Manatla bağlı mühüm proqnoz

Manatla bağlı mühüm proqnozAzərbaycan manatının məzənnəsinin sabitliyi üçün ölkənin əsas ticarət tərəfdaşı olan ölkələrdən gələ biləcək təhlükələr yaranmağa başlayıb.
Bu təhlükələr 2018-ci ilin III rübündən etibarən daha da fəallaşacaq.
Təhlükələr arasında Azərbaycan manatına ən çox təsir göstərə biləcək olan amil Rusiya rublunun ucuzlaşması ehtimalıdır. Belə ki, 2018-ci ilin yanvar-fevral aylarında ABŞ-ın Rusiya maliyyə bazarlarına yeni sanksiyalar tətbiq etməsi gözlənilir. Bu sanksiyalar Rusiyanın rublda olan dövlət istiqrazları kimi, valyutada olan xarici bazarlarda borclanma alətlərinə də tətbiq edilə bilər. Nəticədə, Rusiya maliyyə bazarlarının mənfi təsirə məruz qalması qaçılmaz olacaq. Buna bir də neft qiymətlərində mümkün azalma amili də əlavə olunarsa, o zaman Rusiya rublu kəskin ucuzlaşa bilər.
Digər təhlükə kimi Türkiyədə lirənin ucuzlaşması prosesi göstərilir. Xatırladaq ki, Türkiyə yüksək xarici ticarət kəsirinə sahib olan ölkədir. 2017-ci ildə bu ölkədə 80 mlrd. dollara yaxın xarici ticarət kəsirinin olacağı gözlənilir. Hələ ki, bu kəsir portfel investisiyaları və bir qədər də birbaşa investisiyalarla balanslaşdırılsa da, ABŞ-da uçot dərəcəsinin artmağa davam etməsi investisiyaların həcmini kəskin azaldaraq lirənin ucuzlaşmasına gətirib çıxaracaq.
Bir başqa, lakin ən böyük təhlükə isə Çin iqtisadiyaytının yavaşlaması, ABŞ-ın bu ölkəyə tətbiq etdiyi ticarət sanksiyaları nəticəsində yüksək borca sahib olan bu ölkənin özəl sektorunun problemlərlə üzləşməsi və nəticədə, yuanın ucuzlaşmasına səbəb olmasıdır. Çin yuanının ucuzlaşması nəinki Azərbaycan manatını, bütün dünya valyutalarını, xüsusilə də inkişaf etməkdə olan ölkələrin valyutalarını kəskin ucuzlaşdıra bilər.
"Report"un analitikləri hesab edirlər ki, Azərbaycan manatı üçün hazırda daxili heç bir təhlükə yoxdur: "Manat sabit məzənnəsini qoruyacaq. Hətta, qlobal konyunktur uyğun olarsa, manat bir qədər möhkəmlənə də bilər. Lakin xarici amillərin təsiri heç zaman unudulmamalıdır. Üzən məzənnə rejimi, xarici amillərin təsiri bu dəfə anında manatın məzənnəsində öz əksini tapacaq".

Mənbə: report.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2253   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?

Uşaqlarda qripin ilkin әlamәtlәri qeyd olunduğu zaman bol maye qәbulu tәmin edilmәli, hәmçinin qidalanmasında sulu yemәklәrә üstünlük verilmәli, südәmәr körpәdirsә tez-tez әmizdirilmәlidir. Burun tәnәffüsünü açıq tutmaq üçün burun tәmizliyi vacibdir. Belә ki, hәyatının ilk aylarında olan körpәlәrdә fizioloj

2 iyun 2021
.

Laçında ətrafında içki məclisi qurulduğu iddia edilən bulağı salan şəxsin övladı danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın Laçında Humay Hümbətov adlı şəxsin xatirəsinə salınmış bulaq başında kef məclisi qurması ilə bağlı iddialar yayılıb. Yayılan məlumatda bildirilir ki, qeyd edilən məclisdə Laçın rayonunun deputatı Mahi

19 may 2021
.

"BİG Group" şirkətinin rəhbəri iqdisadiyyatın pandemiya və post pandemiya dövrünü şərh etdi

Artıq iki ilə yaxındır ki, qlobal miqyasda tuğyan edən Covid-19 pandemiyası və onunla bağlı qaydalar dünya iqtisadiyyatının çətin böhranla üz-üzə qoyub. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına hesablanan online sistem təkcə dünyada deyil, elə Azərbaycanda da iqtisadiyyatın bir ço

6 sentyabr 2021
.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021
.

Azərbaycanda bu məhsullar ucuzlaşıb - SİYAHI

Cari ilin iyun ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub. -ın məlumatına görə, ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmı

17 iyul 2021
.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021