti ilə bağlı AÇIQLAMA - FOTO

Xalq artisti Röya Ayxanın Moskvada təxirə düşən konserti ilə bağlı təşkilatçılardan açıqlama verilib. xəbər verir ki, "Caspian music"in yaydığı məlumatda qeyd edilib:. "Röya Ayxanın konserti daha uyğun bir tarixə qədər təxirə salınıb. Bütün biletlər qüvvədə qalacaq. Yeni tarix və saatl

25 mart
.

Ququş Azərbaycanla bağlı suala belə cavab verdi - Video

Azərbaycanəsilli İran müğənnisi Ququş (Faiqə Atəşin) izləyicilərinin suallarını cavablandırıb. "Qafqazinfo" xəbər verir ki, sənətçi müəllifi olduğu yutub layihəsində Azərbaycanla bağlı da danışıb. O, izləyicisinin "Bir İran azərbaycanlısı olaraq nədən Azərbaycan dilində albom təqdim etməmisiz

18 mart
.

"Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin"

Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən həmkarlarına əsəbiləşib. Axşam.az xəbər verir ki, sənətçi bunun üçün açıqlama yayaraq, uzaq məsafəyə çağrılmasına etiraz edib:. "Qonaqlığınızı Mərdəkan, Şüvəlan, Novxanı, Nasosnu kimi yerlərə salmayın. Tıxacla gəlib çıxmaq olmur. İş, güc başlayıb

28 mart
.

Məşhur azərbaycanlı meyxançıdan ÜZÜCÜ XƏBƏR: "Aparatla yaşayıram" - VİDEO

Lənkəranlı meyxançı Elnur Valehə yaxın zamanlarda böyrək köçürüləcək. " "ə istinadən bildirir ki, o, bu barədə "El canlı" verilişinə qonaq olarkən bildirib. Meyxanaçı qeyd edib ki, onun böyrəyi işləmir və üstündə xüsusi aparat gəzdirərək yaşayır:. "Böyrək çatışmazlığından əziyyə

16 mart
.

"Yaprak Dökümü"nün qocaman aktrisası TANINMAZ HALDA - VİDEO

İllər öncə milyonları ekran önünə kilidləyən "Yaprak Dökümü" serialının "Cevriyye"si Güler Öktenin yeni görüntüsü yayılıb. xəbər verir ki, 83 yaşlı qocaman aktrisa video çəkdirərək sevənlərinə öz salamlarını çatdırıb. Yaratdığı obrazla çoxsaylı izləyicilərin sevgisini qazanan aktrisanı

24 mart
.

Aparıcı "Niva" ilə Bakıdan Çinə gedir

Aparıcı Fərid Rəsul maraqlı bir addım atıb. Axşam.az xəbər verir ki, "Yenə adi günlərdən biri" adlı layihə edən Fərid "Niva" markalı maşınla Bakıdan Çinə yola düşüb. Fərid bundan əvvəl Avropadan İran vasitəsi ilə Çinə getməyi plnlaşdırıb. Amma İran sərhəddində onu buraxmadıqları üçü

25 mart
.

"Fəlakət" görünüşünü DƏYİŞDİ - FOTO

"Fəlakət" obrazı ilə məşhurlaşan aktyor Elşən Orucov uzun müddətdən sonra görünüşündə dəyişiklik edib. xəbər verir ki, hazırda İstanbulda olan aktyor Türkiyədə çəkiləcək "Çırak" serialına görə bığını kəsdirib. O, yeni halını "Instagram" hesabında paylaşıb. Qeyd edək ki

20 mart
.

Gülay qızı ilə birgə Balidə: Novruzu belə qarşıladılar - FOTO

Müğənni Gülay Zeynallı Novruz bayramında Baliyə yollanıb. Axşam.az xəbər verir ki, sənətçi tətilə qızı Sahilə ilə birgə gedib. O, gəzintisindən görüntüləri sosial şəbəkədə paylaşıb

21 mart
.

Dəhşətli hücumda zərər çəkənlərə 1 milyon ianə etdi

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Moskvada "Crocus City Hall" ticarət mərkəzində silahlı insident zamanı əziyyət çəkənlərə maddi yardım edib. Axşam.az xəbər verir ki, sənətçi Rusiya Qırmızı Xaç Cəmiyyətinə 1 milyon rubl (18451manat) ianə edib. Bu haqda ifaçı sosia

24 mart